"Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" .....                     "Dəfələrlə uzaq işıqla yol istədik..." .....                     Ceyhun Bayramovun o HƏRƏKƏTİ... .....                     Media və Yayım Şurası yaradılıb .....                     "“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." .....                     "Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." .....                     Aytən Abdullayevaya yüksək vəzifə verildi .....                     Ramiz Mehdiyevin bankının binası əlindən alındı .....                     ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib .....                     Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? .....                     "Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" .....                     Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! .....                     Ukraynadan möhtəşəm HƏRBİ yenilik .....                     "Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." .....                     Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir .....                     Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb .....                     Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi .....                     "Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." .....                     Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” .....                     "Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək .....                     Əlizamin Salayev azadlığa buraxıldı .....                     Yeni konstitusiyanın dərci gecikir: .....                     Daşnakların Kərki mərəkəsi .....                     Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var .....                     Paşinyan Anna ilə yenidən evlənib? .....                     Miqrantların üzərinə vintləri sıxın! .....                     “Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib .....                     Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir .....                     Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ .....                     Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? .....                     Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... .....                     “ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” .....                     Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb .....                     Erməni spiker YENƏ həddini aşdı .....                     Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır .....                     Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: .....                     Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? .....                     Neft bahalaşdı .....                     İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ .....                     Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! .....                 

"Humanitar Kollecin direktorunu kim himayə edir?" - İşdən çıxarılan müəllimlər soruşur...
Tarix: 16-10-2021, 09:31 | Çap et
"Humanitar Kollecin direktorunu kim himayə edir?"
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) nəzdindəki Humanitar Kollecin 67 nəfərlik müəllim kollektivi direktor Nərmin Qaralovadan şikayətçidir.

"67 nəfər qeyri-qanuni işdən çıxarılıb”

Şikayət ərizəsi ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də Ombudsman Səbinə Əliyevaya, Baş prokuror Kamran Əliyevə, Baş nazirə, təhsil nazirinə və digər qurumlara ünvanlanıb.

Surəti kütləvi informasiya vasitələrinə göndərilən şikayət məktubunda deyilir ki, Nərmin Qaralova içərisində əhalinin həssas qruplarının da olduğu böyük bir ziyalı kollektivinin başına min oyun açır: "Belə ki, ilkin mərhələdə 46 ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli müəllim, 5 şöbə müdiri olmaqla ümumilikdə 67 nəfəri qeyri-qanuni şəkildə işdən çıxarıb”.

Keçmiş Baş prokurorun qohumu, şöbə müdirinin rəfiqəsi...

Məktub müəlliflərinini iddiasına görə, keçmiş Baş prokuror Zakir Qaralovla qohumluq əlaqəsi olan Nərmin Qaralova əsasən təhsil naziri Emin Əmrullayevin və rəfiqəsi kimi təqdim etdiyi Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri Fərəh Əliyevanın adından istifadə edir: "Vəzifəyə gələr-gəlməz Humanitar Kollecin tələbələrini (keçirilən video konfransda) "şamtutan” adlandıraraq təhqir edən, bu kimi hərəkətləri ilə bütün Azərbaycanda "məşhurlaşan” direktor Nərmin Qaralovanın bu günə qədər cəzasız qalması bir daha sübut edir ki, ciddi psixi problemlərinin olması ehtimal edilən həmin qadın həqiqətən də kimlərsə tərəfindən himayə olunur”.

Direktor həyat yoldaşından qorxur?

Şikayətçilər yazır ki, Nərmin Qaralova işə təyin olunduğu gündən kollektivlə kobud rəftar edir, tələbələri təhqir etməkdən çəkinmir. Həmçinin o, şikayətə gələn heç kimi qəbul etmir: "Kabinetində oturaraq əlaltıları vasitəsilə ağlına gələn gülünc əmrlər verən Qaralova, nə müəllim kollektivini, nə də vətəndaşları qəbul edir. Bunu belə əsaslandırır ki, guya onun hansısa telekanalda işıqçı vəzifəsində çalışan əri çox qısqanc və qaraqabaq insan olduğundan ailə üzvlərindən başqa onun digər şəxslərlə görüşməsinə icazə vermir”.

