"İlk dəfədir əlilik üçün baş vurmuşam. Keçən ay baş vurdum, imtina gəldi. Əyaniyə "online" növbə götürüb getdim ayın 3-ü... Dünən imtina cavabı gəldi..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında yazan Ayna Məmmədova adlı istifadəçi kömək istəyir.
Narazı vətəndaş müraciətini daha sonra belə davam etdirir: "Mən nə edim? Hara baş vurum? Çox çarəsizəm. illərdi xəstəyəm... ağrıdan dayana bilmirəm... 3 ildir yeriyə bilmirəm, yeriməkdə çətinlik çəkirəm... Ayağım tutmur, bir tərəfim iflic keçirir...
Ağrıkəsici belə almağa imkanımız yoxdursa, nəylə müalicə olunum?
Əlilik verilmir mənə. Xahiş edirəm mənə kömək edin..."




















