“Bank Respublika” ASC-nin Audit Komitəsinin tərkibində dəyişiklik edilib.
Banker.az xəbər verir ki, bundan əvvəl Audit Komitəsinin sədri vəzifəsini icra edən Mainhardt Johannes bu vəzifədən ayrılıb. Onun yerinə Audit Komitəsinin sədri Akmalov Shavkat Nigmatullayevich təyin edilib.
Eyni zamanda, komitənin tərkibində də dəyişikliklər baş verib. Şmidt İrina Kimovna Audit Komitəsinin üzvü seçilib. Bundan əvvəl komitənin üzvü olan Abasov Elmar Aydın oğlu isə Audit Komitəsinin müstəqil kənar üzvü statusunu alıb.









