"Kristofer Nolan əlbəttə ki, dahi rejissordur, amma “Odisey” filmi haqqında danışıldığı qədər möhtəşəm deyil (subyektiv fikrimdir).
Homer dünyasının mifoloji-epik hissini Nolanın qaranlıq estetikasının altında itmiş hiss etdim..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Matt Damon əla aktyordur, amma Odissey obrazı ona yaraşmayıb. Ən yaxşı rolunun öhdəsindən gələn isə Robert Pattinson idi. Mənfi qəhrəman obrazı əyninə biçilmişdi.
Zendaya və Tom Hollandın məşhurluğunu da anlamış deyiləm. Yeri gəldi-gəlmədi, hər yerdə onlardır. Tom Holland "Spider-Man" obrazında əla aktyordur, elə rollar ona yaraşır.
Zendaya da Afinanı oynayacaq qədər böyük aktrisa deyil. Ümumiyyətlə, Zendayanın yaratdığı yadda qalan möhtəşəm bir obrazı yoxdur. Ancaq geyimləri, saç düzümü və makiyajı ilə mediada gündəmə gəlir. Özünün də oturuşmuş bir imici yoxdur. Hər dəfə fərqli imicdə, sanki podiumda müxtəlif dizaynerlərin geyimlərini nümayiş etdirən modeldir.
Bir də ki, "Flame Towers"dakı "IMAX" zalında havasızlıqdan panic attack tutdu. Güc-bəla ilə havasızlığa dözdü camaat...
Kristofer Nolanın bundan 100 dəfə yaxşı filmləri var. "Sorry", Nolan qardaş, bu səfər o döyül qaqa. Amma Oskardan-zaddan alarsan, əminəm buna..."













