Məşhur Türkiyə şirkətinin Bakı filialı BAĞLANDI: .....                     Bakıdan İrəvana XƏBƏRDARLIQ .....                     Moskvanın İrəvanla bağlı nə planı var... .....                     Danimarka ABŞ təcavüzünə qarşı ordu .....                     Ramin Məmmədovun rəis təyin etdiyi Qüdrət Əliyev kimdir .....                     Kartdan-karta limit: Vətəndaşa problem, yoxsa gecikmiş qərar? .....                     QHT sektorunda MÜƏMMALI DURUM .....                     5 manatlıq "Arpaçay Pro" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Azərbaycanın sürətlə silahlanması Ermənistanda qorxu yaratdı .....                     Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? .....                     Bakıda ev almaq istəyənlərin nəzərinə: qiymətlər kəskin dəyişir .....                     ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis .....                     "Biləvçay" MMC fəaliyyətini DAYANDIRDI: Dövlətə 24 min manatdan çox ÖHDƏLİYİ QALDI .....                     Səhiyyə Nazirliyinin həbsdə olan keçmiş idarə rəisi .....                     Xalq artisti qalmaqallı şirkətlə əlaqələrini kəsib .....                     İran atom bombasından güclü silah tapıb .....                     "Lənkəran-Çay-5" ASC bağlandı .....                     “Ermənistanın İrana ərazi iddiası… Necə olacaq?” .....                     ABŞ Ermənistandakı TRIPP+ fondunun maliyyəsini ikiqat artırdı! .....                     NATO-nun Ukraynaya silah tədarükünü əlaqələndirən komandanlığı ABŞ-da qalıb .....                     Zülfəli İsmayılov bu QÜDRƏTİ kimdən alır? .....                     "Axı bunların əksəriyyəti həm də vaxtı ilə məmur olublar!" .....                     Ruslar Özbəkistan vətəndaşını deportasiya edəcək... .....                     İrəvanda qadınlar hakimiyyəti ələ keçirib... .....                     "Evdə iydən otura bilmirik" .....                     "“Sorry”, Nolan qardaş, bu səfər o döyül qaqa..." .....                     Kartdan karta köçürməyə QADAĞA gəlirsə... .....                     Prezidentə müraciət olundu .....                     Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək .....                     Xurafat fanatizmi necə qidalandırır? .....                     Kəndlini kənddə saxlamaq üçün: .....                     Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib .....                     Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi .....                     "Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" .....                     Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU .....                     İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir .....                     ​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses .....                     Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib .....                     Azərbaycanda 2 gəmiçilik şirkəti .....                     Onlar vəzifədən azad olundu .....                 

Moskvanın İrəvanla bağlı nə planı var... - GƏLİŞMƏ
Tarix: Bu gün, 07:43 | Çap et

Uzun müddət Ermənistan Rusiyanın Güney Qafqazda forpostu olub. Rusiya Ermənistanda yalnız xarici siyasətin deyil, daxili siyasətin də əsas təsir mərkəzlərindən biri olub. Ermənistanın təhlükəsizlik sistemi, enerji sektoru, iri biznes qrupları, media resurslarının bir hissəsi və siyasi elitanın mühüm seqmenti Rusiya ilə sıx bağlı olub. Bu model Robert Köçəryan və Serj Sarkisyan dövründə xüsusilə güclənmişdi.
Lakin 2018-ci ildə baş verən hakimiyyət dəyişikliyi bu sistemi ciddi şəkildə sarsıtdı. Paşinyan əvvəlki siyasi elitanın mühüm hissəsini hakimiyyətdən uzaqlaşdırdı, yeni idarəçilik komandası formalaşdırdı və dövlət institutlarında Rusiyaya yaxın hesab edilən bir çox təsir kanallarını zəiflətdi. Bu, Kremlin Ermənistanda uzun illər ərzində qurduğu siyasi dayaqlarını əhəmiyyətli dərəcədə zəiflətdi.
Bu gün Ermənistan hakimiyyətinin Qərb meylli siyasəti Rusiyanın və ölkə daxilindəki revanşist qüvvələrin ciddi müqaviməti ilə üzləşir. Parlament seçkiləri yolu ilə hakimiyyət dəyişikliyinə nail ola bilməyən Rusiya Ermənistanda daxili siyasətə təsir vasitələrinin əhəmiyyətli hissəsini itirsə də, hələ də müəyyən imkanlarını saxlayır.
