Gədəbəydə DƏRƏBƏYLİKDİR... .....                     Azərbaycanda böyük ƏFV təklifi .....                     Paşinyanın bu qərarı Putini qorxutdu .....                     Zaurun Günayla bağlı dedikləri rezonans doğurdu .....                     Nəriman Həsənzadəni itirdik .....                     MODERN BAKI OĞRUSU: ZÜLFƏLİ... .....                     "Bəs hökumət nə düşünür, nə etmək istəyir?" .....                     Hakimin MƏQSƏDİ nə idi ki... .....                     "Vergi borcları olduğuna görə..." .....                     Əməli nəticə yoxdursa, görüşlərin faydası nədir? .....                     " Bunu dərk etməyənlər vəzifə, pul, hərislik uğrunda ömür boyu başqaları ilə çarpışırlar..." .....                     Türkiyə müxalifəti üçün ən yaxşı yol... .....                     Ağır xəstə olsa da, əlilliyi ala bilmir .....                     Bakı Qızlar Universitetinin bağlanması digər universitetlərə ciddi siqnaldır .....                     Öldüyü deyilən, 35 ildir efirə çıxmayan sənətkar danışdı: .....                     Paşinyan Putinə açıq meydan oxuyur? .....                     2 ay əvvəl vəzifəyə təyin olunan müşavir istefa verdi .....                     "KÜRƏM lahmacun & kabab house"un sahibinin külli miqdarda vergi borcu üzə çıxdı .....                     Min manat alan həkimdən möcuzə gözləyirik? .....                     44 günlük savaşda bütün peşəkar zabitlər öldü, ordu çöküşdədir .....                     Tramp yenidən prezident olmaq istəməsinin səbəbini açıqlayıb .....                     Azərbaycanda dollar və avro ucuzlaşacaq? .....                     Şabranın icra başçısı sakinləri tutdura bilmədi .....                     5 milyonluq siqaret qaçaqmalçısının İŞİ: .....                     İstidə ən təhlükəli içki məhz budur .....                     Hacı İlham Şıxseyidovun yarım milyonluq hesabına həbs qoyuldu .....                     "Space" TV-də yeni təyinat .....                     Mədəniyyət Nazirliyi işdən könüllü çıxmaq istəməyən kitabxanaçıları hədələyir .....                     Kafedə başlayan mübahisə qanla nəticələndi .....                     Ramiz Mehdiyev BANK SEKTORUNDAN QƏTİ QOVULDU .....                     “Zeytun” apteklər şəbəkəsi cərimələndi .....                     Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq .....                     Tehranın yeni müharibə strategiyası .....                     Trampın Qəzza planı üzrə "Yol xəritəsi" dərc olunub .....                     ABB-də təyinat olub .....                     “Bank Respublika”da bu strukturda yeni təyinatlar olub .....                     İcra başçısı özünə yeni köməkçi təyin etdi .....                     TƏBİB genişmiqyaslı təmirə başlayır .....                     Rusiya Makronu qəbul etməz, Tramp və Mask vasitəçi ola bilər .....                     33 illik şirkətdən ikinci dəfə .....                 

Paşinyanın bu qərarı Putini qorxutdu - GƏLİŞMƏ
Tarix: Bu gün, 08:18 | Çap et

Ermənistanla Rusiya arasında gərginlik sürətlə artır, xüsusilə Baş nazir Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığından sonra. 27 iyulda baş tutan bu telefon danışığından sonra Ermənistan Rusiyadan tomat idxalına qadağa qoydu, Paşinyan Aİİ-nin dağılmağın başlanğıcında olduğunu elan etdi, Rusiyaya icarəyə verilən dəmir yollarına görə illik fantastik qiymət (2 milyard dollar) tələb edəcəyini bildirdi və s. Bunların əsas səbəbi Ermənistanın bu ölkədən iqtisadi asılılığından və Paşinyan hökumətinin Avropa bazarına yönəlmək istəyindən irəli gəlir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Heydər Oğuz deyib.

“İki ölkə arasında ticarət dövriyyəsi Ermənistanın xarici ticarətinin 30%-dən çoxunu təşkil edir. Ermənistan bütün təbii qazının 100%-ni Rusiyadan alır. Neft məhsulları idxalının böyük hissəsi də Rusiyanın payına düşür. Ölkənin əsas elektrik enerjisi istehsal edən müəssisələri Razdan İES və Metsamor AES Rusiyanın nəzarətindədir. Bundan əlavə, Ermənistan dəmir yolları da Rusiyanın Cənubi Qafqaz Dəmir Yolu idarəsinin bir parçasıdır. Bu da nəticə etibarilə Rusiyanı Ermənistan üzərində dominant gücə çevirir. İrəvan isə iqtisadi asılılıqdan qurtulmaq istəyir.

