Rusiya səfiri Polşanın hava məkanını keçən raketlə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırıb.
"Report" xəbər verir ki, bu barədə Polşanın Baş naziri Donald Tusk "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Ötən gün Polşa ərazisinə düşən raketlə əlaqədar Rusiya səfiri iyulun 31-də Polşa XİN-ə çağırılıb", - o qeyd edib.