Bu imkanlar ilk növbədə iqtisadi təsir mexanizmləri ilə bağlıdır. Belə ki, Ermənistan iqtisadiyyatı, xüsusən də enerji sistemi, xarici ticarətinin mühüm hissəsi, əmək miqrasiyası və maliyyə axınları hələ də əhəmiyyətli dərəcədə Rusiya ilə bağlıdır və Rusiya bu sahələrdə təzyiq mexanizmlərini işə sala bilər. Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına daxil olmasına qadağa qoyulması bu mexanizmlərdən biridir və Ermənistan fermerlərinin hakimiyyətdən narazılığını gücləndirib. Lakin belə addımların siyasi nəticəsi əvvəlcədən proqnozlaşdırıldığı kimi olmaya da bilər. Xarici təzyiq çox vaxt cəmiyyəti hökumətin ətrafında birləşdirən amilə də çevrilə bilər.
İkinci istiqamət daxili siyasi qüvvələrdir. Ermənistanın müxalif qüvvələrin əhəmiyyətli hissəsi Rusiya ilə müəyyən dərəcədə bağlıdır, Rusiyapərəst mövqe tutan siyasi partiyalar, ictimai təşkilatlar və nüfuzlu siyasi fiqurlar mövcuddur. Ancaq onların son seçkilərdə geniş ictimai dəstək əldə edə bilməməsi göstərir ki, Kremlin ənənəvi tərəfdaşlarının sosial bazası əvvəlki illərlə müqayisədə xeyli məhdudlaşıb.
Üçüncü istiqamət informasiya məkanıdır. Rusiya mediası və rusdilli informasiya resursları hələ də Ermənistan cəmiyyətinin müəyyən hissəsinə təsir göstərir. Lakin son illərdə qərbyönlü media platformalarının və sosial şəbəkələrin təsiri artdığından informasiya üstünlüyü artıq birtərəfli deyil. Bu istiqamətdə maraqlı məsələlərdən biri də artıq tarixə qovuşmuş Qarabağ probleminin vaxtaşırı yenidən qabardılmasıdır. Qarabağ məsələsi hələ də Ermənistan cəmiyyətinin müəyyən bir kəsimində həssas mövzu olaraq qalır və Rusiya rəsmiləri tərəfindən müntəzəm olaraq siyasi təsir vasitəsi kimi istifadə olunur.
Dördüncü istiqamət təhlükəsizlik faktorudur. Ermənistan ordusunun maddi-texniki təminatı və silah sistemlərinin əhəmiyyətli hissəsi hələ də Rusiya istehsalıdır. Bununla belə, son illərdə ABŞ, Fransa, Hindistan və digər tərəfdaşlarla hərbi əməkdaşlığı genişləndirməsi bu asılılığı mərhələli şəkildə azaltmaq niyyətindən xəbər verir. Ermənistanda Rusiyanın hərbi bazasının yerləşməsi, sərhədlərin bir hissəsinin rus hərbçiləri tərəfindən qorunması da təsir mexanizmlərindən biri hesab oluna bilər.
Bütün bu təsir mexanizmlərinə baxmayaraq, Paşinyan hakimiyyətinin də müəyyən üstünlükləri var. Ən mühüm üstünlük Paşinyan hakimiyyətinin daxili legitimliyidir. Rusiyanın və rusyönümlü müxalifətin bütün cəhdlərinə baxmayaraq baxmayaraq, Paşinyan son illərdə keçirilmiş parlament seçkilərində hakimiyyət mandatını seçki yolu ilə yenidən təsdiqləyə bilib. Bu, onun siyasi legitimliyini əvvəlki hakimiyyətlərdən fərqləndirən əsas xüsusiyyətdir. Beynəlxalq ictimaiyyət və xarici dövlətlər üçün seçki yolu ilə legitimlik qazanmış hökuməti zəiflətmək, cəmiyyətin geniş dəstəyini itirmiş hakimiyyətdən daha çətindir.
Bütün bunlar göstərir ki, Kreml üçün əsas məqsəd mütləq Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq olmaya da bilər. Lakin onun manevr və qərar qəbul etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırmaq istiqaməti Kremlin daha real strategiyası kimi görünür.
