İstidə ən təhlükəli içki məhz budur .....                     Hacı İlham Şıxseyidovun yarım milyonluq hesabına həbs qoyuldu .....                     "Space" TV-də yeni təyinat .....                     Mədəniyyət Nazirliyi işdən könüllü çıxmaq istəməyən kitabxanaçıları hədələyir .....                     Kafedə başlayan mübahisə qanla nəticələndi .....                     Ramiz Mehdiyev BANK SEKTORUNDAN QƏTİ QOVULDU .....                     “Zeytun” apteklər şəbəkəsi cərimələndi .....                     Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq .....                     Tehranın yeni müharibə strategiyası .....                     Trampın Qəzza planı üzrə "Yol xəritəsi" dərc olunub .....                     ABB-də təyinat olub .....                     “Bank Respublika”da bu strukturda yeni təyinatlar olub .....                     İcra başçısı özünə yeni köməkçi təyin etdi .....                     TƏBİB genişmiqyaslı təmirə başlayır .....                     Rusiya Makronu qəbul etməz, Tramp və Mask vasitəçi ola bilər .....                     33 illik şirkətdən ikinci dəfə .....                     Rusiya səfiri Polşa XİN-ə çağırılıb .....                     Azərbaycanda dollar alanların sayı kəskin azalıb .....                     “Araz”ın 15 illiyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                     Naxçıvanda "inzibati başıyoxluğun" sirri: .....                     Dolqovun təslimiyyət çağırışının səbəbi .....                     Bağlanan Qızlar Universitetinin təsisçisi binanı 2,5 milyona satıb .....                     FHN Ağalarovun daha iki obyektinə XEYİR-DUA VERDİ... .....                     “Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir .....                     Paşinyan kilsənin “qalasına” hücum etdi .....                     Xalq artisti yeriyə bilmir, əməliyyat olunacaq .....                     Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparılıb, qanun pozuntuları aşkarlanıb .....                     İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərinə Qırğızıstanın töhfəsi .....                     Azərbaycanı Qırğızıstanla əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir .....                     BRİCS Rusiyaya dəstəkdən çəkinir .....                     1400-dən çox xəstə GÖZLƏYİR .....                     Ağamirzə efirlərdə niyə yoxdur? .....                     FHN 406 minlik, DGK isə 261 minlik avtomobil ala bilmədi: Tenderlər ləğv edildi .....                     Putin Paşinyanı Baş nazir kimi qəbul etmir .....                     Paşinyan Rusiyadan Köçəryanla imzalanmış sazişin ləğvini tələb edir .....                     "Yelo Bank" ÇÖKÜŞ ZOLAĞINDA... .....                     Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi nazirinə müavin təyin edilib .....                     “Qurbağa yeməyi çox sevirəm” .....                     “Kanallar mənə xəbər göndərib ki, hay-küyə düşmə, gör onlarına başına nə oyun açıram” .....                     Kobud zarafata görə taxta parçası ilə qonşusunu vuraraq dalağını partlatdı .....                 

Paşinyan kilsənin “qalasına” hücum etdi - Avqustun 7-si həlledici gün olacaq
Tarix: Bu gün, 15:02 | Çap et

Ermənistanda yenə də diqqət mərkəzinə Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregin gəlib. Ermənistan hüquq-mühafizə orqanları tərəfindən II Qaregin və daha 6 yepiskop barəsində açılmış cinayət işi baxılması üçün məhkəməyə təqdim olunub.

Rəsmi məlumata görə, II Qaregin və digər təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, kilsə rəhbərlərindən birini qanunsuz və əsassız şəkildə vəzifədən uzaqlaşdırmaqda, eləcə də bir sıra digər qanun pozuntularına yol verməkdə ittiham olunurlar.

Məlumatda bildirilir ki, iş üzrə ilk məhkəmə iclası avqustun 7-nə təyin edilib.

