"O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." .....                     Deputatın qardaşına HÖKM OXUNDU .....                     Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik .....                     İrəvanın “Metsamor” höcəti .....                     Ermənistana arpa və buğda göndəriləcək .....                     İçkiyə pulu olmadı, qonşusunun evini soydu .....                     Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? .....                     Ölkədə orta maaş 1176,7 manatdır .....                     "Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" .....                     Xumar Qədimovanın adından yalan elan yayıldı .....                     Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı .....                     Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? .....                     100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır .....                     "PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi .....                     Pulsuzluq, vaxt azlığı, yoxsa... .....                     "Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" .....                     Azərbaycanda da süni intellekt fermerin yerinə qərar verəcək .....                     “Mabel Matiz atamın mahnısını anonim oxuyub, bu artıq oğurluq sayılır” .....                     Gümrüdəki 102-ci bazanın taleyi: .....                     Dövlət müəssisələrinin 1 milyon manatdan artıq pulunu mənimsəyən şəxslərdən .....                     “Mərcan” brendinin məxsus olduğu şirkətdə .....                     İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin QALMAQALLI İŞLƏRİ .....                     Zaxarovadan Merzə sərt ittiham: .....                     Gəncə Avtomobil Zavodunun rəhbərliyində yeni təyinat .....                     SOCAR-da YENİ KADR TƏYİNATI .....                     Mühacir jurnalistə ağır itki .....                     Abşeronda Su Təsərrüfatı: AİLƏ PODRATI... VƏ... .....                     “Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı .....                     Azərbaycan polisi Amerika qitəsində böyük əməliyyatlara başlayır .....                     Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                     Azərbaycanlı dənizçi ittihamları RƏDD ETDİ: Finlandiyada kabel QALMAQALI .....                     Yağış sahibkarın nə qədər pulunu “yuyub”? .....                     Bağçaya növbəyə yazılma prosesinə başlanılır .....                     NDU-dan məzun olan türkiyəlilərə ölkələrində ETİMAD GÖSTƏRİLMİR .....                     Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib .....                     Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər .....                     “Ağrılardan bezmişəm, gecələr yata bilmirəm, səhnə üçün darıxsam da...” .....                     Kirayə qaldığı evdə otaq yoldaşına 16 bıçaq zərbəsi endirdi .....                     Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil .....                 

Nazirliklə teatr arasındakı qalmaqalda adı hallanan Əfsun Əhmədov kimdir? - İLGİNC
Tarix: 18-11-2025, 16:35 | Çap et

Azərbaycan Dövlət Kukla Teatrının rejissoru Səidə Haqverdiyeva özünün və sözügedən teatrın direktoru olan həyat yoldaşı Rəşad Əhmədzadənin təzyiqlərə məruz qaldığını bəyan edib. Rejissor açıqlamalarında baş verənlərin əsas fiqurantı kimi Azərbaycan Kukla Teatrının aktrisası Nərmin Əhmədovanın adını çəkib.

Səidə Haqverdiyeva onu və həyat yoldaşını təhdid edən Nərmin Əhmədovanın Mədəniyyət Nazirliyi səviyyəsində himayə olunduğunu bildirib. Nərmin Əhmədovaya privilegiyalar verilməsini isə onun həyat yoldaşı Əfsun Əhmədovun şirkət rəhbəri olması ilə izah edir.

Səidə Haqverdiyeva detallara varmasa da, sözlərindən belə anlaşılır ki, Əfsun Əhmədovla Mədəniyyət Nazirliyi arasında hansısa qaranlıq əlaqələr var.

AFN.az-ın Ə.Əhmədovun kimliyi ilə bağlı apardığı kiçik araşdırma zamanı məlum olub ki, o, Mədəniyyət və Turizm Nazirliyinin zamanında qurumda rəhbər vəzifədə çalışıb. Ə.Əhmədov qurumun ümumi işlər şöbəsində işləyib. Həmin vaxtlar nazirlik ikimərtəbəli tur avtobusları alıb və həmin avtobuslara nəzarət məhz Ə.Əhmədova tapşırılıb. İşində çatışmazlıqlar aşkarlandığı üçün keçmiş nazir Əbülfəs Qarayev onu cəzalandıraraq avtobuslardan istifadə hüququnu o vaxtkı Bakı Turizm İnformasiya mərkəzinin rəhbərinə həvalə edib.