Lakin burada Kremlin də nəzərə almalı olduğu mühüm bir məqam var. Əgər Rusiyanın təzyiqləri Ermənistan cəmiyyətində “xarici müdaxilə” kimi qəbul edilərsə, bu, gözlənilən nəticənin əksinə olaraq, Paşinyanın mövqeyini gücləndirə bilər. Təcrübə göstərir ki, xarici təzyiq çox vaxt daxili siyasi həmrəyliyi artırır. Müasir İran cəmiyyətini buna nümunə kimi göstərmək olar.
Bu baxımdan Rusiyanın Paşinyan hakimiyyətini zəiflətməyə hesablanmış hər bir addımı sonuncunun siyasi legitimliyini daha da gücləndirmək riski daşıyır. Məhz buna görə Moskvanın yaxın perspektivdə açıq qarşıdurmadan daha çox, uzunmüddətli və çoxşaxəli təsir strategiyasına üstünlük verməsi daha real görünür.
Eyni zamanda qeyd etmək lazımdır ki, Ermənistanın daxili siyasi dinamikası, iqtisadi vəziyyəti və regional geosiyasi hadisələr Rusiyanın seçimlərini və təsir rıçaqlarını dəyişə biləcək amillər olaraq qalır. Bu səbəbdən hər hansı ssenarini qəti nəticə kimi deyil, mövcud tendensiyalar əsasında mümkün inkişaf variantı kimi dəyərləndirmək daha düzgün olardı.
Avropa İttifaqı ilə Aİİ arasında seçim məsələsinin referendum yolu ilə həll olunmasının vacibliyini məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, həqiqətən də Aİ-nın qaydalarına görə bu təşkilata üzvlük məsələsi referendum yolu ilə həll edilməlidir. Lakin bu gün üçün Ermənistanın Aİ-na üzvlük məsələsi aktual deyil. Aİİ-na və onun tərkibindən çıxmaq üçün isə referendum keçirmək vacib deyil; bu məsələdə Ermənistanın mövqeyi haqlıdır. Ona görə də Rusiyanın bu tələbi Paşinyan hakimiyyətinə mənasız təzyiq xarakteri daşıyır.

Qulamhüseyn Əlibəyli - "DİA-AZ"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur Türkiyə şirkətinin Bakı filialı BAĞLANDI: - Dövlətə vergi ÖHDƏLİYİ QALDI
Bu gün, 08:18
Bakıdan İrəvana XƏBƏRDARLIQ - Sülh nə bir gecədə, nə də...
Bu gün, 08:16
Moskvanın İrəvanla bağlı nə planı var... - GƏLİŞMƏ
Bu gün, 07:43
Danimarka ABŞ təcavüzünə qarşı ordu SƏFƏRBƏR EDİR
Bu gün, 07:38
Ramin Məmmədovun rəis təyin etdiyi Qüdrət Əliyev kimdir - DTX-nın həbs etdiyi icra başçısı ilə... (FOTO)
Bu gün, 07:36
Kartdan-karta limit: Vətəndaşa problem, yoxsa gecikmiş qərar? - AKTUAL
Bu gün, 07:15
QHT sektorunda MÜƏMMALI DURUM - SAXTA İMZA iddiası...
Bu gün, 07:14
5 manatlıq "Arpaçay Pro" MMC-nin külli miqdarda vergi borcu üzə çıxdı - Sahibi kimdir?
Bu gün, 07:10
Azərbaycanın sürətlə silahlanması Ermənistanda qorxu yaratdı – “savaş ssenarisi...”
Bu gün, 07:08
Tramp Ukraynaya niyə “Patriot” raketlərini vermir? - Polkovnik
Bu gün, 07:06
Bakıda ev almaq istəyənlərin nəzərinə: qiymətlər kəskin dəyişir – Yeni rəqəm
Bu gün, 07:05
ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassis Azərbaycana ilk rəsmi səfərinə başlayıb
Bu gün, 07:03
"Biləvçay" MMC fəaliyyətini DAYANDIRDI: Dövlətə 24 min manatdan çox ÖHDƏLİYİ QALDI - TƏFƏRRÜAT
Bu gün, 06:15
Səhiyyə Nazirliyinin həbsdə olan keçmiş idarə rəisi - : “Mənimkimilərin sayəsində...”