Qeyd edək ki, son aylarda Ermənistan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında münasibətlər xeyli gərginləşib. Baş nazir Nikol Paşinyanla kilsə rəhbərliyi arasında qarşılıqlı ittihamlar və kəskin bəyanatlar ölkənin siyasi gündəminin əsas mövzularından birinə çevrilib. Bu səbəbdən II Qareginə qarşı cinayət işinin məhkəməyə göndərilməsi də Ermənistanda hakimiyyət-kilsə qarşıdurmasının yeni mərhələsidir.

II Qareginə qarşı açılan cinayət işi Ermənistanın daxili siyasi böhranını daha da dərinləşdirəcəkmi? Paşinyan hakimiyyəti ilə Erməni Apostol Kilsəsi arasında qarşıdurma hansı nəticələrə gətirib çıxara bilər? Avqustun 7-də keçiriləcək məhkəmə prosesi Ermənistanın siyasi gündəminə necə təsir edəcək?

Musavat.com-un xəbərinə əsasən, politoloq Rəhman Bayramov hesab edir ki, Ermənistanda II Qareginə qarşı açılmış cinayət işini yalnız hüquqi müstəvidə qiymətləndirmək düzgün olmaz:

“Burada söhbət daha çox ölkənin iki ən güclü institutunun - siyasi hakimiyyətlə Erməni Apostol Kilsəsinin açıq qarşıdurmasından gedir. Son hadisələr göstərir ki, bu mübarizə artıq pərdəarxası mərhələni geridə qoyub və açıq siyasi müstəviyə keçib. Erməni Apostol Kilsəsi Ermənistan üçün sıradan dini qurum deyil. Bu kilsə uzun illər erməni milli kimliyinin, dövlətçilik ideologiyasının və siyasi qərarların formalaşmasında mühüm rol oynayıb. Xüsusilə Qarabağ məsələsində kilsənin sərgilədiyi mövqe hər zaman sərt millətçi xətt üzərində qurulub. Məhz buna görə də II Qareginə qarşı cinayət işinin açılması təkcə bir din xadiminə qarşı hüquqi prosedur kimi deyil, həm də Ermənistanın ən nüfuzlu təsisatlarından birinə qarşı siyasi təzyiq kimi qiymətləndirilə bilər. Nikol Paşinyan isə 2018-ci ildə hakimiyyətə gəldiyi gündən köhnə siyasi elitanın təsir imkanlarını mərhələli şəkildə zəiflətməyə çalışır. Bu proses əvvəlcə oliqarxlara, daha sonra keçmiş hakimiyyət nümayəndələrinə, ardınca hərbi rəhbərliyə yönəldi. İndi isə görünən odur ki, növbə ölkənin ənənəvi təsir mərkəzlərindən biri olan kilsəyə çatıb. Bu baxımdan II Qareginə qarşı cinayət işi təsadüfi addım deyil. Bu, Paşinyanın dövlət daxilində alternativ güc mərkəzlərini neytrallaşdırmaq siyasətinin növbəti mərhələsi kimi görünür. Lakin Paşinyan üçün bu proses kifayət qədər risklidir. Çünki kilsənin Ermənistanda cəmiyyətə təsir imkanları hələ də kifayət qədər güclüdür. Əgər bu proses cəmiyyət tərəfindən dini institutun nüfuzuna zərbə kimi qəbul edilərsə, hakimiyyət gözlədiyinin əksinə olaraq yeni müqavimət dalğası ilə üzləşə bilər. Müxalifət də bu qarşıdurmadan maksimum istifadə etməyə çalışacaq və onu hakimiyyətə qarşı siyasi kampaniyanın əsas mövzularından birinə çevirəcək. Digər tərəfdən, Paşinyan anlayır ki, 2020-ci il müharibəsindən sonra Ermənistanın əvvəlki siyasi modeli artıq fəaliyyət göstərmir. O, ölkədə yeni idarəçilik sistemi formalaşdırmağa çalışır və bu sistemdə heç bir institutun hökumətdən üstün mövqedə olmasını istəmir. Son illər həm ordu, həm təhlükəsizlik strukturları, həm də kilsə ilə münasibətlərdə müşahidə olunan gərginlik də məhz bu siyasətin nəticəsidir”.