Müəllimlər deyir ki...

Şikayətçilərin sözlərinə görə, Nərmin Qaralova bütün prosesləri müavini Kamran Məsimov vasitəsilə həyata keçirib:

"Kamran Məsimov əlində müxtəlif sənədlər tutaraq 67 ziyalının işdən çıxması üçün əmrin şəxsən təhsil naziri Emin Əmrullayev tərəfindən verildiyini söylədi. Ancaq tələblərimizə baxmayaraq, həmin əmrin özü və ya surəti bizə göstərilmədi, rəsmi qaydada təqdim edilmədi. Təhsil Nazirliyi ilə əlaqə saxladıqda isə belə bir əmr verilmədiyi bildirildi”.

Meydan TV hazırda Humanitar Kollecdə çalışan 2 müəllimlə əlaqə saxlaya bilib. Adlarının açıqlanmasını istəməyən həmin müəllimlər şikayətçilərin dediklərini təsdiqləyib. Onların sözlərinə görə, Nərmin Qaralova kollektivə ixtisar olacağını söyləyib, bəzi şöbələrin ləğv ediləcəyini deyib. O, şöbə müdirlərinə təklif edib ki, öz istəkləri ilə vəzifədən gedib müəllim kimi fəaliyyət göstərsinlər. Həmin şəxslər işdən çıxmaq istədiklərinə dair ərizə yazdıqdan sonra isə onların fəaliyyətinə xitam verib, müəllim kimi ştatda saxlamayıb.

İş məhkəməyə gedə bilər

Bildirilir ki, ixtisara düşmüş təhsil işçilərinin bir neçəsi oktyabrın 8-də Prezident Administrasiyasına gedərək kollektiv şikayət ərizəsini bu quruma təqdim ediblər. Onlar şikayətləri araşdırılmadığı təqdirdə məhkəməyə müraciət edəcəklərini deyirlər.

Kollecin rəhbərliyi Meydan TV-nin yazılı sorğusunu cavablandırıb. Həmin cavab olduğu kimi dərc olunur:

"ADMİU nəzdində Humanitar Kollec publik hüquqi şəxsdə 67 nəfərin işdən çıxarılması ilə bağlı xəbərin həqiqətə uyğun olmaması ilə bağlı dəfələrlə açıqlama vermişik.

Suallarınıza cavab olaraq bildiririk ki, 67 nəfərin işdən çıxarılması yalan məlumatdır, qeyd etdiyiniz ərizədən məlumatımız yoxdur.

"Humanitar Kollecin direktorunu kim himayə edir?"

Aparılmış struktur optimallaşması, yeni qəbul planı, orta ixtisas müəssisələrində təhsilin bu ildən 2 illik olması ilə bağlı müəyyən fənlərin saatları azaldığına görə bəzi müəllimlərə dərs yükü çatmamışdır. Lakin onlardan bəziləri işlə təmin olunmuşdur. Struktur dəyişikliyi ilə bağlı ixtisara düşən əməkdaşlara digər vəzifələr təklif olunmuş, bəziləri razılaşmış, bir neçə nəfər isə imtina etmişdir. Həmçinin sabiq rəhbərliyin dövründə orta ixtisas təhsil müəssisələrinin müvafiq nümunəvi ştat cədvəllərində nəzərdə tutulandan artıq sayda və orta ixtisas təhsilli müəllimlərin işlə təmin olunması kimi hallar aşkar edilmişdir. Qeyd edək ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Lakin biz həmin müəllimlərin sosial durumlarını nəzərə alaraq, ixtisaslarına uyğun şəkildə dərs yükü ilə təmin edirik və bu istiqamətdə işlərimiz davam edir.

