Hələ bir neçə gün əvvəl də yazmışdım ki, mən mədəniyyət və ədəbiyyat sahəsində yazan adamam. Açığı, məndən tam olaraq nə gözlənildiyini bilmirəm.
Mədəniyyətdən yazıram, kitabdan danışıram, amma paylaşımın altına gəlib "bundan vacib problemlər var" yazırlar. Bu, yeni kəşf deyil. Əlbəttə, ölkədə də, cəmiyyətdə də çox ciddi problemlər var. Mən bunu hamıdan yaxşı bilirəm. Dostlar, mən də öz imkanlarım daxilində fikirlərimi bölüşən bir insanam. El arasında gözəl bir deyim var: "Keçəl dərman bilsə, əvvəl öz başına çəkər."
Mən nə millət vəkiliyəm, nə nazir, nə də hansısa dövlət qurumunun rəhbəri. Mədəniyyət və ədəbiyyat haqqında yazmağım o demək deyil ki, digər problemləri inkar edirəm. Sadəcə, hər kəs öz bildiyi, bacardığı və faydalı ola bildiyi sahədə danışır.
Bir xahişim var: heç olmasa paylaşımın mövzusuna hörmət edin. Kitabdan danışırıqsa, kitabdan danışaq. Mədəniyyətdən yazırıqsa, müzakirəni də həmin mövzu ətrafında aparaq.
Saxta profillərlə gəlib demokratlıq edənləri, profilində fotosu, səhifəsində heç bir paylaşım olmayanları blok edəcəm.
Günel Musa - "DİA-AZ"




