Politoloqun fikrincə, avqustun 7-də keçiriləcək məhkəmə iclası hüquqi prosedurdan daha çox siyasi əhəmiyyət daşıyacaq:

“Həmin prosesdə təkcə II Qareginin taleyi deyil, həm də Paşinyan hakimiyyətinin dövlət institutları üzərində nə dərəcədə tam nəzarət qura bildiyi sınaqdan keçəcək. Məhkəmə zalında veriləcək qərarlar Ermənistanın daxili siyasi balansına birbaşa təsir göstərə bilər. Hesab edirəm ki, bu qarşıdurmanın qısa müddətdə başa çatacağı real görünmür. Əksinə, Ermənistan yaxın aylarda hakimiyyətlə kilsə arasında daha sərt siyasi mübarizənin şahidi ola bilər. Əgər kompromis əldə olunmasa, bu proses cəmiyyətdə parçalanmanı daha da dərinləşdirəcək və onsuz da mürəkkəb olan daxili siyasi vəziyyəti yeni gərginlik mərhələsinə keçirəcək. Diqqətdən qaçırılmamalı olan əsas məqamlardan biri də budur ki, bu gün Ermənistanda gedən mübarizə təkcə hakimiyyət uğrunda mübarizə deyil. Əslində ölkə yeni siyasi və ideoloji model uğrunda mübarizə aparır. Bir tərəfdə ənənəvi millətçi-dini xətti müdafiə edən qüvvələr, digər tərəfdə isə Paşinyanın təmsil etdiyi daha praqmatik və Qərbə inteqrasiyanı prioritet hesab edən siyasi kurs dayanır. II Qaregin ətrafında baş verənlər də məhz bu iki yanaşmanın toqquşmasının növbəti mərhələsidir. Buna görə də qarşıdakı proseslərə yalnız bir cinayət işi kimi baxmaq doğru olmaz. Burada söhbət Ermənistanın gələcək siyasi kursunun hansı istiqamətdə formalaşacağından gedir”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İstidə ən təhlükəli içki məhz budur - Həkimdən xəbərdarlıq
Bu gün, 18:01
Hacı İlham Şıxseyidovun yarım milyonluq hesabına həbs qoyuldu - Səbəb nədir?
Bu gün, 17:59
"Space" TV-də yeni təyinat - Baş direktora müşavir təyin olundu
Bu gün, 17:57
Mədəniyyət Nazirliyi işdən könüllü çıxmaq istəməyən kitabxanaçıları hədələyir - BU NƏDİ BELƏ?
Bu gün, 17:53
Kafedə başlayan mübahisə qanla nəticələndi – Şüşə qırığı ilə tanışına ağır xəsarət yetirdi
Bu gün, 17:50
Ramiz Mehdiyev BANK SEKTORUNDAN QƏTİ QOVULDU - DETALLAR
Bu gün, 17:42
“Zeytun” apteklər şəbəkəsi cərimələndi - Dərmanlar zirzəmidə saxlanılıb
Bu gün, 17:40
Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq - SEPAH komandiri
Bu gün, 17:31
Tehranın yeni müharibə strategiyası - ŞOK DETALLAR
Bu gün, 17:29
Trampın Qəzza planı üzrə "Yol xəritəsi" dərc olunub - KİV
Bu gün, 17:27
ABB-də təyinat olub - BUNDAN SONRA...
Bu gün, 17:22
“Bank Respublika”da bu strukturda yeni təyinatlar olub - BUNDAN SONRA...
Bu gün, 17:20
İcra başçısı özünə yeni köməkçi təyin etdi - ƏMR
Bu gün, 17:15
TƏBİB genişmiqyaslı təmirə başlayır – 7 MİLYONLUQ İŞ GÖRÜLƏCƏK
Bu gün, 17:13
Rusiya Makronu qəbul etməz, Tramp və Mask vasitəçi ola bilər - İNCƏLƏMƏ
Bu gün, 17:09
33 illik şirkətdən ikinci dəfə - 47 MİN MANAT GÖTÜRÜLÜR
Bu gün, 17:07
Rusiya səfiri Polşa XİN-ə çağırılıb - Tusk
Bu gün, 17:05
Azərbaycanda dollar alanların sayı kəskin azalıb
Bu gün, 17:00