Bu səbəbdən də Paşinyan Qərb dövlətləri ilə iqtisadi əlaqələrini gücləndirmək, xarici ticarəti şaxələndirməyə çalışır. Əks halda, Rusiyanın bir əyalətinə çevrilə biləcəyindən çəkinir. Kreml isə Paşinyanın bu təşəbbüsünə qarşı çıxır. Çünki Cənubi Qafqazda Rusiyanın təsir dairəsində fəaliyyət göstərən yeganə ölkə Ermənistandır. Onu da itirsə, Rusiya Cənubi Qafqazdan çıxmağa məcbur olacaq və özünün ən böyük imperial hədəflərindən birini də itirəcək”, - o bildirib.

Heydər Oğuzun fikrincə, Cənubi Qafqaz regionunun Rusiya üçün çox böyük önəmi var:

“Ermənistan Rusiyanın “strateji müttəfiqi” sayılan İranla quru sərhədləri olan ölkədir. İran vasitəsilə o, Hind və Sakit okeanlara çıxa bilir. “İsti dənizlərə” enmək I Pyotrun əsas vəsiyyətlərindən biri idi. Pyotr dünya gücünə çevrilmək üçün “isti dənizlərə” enməyi Rusiyanın 1 nömrəli vəzifəsi hesab edirdi. Ukrayna savaşı başlayandan sonra Rusiya faktiki olaraq Qara dənizdəki mövqelərini itirdi. Türkiyənin Ukrayna müharibəsi səbəbindən Montre Konvensiyasını əsas gətirib İstanbul və Çanaqqala boğazlarını hərbi gəmilərə bağlamasından sonra Rusiyanın Aralıq dənizinə çıxış imkanı da məhdudlaşdı.

İran üzərindən Hind okeanına çıxmaq üçün isə iki yol var. Bunlardan biri Xəzər dənizi vasitəsilə Bəndər Ənzəli, Əmirabad və Nouşəhr limanlarına çıxmaq, ordan quru yolu ilə ya Çabahar, ya da Bəndər Abbas limanlarına getməkdir. Xəzər dənizindəki İran limanlarını İsrail və Ukrayna silahlı qüvvələri atəş altında tutur, Bəndər Abbas və Çabahar limanları isə ABŞ hücumlarına məruz qalır. Rusiya bu tranzit əlaqələrini bərpa etməyə çalışır. Bunun üçün isə İranla ilk növbədə quru əlaqələrini qurmalıdır.

Nəzərə alaq ki, quru yolu üçün vacib olan dəmir yolları birbaşa Rusiyanın nəzarəti altındadır. Buna görə də Paşinyanın Ermənistan Dəmir Yollarını müstəqilləşdirmək arzuları Putini qorxutmaya bilməz. Qərblə inteqrasiyaya meyillənən Paşinyan bu arzularını reallaşdıra bilsə, müstəqillik qazanan Ermənistan Dəmir Yolları Qərbin nəzarəti altına düşəcək. Dolayısıyla, Rusiya İrana hərbi strateji əhəmiyyətli mallar göndərmək imkanını tamamilə itirəcək və öz yağında qovrulan ölkə durumuna düşəcək.

Bu isə yaxın gələcəkdə Rusiyanın imperial siyasətindən tamamilə vaz keçməsi anlamına gələcək”.

Şərhçi Ermənistan kimi Rusiyadan tamamilə asılı bir dövlətin müstəqilləşmə səylərinin digər Avrasiya İttifaqı ölkələrinə də bir örnək təşkil edə biləcəyini hesab edir:

“Nəticədə Mərkəzi Asiya ölkələri də rus hegemoniyasına daha cəsarətlə qarşı çıxar. Rusiyanın bu zamana qədər qorumağa çalışdığı imperial ənənələri də zəifləyər, beləcə, bu ölkə 17-ci əsrdən əvvəlki əli-qolu bağlı Rusiyaya çevrilər. Artıq bu tendensiyanın açıq əlamətləri sezilir.

İyulun 25-də Qazaxıstan Prezidenti Qasım-Jomant Tokayevin Putinə “Ukraynadan çəkil” məsləhətini verməsi və Rusiya liderinin bu tələb qarşısında başını aşağı salıb susması Kremlin müstəmləkə kimi baxdığı coğrafiyalarda nə qədər miskin vəziyyətə düşdüyünü göstərirdi. Odur ki, bu miskin durumdan çıxmaq üçün Putin ən zəif halqa kimi baxdığı Ermənistanı cilovlamaq niyyətindədir. Amma bunu bacarmaq da asan deyil.

Məsələ burasındadır ki, Amerikanın vitse-prezidenti Ceyms Di Vensin bir neçə ay öncə İrəvana səfəri zamanı imzalanan bir çox müqavilələr Ermənistanı Rusiya təsirindən çıxarmağa hesablanmışdı. Müqavilələrdə nüvə enerjisi əməkdaşlığı, hərbi texnologiyaların satışı və enerji şaxələndirilməsi kimi mühüm məsələlər nəzərdə tutulurdu. Bu sahələrin hər biri isə Ermənistanı Rusiyadan asılı vəziyyətə salan sektorlar idi. Görünən budur ki, ABŞ Ermənistanı tamamilə Rusiyanın əlindən qoparıb özünə bağlamaq niyyətindədir.