Bundan sonra Ə.Əhmədov Ə.Qarayevin gözündən düşdüyü üçün qurumdan uzaqlaşdırılıb. Lakin sonradan özünə "Next Group" nəqliyyat şirkətini qurub, nazirlikdəki keçmiş iş yoldaşları, dostları ilə əlaqəyə girərək asanlıqla tenderlərə qoşulub və "qalib" gəlib. Keçmiş mədəniyyət naziri Anar Kərimovun və hazırkı nazir Adil Kərimlinin dövründə bu əməkdaşlıq xüsusilə vüsət alıb. AFN.az-a bütün bunlarla bağlı məlumat verən mənbənin sözlərinə görə, Ə.Əhmədov çox rahat şəkildə, heç kimdən çəkinmədən Baş Prokurorluqda vəzifədə işləyən qohumunun adını da hallandırır.

Bütün bu qeyd edilənləri Qaynarinfo-nun araşdırmaları da təsdiq edir. Sayt yazır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Next Group” MMC-nin 4 dekabr 2017-ci ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Qədir Məmmədov küçəsi, ev 7A, məhəllə 2947, mənzil 30, korpus D, giriş 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əhmədov Əfsun Məzahir oğludur.

"Next Group” MMC beynəlxalq və yerli statuslu tədbirlərin təşkili, nəqliyyat xidmətlərinin icarəsi və idarə edilməsi ilə məşğuldur. Bu barədə şirkətin rəsmi-veb səhifəsində qeyd edilib.

Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımız araşdırmadan aydın olur ki, "Next Group” MMC ötən il Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən "Əsaslı Tikinti və Təchizat” MMC ilə ümumi maliyyə dəyəri 608 020 manat təşkil edən satınalma müqavilələri imzalayıb.

Müqavilələrin üçü birbaşa Mədəniyyət Nazirliyi ilə, beşi isə "Əsaslı Tikinti və Təchizat” MMC ilə bağlanıb. Bu müqavilələr üzrə satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib.

"Dövlət satınalmaları haqqında” Qanuna görə birmənbə metodu aşağıdakı hallarda tətbiq edilə bilər:

49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:

49.1.2.1. tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olarsa və ya bu hallar satınalan təşkilatın bilərəkdən gözləməsinin nəticəsi olmadıqda;

49.1.2.2. təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

49.1.3. satınalan təşkilat hər hansı təchizatçıdan satınalma predmetini satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə əsasən və ya mövcud satınalma predmetinə uyğunluğu təmin etmək zərurəti baxımından satınalma predmetini həmin təchizatçıdan satın alınması qənaətinə gəldikdə, habelə keçirilməsi planlaşdırılan satınalma texnoloji və ya müəlliflik hüququ baxımından əvvəlki satınalma predmetinin davamı olduqda;

49.1.4. satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

"Next Group” MMC-nin Mədəniyyət Nazirliyi və "Əsaslı Tikinti və Təchizat” MMC ilə bağladığı satınalma müqavilələri üzrə satınalma predmetləri, həmçinin şirkətin fəaliyyət sferası birmənbə metodunu istisna edir. Bu halda satınalma prosedurunun şəffaflığına suallar yaranır.

Azərbaycan "Next Group” MMC kimi eyni xidməti göstərən onlarla şirkət var. Mədəniyyət Nazirliyinin satınalmalarda yalnız "Next Group” MMC-yə üstünlük verməsi təbii olaraq şirkətlə qurum arasında hansısa özəl əlaqələrin olduğuna dair şübhələri artırır.