“Araz”ın 15 illiyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTO
Bu gün, 16:51
Naxçıvanda "inzibati başıyoxluğun" sirri: - Hicran Muradovun həddi nədir şikayətlərə baxa?
Bu gün, 16:47
Dolqovun təslimiyyət çağırışının səbəbi – Ukrayna savaşında nələr yaşanır?
Bu gün, 15:33
Bağlanan Qızlar Universitetinin təsisçisi binanı 2,5 milyona satıb - AÇIQLAMA
Bu gün, 15:29
FHN Ağalarovun daha iki obyektinə XEYİR-DUA VERDİ... - DETALLAR
Bu gün, 15:16
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - FOTO
Bu gün, 15:08
Paşinyan kilsənin “qalasına” hücum etdi - Avqustun 7-si həlledici gün olacaq
Bu gün, 15:02
Xalq artisti yeriyə bilmir, əməliyyat olunacaq – Özündən AÇIQLAMA
Bu gün, 15:00
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparılıb, qanun pozuntuları aşkarlanıb - TƏFƏRRÜAT
Bu gün, 14:57
İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərinə Qırğızıstanın töhfəsi - MƏQALƏ
Bu gün, 14:53
Azərbaycanı Qırğızıstanla əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir - İsrafil Kərimovun yazısı
Bu gün, 14:52
BRİCS Rusiyaya dəstəkdən çəkinir - İNCƏLƏMƏ
Bu gün, 14:51
1400-dən çox xəstə GÖZLƏYİR - Azərbaycanda donor niyə tapılmır?
Bu gün, 13:20
Ağamirzə efirlərdə niyə yoxdur? – SƏBƏB
Bu gün, 13:06
FHN 406 minlik, DGK isə 261 minlik avtomobil ala bilmədi: Tenderlər ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 13:04
Putin Paşinyanı Baş nazir kimi qəbul etmir - ŞƏRH
Bu gün, 13:02
Paşinyan Rusiyadan Köçəryanla imzalanmış sazişin ləğvini tələb edir - KİV
Bu gün, 13:00
"Yelo Bank" ÇÖKÜŞ ZOLAĞINDA... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 12:49
Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi nazirinə müavin təyin edilib - ƏMR
Bu gün, 12:33
“Qurbağa yeməyi çox sevirəm” - Fatimə Fətəliyeva
Bu gün, 12:31
“Kanallar mənə xəbər göndərib ki, hay-küyə düşmə, gör onlarına başına nə oyun açıram” - Afət Fərmanqızına efir qadağası qoyulub?
Bu gün, 12:27
Kobud zarafata görə taxta parçası ilə qonşusunu vuraraq dalağını partlatdı – QƏRAR
Bu gün, 12:23
Prezidentin səfər etdiyi qəribə adlı şəhər – İlginc FAKTLAR
Bu gün, 12:10
Köçəryan Paşinyanı məhkəməyə verdi, özü cərimələndi
Bu gün, 12:04
Trampın görüşləri və: - yeni qlobal təhlükəsizlik arxitekturasının başlanğıc nöqtəsi
Bu gün, 11:58
Təbii qaz istehlakının 45%-i Bakı və Abşeronun payına düşüb - SİYAHI
Bu gün, 11:56
"Bir müəllim uşağı niyə bu vəziyyətə qoymalıdır?" - BU NƏDİ BELƏ?
Bu gün, 11:40
Nigar Budaqlını yataq xəstəsi edən həkimlərə HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 11:34
"Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də..." - NARAZILIQ VAR...
Bu gün, 11:32
Beş nəfərin öldüyü qəzada sürücü sərxoş imiş... - Günahı ölən dostunun üstünə atıb
Bu gün, 11:16
AZAL Tiflis və İstanbula reyslərin sayını artırıb - DİQQƏT
Bu gün, 11:13
Məktəbə müəllim düzəltmək adı ilə 8 mindən çox dələduzluq edildi – QƏRAR
Bu gün, 11:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru