Əgər Mansur Yavaş CHP-də Özgür Özellə anlaşaraq qalıbsa ( böyük ehtimalla belədir), yəqin ki, CHP-nin prezidentliyə namizədi olmaq məsələsində də Kılıçdaroğlu ilə razılaşıblar.
Mansur Yavaşın CHP-nin prezidentliyə namizədi olması durumunda Yeni Partiya seçkidə iştirak imkanı olmayan İmamoğluya boşuna ümid bəsləməkdənsə, Mansur Yavaşın namizədliyini dıstəkləyər. Eyni zamanda təkbaşına, hətta ikisi bir ittifaq daxilindən namizəd çıxarmaları halında belə qalib gəlmək şansları olmayan Zafer və İYİ partiyaların da Mansur Yavaşın namizədliyinə dəstək vermək ehtimalları çox yüksəkdir. Zatən Mansur Yavaş seçilməsi durumunda partiya nişanını çıxararaq, tərəfsiz cümhurbaşqanı olaraq yoluna davam edəcək.
Prezident seçildikdən sonra CHP, Yeni Partiya, İYİ və Zafer Partiyalarının milli kadrlarından ibarət gözəl bir komanda formalaşdıra bilər Mansur bəy.
Muharrem İnce faktorunu da gözardı etmədən deyə bilərəm ki, bu ssenarinin baş tutması durumunda İnce, CHP-nin cumhurbaşqanı yardımçılığına (vitse-prezident) namizədi olacaq.
Burda bir tək əngəl, Özgür Özelin də ətrafının qazına gələrək, öz namizədliyini irəli sürməsi ola bilər.
Bu durumda avtomatik olaraq müxalifətin səsləri parçalanacaq və Türkiyə yenə də liderləri getdikcə fiziki və əqli sağlamlıqları zəifləyən AKP-MHP cütlüyünün idarəsində yeni və daha böyük faciələrə sürüklənəcək...
Zaur Bayramlı - "DİA-AZ"


















