Məlum olduğu kimi, bir neçə müddətdir SOCAR "Azəriqaz" İstehsalat Birliyinin strukturlarında kütləvi ixtisar siyasəti həyata keçirilir. "DİA-AZ" xəbər verir ki, işçilərin narazılığı ilə müşaiyət olunan bu ixtisarların özündə də yetərincə şübhə doğuracaq məqamlar var. Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında paylaşım edilib.
Məlumatdan aydın olur ki, sən demə, Azəriqaz İstehsalat Birliyinin strukturuna daxil olan bəzi RQİİ -də çalışan işçilər bildirir ki, onlara tutduqları vəzifənin ixtisara düşdüyü ilə əlaqədar bilidiriş verilsə də, həmin vəzifəyə başqa işçi götürülür.
Qeyd edək ki, bu olaya NHMT-nin hüquqşünası Azər Quliyev münasibət bildirib. O baş verənlərin əslində qanun pozuntusu olduğuna işarə edərək aşağıdakıları vruğulayıb:
"İşçinin əmək müqaviləsi o əsasdan ləğv olunur ki, onun tutduğu ştat ləğv olunur. İşçinin ştatı qalırsa onun əmək müqaviləsi bu əsasla ləğv oluna bilməz . Bu halda işçi məhkəməyə müraciət edərsə ,onun prosesi udmaq ehtimalı çox böyükdür..."
Yəni belə bir təəssürat yaranır ki, yaxın günlərdə "Azəriqaz"a qarşı kütləvi məhkəmə iddiaları irəli sürülə bilər...
Məsələ diqqətimizdədir...