"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət edirəm... Xətai rayonu N.TUSİ 45 ünvanında kanalizasiya tez tez tutulur..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Narazı vətəndaş daha sonra müraciətini belə davam etdirir: "Problem artıq neçə müddətdir ki var. Evdə iydən, ağcaqanad əlindən otura bilmirik. Əməkdaşlar gəlir, ancaq tıxanmış yeri açıb gedir. 1 həftə sonra yenə eyni mənzərə. Məsələnin kökünü tapıb düzəltmək lazımdır..."











