TƏBİB-in tabeliyində “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ (VÖEN: 1300242201) üç yeni tender elan edib.
"DİA-AZ" xəbər verir ki, tender çərçivəsində Respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən 21 – 30 – 30 tibb müəssisəsinin rentgen və flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqlarında əsaslı təmir işlərinin satın alınması nəzərdə tutulur.
Tenderlərin cəmi ehtimal olunan qiyməti 6 milyon 967 min manat təşkil edir.
Tenderlərdə iştirak haqqı 600 – 1 000 manat, istifadə haqqı 25 manatdır.
Əlaqələndirici şəxs: Nicat Muradlı - Böyük məsləhətçi / nmuradli@itm.gov.az / +994 12 310 17 70