Bu gün, 06:14
Xalq artisti qalmaqallı şirkətlə əlaqələrini kəsib - “Kadrlarımı yayımlayıblar, bu doğru deyil”
Bu gün, 06:11
İran atom bombasından güclü silah tapıb - "Newsweek"
Bu gün, 06:08
"Lənkəran-Çay-5" ASC bağlandı - FOTO
Bu gün, 06:06
“Ermənistanın İrana ərazi iddiası… Necə olacaq?” – Yeqoyan
Bu gün, 06:02
ABŞ Ermənistandakı TRIPP+ fondunun maliyyəsini ikiqat artırdı! – 402 milyon
Bu gün, 06:01
NATO-nun Ukraynaya silah tədarükünü əlaqələndirən komandanlığı ABŞ-da qalıb
Bu gün, 05:58
Zülfəli İsmayılov bu QÜDRƏTİ kimdən alır? - NARAZILIQ VAR...
Bu gün, 03:28
"Axı bunların əksəriyyəti həm də vaxtı ilə məmur olublar!" - keçmiş deputat
Bu gün, 03:12
Ruslar Özbəkistan vətəndaşını deportasiya edəcək... - SƏBƏB
Bu gün, 03:07
İrəvanda qadınlar hakimiyyəti ələ keçirib... - SİYAHI
Bu gün, 03:05
"Evdə iydən otura bilmirik" - GİLEY
Bu gün, 03:01
"“Sorry”, Nolan qardaş, bu səfər o döyül qaqa..." - Nura Suri
Bu gün, 02:54
Kartdan karta köçürməyə QADAĞA gəlirsə... - AKTUAL
Bu gün, 02:28
Prezidentə müraciət olundu - TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 02:23
Mingəçevir şəhərində yolların cari və əsaslı təmiri işlərini bu şirkət görəcək – 1.5 milyona
Dünən, 18:08
Xurafat fanatizmi necə qidalandırır? -TURAL İRFAN YAZIR
Dünən, 18:04
Kəndlini kənddə saxlamaq üçün: - İş, məktəb, pul, ev, əyləncə...
Dünən, 17:59
Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib - Tramp
Dünən, 17:54
Saleh Məmmədovun Müseyib Həmzəyevlə Almaniyada şərikli biznesi -DETALLAR
Dünən, 17:53
"Paşinyan sülh kursunu Rubinyan vasitəsilə davam etdirəcək" - Qafar Çaxmaqlı
Dünən, 17:49
Müdafiə Nazirliyinə 4 milyonluq mebel satacaq ŞİRKƏT MƏLUM OLDU - TƏFƏRRÜAT
Dünən, 17:47
İran regionda gərginlik və qeyri-sabitliyin genişlənməsini istəmir - Pezeşkian
Dünən, 17:44
​Deputatla jurnalistin məhkəmə mübarizəsi: Qələbə ilə başa çatan iki proses – REPORTAJ
Dünən, 17:42
Vaaqn Xaçaturyan Ermənistanın yeni hökumətinin tərkibini təsdiqləyib - KİV
Dünən, 17:35
Azərbaycanda 2 gəmiçilik şirkəti – BAĞLANIR
Dünən, 17:30
Onlar vəzifədən azad olundu - BUNDAN SONRA...
Dünən, 17:27
“Naxçıvan Taxıl Məhsulları” MMC-nin həbsdə olan sabiq rəhbəri barədə qərar verilib - TƏFƏRRÜAT
Dünən, 17:21
"Unibank"da yeni sədr təyinatı olub - FOTO
Dünən, 17:19
Dövlət film üçün 1 milyon verəndə, onun yarım milyonuna özünə villa tikəcək - Elməddin Cəfərovla MÜSAHİBƏ
Dünən, 17:17
Nəriman Axundzadə Türkiyə klubuna keçir
Dünən, 17:15
Kreml-İrəvan savaşında dağıdıcı mərhələ başladı: - Rusiyaya “Ermənistandan dərhal çıx” mesajı verildi
Dünən, 17:12
Xaricdə pulsuz olan dövlət universitetləri Azərbaycanda niyə pulludur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:14
Mingəçevir sakini kommunal xətlərin keçdiyi şaxtaya görə narahatdır - GİLEY
Dünən, 16:05
Ordumuzun polkovnikinə vəzifə veriləcək - DETALLAR
Dünən, 16:00
“Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...” - TƏFƏRRÜAT
Dünən, 15:51
İyunun 15-dən bu günə qədər nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb - MALƏSƏF...
Dünən, 15:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru