Əsas Səhifə > Araşdırma / Güney Press / Manşet > BUNUN NƏYİ İXTİSAR OLDU Kİ?
BUNUN NƏYİ İXTİSAR OLDU Kİ?Bu gün, 12:42 |
Məlumatdan aydın olur ki, sən demə, Azəriqaz İstehsalat Birliyinin strukturuna daxil olan bəzi RQİİ -də çalışan işçilər bildirir ki, onlara tutduqları vəzifənin ixtisara düşdüyü ilə əlaqədar bilidiriş verilsə də, həmin vəzifəyə başqa işçi götürülür. Qeyd edək ki, bu olaya NHMT-nin hüquqşünası Azər Quliyev münasibət bildirib. O baş verənlərin əslində qanun pozuntusu olduğuna işarə edərək aşağıdakıları vruğulayıb:
"İşçinin əmək müqaviləsi o əsasdan ləğv olunur ki, onun tutduğu ştat ləğv olunur. İşçinin ştatı qalırsa onun əmək müqaviləsi bu əsasla ləğv oluna bilməz . Bu halda işçi məhkəməyə müraciət edərsə ,onun prosesi udmaq ehtimalı çox böyükdür..."
Yəni belə bir təəssürat yaranır ki, yaxın günlərdə "Azəriqaz"a qarşı kütləvi məhkəmə iddiaları irəli sürülə bilər...
Məsələ diqqətimizdədir...
Geri qayıt |