Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Zeytun” apteklər şəbəkəsinə məxsus aptekdə keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, yoxlama zamanı aptek təşkilatında anbar otağının zirzəmidə təşkil olunduğu və dərman vasitələrinin saxlanma şəraitinin pozulması faktları aşkar edilib.
İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin tələbləri pozulduğu üçün “Zeytun Pharmaceuticals” barəsində protokol tərtib edilərəm baxılması üçün məhkəməyə göndərilib. “Zeytun Pharmaceuticals”in iş üzrə təqsiri toplanmış material ilə tam sübuta yetirilib.
Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, şirkət inzibati qaydada cərimələnib.