Kollecin direktoru bütün əməkdaşları həmişə (hətta pandemiya dövründə) qəbul edir və dinləyir. Bunun əksini sübut edəcək heç bir hal yoxdur. Ailəsi barədə deyilənlər absurddur.

Direktorun Təhsil Naziri Emin Əmrullayev və Fərəh Əliyeva ilə heç bir yaxın əlaqəsi yoxdur.

QEYD:

*ADMİU nəzdində Humanitar Kollec publik hüquqi şəxs barəsində böhtan xarakterli, yalan, heç bir hüquqi və faktiki əsası olmayan, kollecin və onun direktorunun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan, həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada (cinayət və mülki qaydada) məhkəmələrə müraciət ediləcək”.

"Humanitar Kollecin direktorunu kim himayə edir?"

Sənəd
Mənbə: Meydan Tv

"Humanitar Kollecin direktorunu kim himayə edir?"

Sənəd
Mənbə: Meydan TV








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Şah İsmayıl mövzusu İranın sifarişi ilə köpükləndirilir" - Murad Köhnəqala
Bu gün, 14:50
"Dəfələrlə uzaq işıqla yol istədik..." - "Arzum9999" yenidən MÜHAKİMƏ OLUNUR
Bu gün, 14:37
Ceyhun Bayramovun o HƏRƏKƏTİ... Moskvanı niyə qəzəbləndirdi?
Bu gün, 13:07
Media və Yayım Şurası yaradılıb - DETALLAR
Bu gün, 13:06
"“Kupça” alırıq... deyib, 500 manatdan yığırlar..." - GİLEY
Bu gün, 13:00
"Problemi yaradırlar, amma məsuliyyət mənim üzərimə qoyulur..." - GİLEY
Bu gün, 12:51
Aytən Abdullayevaya yüksək vəzifə verildi - ƏMR
Bu gün, 12:41
Ramiz Mehdiyevin bankının binası əlindən alındı - BUNDAN SONRA...
Bu gün, 12:39
ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib - DETALLAR
Bu gün, 12:36
Azərbaycanlılar Rusiyaya sanksiya tətbiq edilən mal daşımaq istəyib? - SKANDAL
Bu gün, 12:35
"Belə bir insan Mədəniyyət komitəsinə rəhbərlik etməməlidir" – Akif Nağıdan Fazil Mustafaya ağır ittihamlar
Bu gün, 12:27
Fazil Mustafa hüquqi məsuliyyətə CƏLB OLUNMALIDIR! - ÇAĞIRIŞ
Bu gün, 12:19
Ukraynadan möhtəşəm HƏRBİ yenilik – Azərbaycan Ordusunda da var?
Bu gün, 12:15
"Açıq şəkildə bildirildi ki, öz ərizəmlə işdən çıxmasam..." - MÜRACİƏT
Bu gün, 11:56
Limanı əlindən alınan Şahlar Novruzova qarşı YENİ İDDİA: Rusiya əl çəkmir - TƏFƏRRÜAT
Bu gün, 11:48
Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb - ABŞ rəsmisi
Bu gün, 11:46
Rusiya ilə iqtisadi münasibətlərin gərginləşməsi Ermənistana nə vəd edir?
Bu gün, 11:35
"Yaxşılığının əvəzində elə yamanlıq edir ki..." - Zümrüdə qarşı HAQSIZLIQ
Bu gün, 11:33
Nəriman Həsənzadənin oğlu ilə sabiq deputat arasında QALMAQAL: “Ölkədən qovulsun!” – “Meyitim, ölkədə qalacaq!”
Bu gün, 11:31
"Legion Financial"ın səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 11:29
Əlizamin Salayev azadlığa buraxıldı