Görünür, Səidə Haqverdiyeva şübhələrində yanılmayıb. Yaxud mümkündür ki, o, nazirliklə "Next Group” MMC arasındakı tender sövdələşmələri barədə daha artıq məlumatlıdır. Yeri gəlmişkən, kluarlarda gəzən söhbətlərə görə, "Next Group” MMC Mədəniyyət Nazirliyinin xətti ilə 2 milyon manatlıq sifariş alıb. Hazırda bununla bağlı araşdırmalarımız davam edir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." – Brilyant
Bu gün, 15:13
Deputatın qardaşına HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:12
Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik - Xandanyan
Bu gün, 15:07
İrəvanın “Metsamor” höcəti - Bakıdan SƏRT xəbərdarlıq
Bu gün, 15:05
Ermənistana arpa və buğda göndəriləcək
Bu gün, 15:02
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
Bu gün, 13:14
Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? – Ekspertdən AÇIQLAMA
Bu gün, 13:11
Ölkədə orta maaş 1176,7 manatdır – Rəsmi
Bu gün, 13:09
"Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" - TƏFƏRRÜAT
Bu gün, 13:01
Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Bu gün, 12:59
Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı
Bu gün, 12:57
Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
Bu gün, 12:53
100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır - HESABAT
Bu gün, 12:41
"PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi - ƏMR
Bu gün, 12:40
Pulsuzluq, vaxt azlığı, yoxsa... - Kinomuzun əsas bəlası nədir?
Bu gün, 12:33
"Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" - Əməkdar artist
Bu gün, 12:23
Azərbaycanda da süni intellekt fermerin yerinə qərar verəcək - EKSPERTDƏN IZAH
Bu gün, 12:22
“Mabel Matiz atamın mahnısını anonim oxuyub, bu artıq oğurluq sayılır” - Habil Əliyevin qızından AÇIQLAMA
Bu gün, 12:17
Gümrüdəki 102-ci bazanın taleyi: - həll olunmamış tənlik
Bu gün, 12:14
Dövlət müəssisələrinin 1 milyon manatdan artıq pulunu mənimsəyən şəxslərdən XƏBƏR VAR
Bu gün, 12:10
“Mərcan” brendinin məxsus olduğu şirkətdə YENİ BİRLƏŞMƏ
Bu gün, 12:08
İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin QALMAQALLI İŞLƏRİ - TƏFƏRRÜAT
Bu gün, 12:01
Zaxarovadan Merzə sərt ittiham: - Kölədir...
Bu gün, 11:58
Gəncə Avtomobil Zavodunun rəhbərliyində yeni təyinat - ƏMR
Bu gün, 11:46
SOCAR-da YENİ KADR TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 11:44
Mühacir jurnalistə ağır itki
Bu gün, 11:42
Abşeronda Su Təsərrüfatı: AİLƏ PODRATI... VƏ... - Burda su yerinə SUALLAR AXIR...
Bu gün, 11:35
“Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı – 10,4 milyonluq SİYAHI
Bu gün, 11:26
Azərbaycan polisi Amerika qitəsində böyük əməliyyatlara başlayır - Narkotrafik və kiberşəbəkələrə qarşı QLOBAL İTTİFAQ
Bu gün, 11:21
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb
Bu gün, 11:17
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Bu gün, 11:11
Azərbaycanlı dənizçi ittihamları RƏDD ETDİ: Finlandiyada kabel QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:03
Yağış sahibkarın nə qədər pulunu “yuyub”? - ARAŞDIRMA
Bu gün, 10:43
Bağçaya növbəyə yazılma prosesinə başlanılır - DİQQƏT
Bu gün, 10:39
NDU-dan məzun olan türkiyəlilərə ölkələrində ETİMAD GÖSTƏRİLMİR - “Naxçıvanda diplomu rüşvətlə almısan”
Bu gün, 10:37
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 10:29
Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər - NARAZILIQ VAR...
Bu gün, 10:26
“Ağrılardan bezmişəm, gecələr yata bilmirəm, səhnə üçün darıxsam da...” - Əməkdar artistdən kövrək AÇIQLAMA
Bu gün, 10:11
Kirayə qaldığı evdə otaq yoldaşına 16 bıçaq zərbəsi endirdi – MƏHKƏMƏ
Bu gün, 10:08
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
Bu gün, 10:06
"Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama
Bu gün, 10:01
Qriqoryan Rusiyaya səfir getməkdən imtina etdi - “Joqovurd”
Bu gün, 09:58
Anar Bayramov direktor müavinini işdən çıxardı - ƏMR
Bu gün, 09:55
“Suraxanı Avtomotoservis” şirkətinin ötən il gəlirləri azalıb
Bu gün, 09:54
Gömrük Komitəsi Füzuli Cabbarovun “Fin-Plast" şirkətini cərimələdi - TƏFƏRRÜAT
Bu gün, 09:50
Bağban olub, qəzet paylayıb - “Sabah”ın məşqçisinin inanılmaz həyat hekayəsi
Bu gün, 09:44
Azərbaycanda buğda bahalaşacaq? - Rusiyanın yeni rüsum oyunu
Bu gün, 09:35
Azərbaycan neftinin qiyməti 108 dolları ötüb
Bu gün, 09:32
Paşinyanın Orta Asiya ölkələrini TRİPP-ə cəlb etməkdə məqsədi nədir? - İNCƏLƏMƏ
Bu gün, 09:31
Paşinyan Fransaya səfərə yola düşüb
Bu gün, 09:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru