Binəqədidə növbəti YAŞIL TERROR TƏDARÜKÜ... hər halda aşağıda təqdim edəcəyimiz fakta bundan fərqli qiyməti vermək mümkün deyil.
"DİA-AZ" bildirir ki, yerli sakinlər əlaqədar qurum və şəxsləri, xüsusən də Ekologiya və Təbii Sərvətlər Nazirliyini hərəkətə keçməyə çağırır.
Sakinlər yazır: "Biləcəri qəsəbəsi, Xurşidbanu Natəvan küçəsindəki ağaclıq göz görə-görə məhv edilir. Məqsədli şəkildə suvarılmamaqla yanaşı, ağaclıq ərazisi həm də zibillənir.
Bu məsələnin Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin diqqətinə çatdırılmasını xahiş edirik".
Aşağıdakı fotolardan da aydın görünür ki, artıq yüzlərlə ağac zavala gəlib və qurumuş vəziyyətdədir.
Buna işarə edən sakinlər bildirir ki, onların əvəzinə yenisi əkilməsə, hansısa maraqlı şəxs günlərin birində onun yerində GÖYDƏLƏN tiksə... kimsə təəccüblənməyəcək: "Burada maraqlı məmurların olduğu faktdır və bütün bunlar yerli icra hakimiyyətinin təkcə gözləri qarşısında yox, həm də maraqları çərçivəsində baş verir..."