Bu gün, 11:11
Yeni konstitusiyanın dərci gecikir: - Paşinyan nədən qorxur?
Bu gün, 11:08
Daşnakların Kərki mərəkəsi - KİV
Bu gün, 11:04
Paşinyanın komandasında sülhə qarşı gizli müqavimət var - Politoloqdan İDDİA
Bu gün, 11:02
Paşinyan Anna ilə yenidən evlənib? - Ermənistanda hamı çaş-baş qalıb
Bu gün, 11:01
Miqrantların üzərinə vintləri sıxın! - Kremlin qanunvericiliyinin əsas fəndləri
Bu gün, 10:57
“Xalq Kapital İnvestisiya Şirkəti”nin dövriyyəsi 11 dəfədən çox kiçilib
Bu gün, 10:54
Azərbaycan dövlət xərclərinin ÜDM-də payına görə dünyada 58-ci yerdədir - SİYAHI
Bu gün, 10:53
Paşinyanın Əliyev və Trampa verdiyi SÖZ – İrəvan vaxt uzadır?
Bu gün, 10:47
Azərbaycanın dövlət qurumlarında 1 işçi neçəyə sığortalanır? – QURUMLAR, MƏBLƏĞLƏR, SİYAHI
Bu gün, 10:45
Qağaməli Seyfullayevin kantoru ÖZBAŞINA QALIB... - TOTAL NARAZILIQ...
Bu gün, 10:26
“ADY rəhbərliyi işi təşkil edə bilmirsə, istefa versin” - ÇAĞIRIŞ
Bu gün, 10:22
Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var: Evdən 15 min də oğurlanıb - TƏFƏRRÜAT
Bu gün, 10:20
Erməni spiker YENƏ həddini aşdı – Azərbaycandan Ermənistana təhlükə?
Bu gün, 10:18
Ermənistan üçün Aİİ ilə əməkdaşlığın gücləndirilməsi prioritet olaraq qalır - Paşinyan
Bu gün, 10:15
Arvadını məscidin qarşısında xüsusi amansızlıqla öldürən şəxs: - “Telefon yazışmalarından xəyanət etdiyini öyrəndim”
Bu gün, 09:15
Ermənilər “Naxçıvan yolu”na nə vaxt pul xərcləyəcək? - Görünəni odur ki...
Bu gün, 09:12
Neft bahalaşdı
Bu gün, 09:09
İş axtaranlar üçün AVSTRALİYA FÜRSƏTİ - DİQQƏT
Bu gün, 08:33
Yooox! Rövşən müəllimin bundan xəbəri yoxdur! - varsa... BU NƏDİ BELƏ?
Bu gün, 08:28
Üç uşaq anasını plastik cərrahın ayağına GÖTÜRƏN YOL - AXI NİYƏ?..
Bu gün, 08:09
"Kristal"dan bahalı Biləcəri layihəsini diriltmək üçün METRO REKLAMI - 3 dəqiqə yalanı və səfərbər olunan resurslar
Bu gün, 07:55
İflas edən "Rahat Lizinq" borclarını ödəməyib - FOTO
Bu gün, 07:51
Rusiya Azərbaycanla sərhədə gəlir: Zəngəzur dəhlizinin qarşısını kəsəcək - GƏLİŞMƏ
Bu gün, 07:48
Vardanyanın Epşteynlə əlaqəsi: milyardlıq layihələr... - AKTUAL
Bu gün, 07:46
Çimərliklərdə TTY-ni HANSI AĞILLI QADAĞAN EDİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:41
Belə bir strateji yol... NİYƏ BU GÜNDƏDİR? - FOTOFAKT
Bu gün, 07:29
Avtobusun ağzını istədikləri vaxt, istədikləri yerə döndərirlər... - BU NƏDİ BELƏ?
Bu gün, 07:06
Azərbaycan artıq KƏNAR MÜŞAHİDƏÇİ deyil... - ŞƏRH
Bu gün, 06:54
Fazil Mustafa deyir, görüşdən qaçmayıb - "Onların təmsilçilərini qəbul etməyə hazırıq.."
Bu gün, 06:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru