"Məlumat üçün bildirim ki, 2025-ci ilin dekabr ayının 15-i Abşeron Neft Qaz Çıxartma İdarəsinin (NQÇİ) quyularının əsaslı yeraltı təmiri sexinin rəisi Ələsgərov Niyazın sexin neft şirkətinə məxsus məişət texnikalarını oğurlayaraq tamlaması barədə videofaktları təqdim etmişdim. Bundan sonra şirkətdən audit təyin olundu..." "DİA-AZ" xəbər verir ki, bunu ölkə rəhbərliyinə müraciətində sözügedən qurumun işçisi Azər Mikayılov qeyd edib.
Onun müraciətində daha sonra deyilir: "Mənim də iştirakımla həyata keçirilən audit yoxlaması zamanı oğurluq faktı təsdiq olundu.
Lakin şikayətimin üstündən bir aydan çox vaxt keçməsinə baxmayaraq, tələbim hələ də icrasız qalıb və adıçəkilən şəxs hələ də sexdə rəhbər kimi işini davam etdirməkdədir.
Onu da əlavə edim ki, oğurluq faktı sex rəisinin cəzalandırılması üçün yeganə səbəb deyil. O, eyni zamanda işçilərlə də kobud davranır, onları təhqir edir. Bu barədə əlimdə videosübutlar, səs yazısı var. Xahiş edirəm, tədbir görəsiniz..."