Yeri gəlmişkən, biz də bir qonşu dövlət olaraq Ermənistanın Rusiyanın asılılığından qurtarması üçün əlimizdən gələni edirik. Ona benzin və digər neft məhsulları satmaqla enerji sarıdan Rusiya asılılığından çıxmağına dəstək göstəririk. Ermənistan rus asılılığından xilas olduqca Moskvanın üzünə daha çox ağ olur, onun göstərişlərini geri çevirməyi bacarır.

İnanıram ki, Rusiyanın Ermənistana basqıları söz və iqtisadi təzyiqlərlə məhdudlaşacaq, nəticədə nankor qonşumuz da Rusiyanın arxa bağçası olmaqdan yaxa qurtaracaq və regionda sülh daimi olacaq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gədəbəydə DƏRƏBƏYLİKDİR... - GİLEY
Bu gün, 09:40
Azərbaycanda böyük ƏFV təklifi – Tanınmış komissiya üzvündən dəstək gəldi
Bu gün, 08:27
Paşinyanın bu qərarı Putini qorxutdu - GƏLİŞMƏ
Bu gün, 08:18
Zaurun Günayla bağlı dedikləri rezonans doğurdu – Müzakirələr böyüyür
Bu gün, 08:16
Nəriman Həsənzadəni itirdik
Bu gün, 08:12
MODERN BAKI OĞRUSU: ZÜLFƏLİ... - NARAZILIQ VAR...
Bu gün, 07:46
"Bəs hökumət nə düşünür, nə etmək istəyir?" - partiya sədri
Bu gün, 07:37
Hakimin MƏQSƏDİ nə idi ki... - belə ÇEVİK qərar verdi?..
Bu gün, 07:31
"Vergi borcları olduğuna görə..." - ETİRAZ VAR!
Bu gün, 07:15
Əməli nəticə yoxdursa, görüşlərin faydası nədir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:02
" Bunu dərk etməyənlər vəzifə, pul, hərislik uğrunda ömür boyu başqaları ilə çarpışırlar..." - teleaparıcı
Bu gün, 06:57
Türkiyə müxalifəti üçün ən yaxşı yol... - Həm də Türkiyə üçün...
Bu gün, 06:53
Ağır xəstə olsa da, əlilliyi ala bilmir - GİLEY
Bu gün, 06:42
Bakı Qızlar Universitetinin bağlanması digər universitetlərə ciddi siqnaldır - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:14
Öldüyü deyilən, 35 ildir efirə çıxmayan sənətkar danışdı: - “Biz sizə müğənni kimi lazım deyilik”
Bu gün, 02:11
Paşinyan Putinə açıq meydan oxuyur? – İrəvan Avropa kursunda israrlıdır
Bu gün, 02:08
2 ay əvvəl vəzifəyə təyin olunan müşavir istefa verdi - Rəqəmsal hökumətdə nə baş verir?
Bu gün, 02:00
"KÜRƏM lahmacun & kabab house"un sahibinin külli miqdarda vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:58
Min manat alan həkimdən möcuzə gözləyirik? - “5-6 aydan sonra bir ayın bonusu verilir”
Bu gün, 01:56
44 günlük savaşda bütün peşəkar zabitlər öldü, ordu çöküşdədir – Ermənistanda yeni qalmaqal
Bu gün, 01:54
Tramp yenidən prezident olmaq istəməsinin səbəbini açıqlayıb - “Real America's Voice”
Bu gün, 01:53
Azərbaycanda dollar və avro ucuzlaşacaq? - AKTUAL
Bu gün, 01:50
Şabranın icra başçısı sakinləri tutdura bilmədi - Məhkəmə "arpa işi"ndə onu haqsız saydı
Bu gün, 01:48
5 milyonluq siqaret qaçaqmalçısının İŞİ: - şahidlər nələr dedi?
Dünən, 18:03
İstidə ən təhlükəli içki məhz budur - Həkimdən xəbərdarlıq
Dünən, 18:01
Hacı İlham Şıxseyidovun yarım milyonluq hesabına həbs qoyuldu - Səbəb nədir?
Dünən, 17:59
"Space" TV-də yeni təyinat - Baş direktora müşavir təyin olundu
Dünən, 17:57
Mədəniyyət Nazirliyi işdən könüllü çıxmaq istəməyən kitabxanaçıları hədələyir - BU NƏDİ BELƏ?
Dünən, 17:53
Kafedə başlayan mübahisə qanla nəticələndi – Şüşə qırığı ilə tanışına ağır xəsarət yetirdi
Dünən, 17:50
Ramiz Mehdiyev BANK SEKTORUNDAN QƏTİ QOVULDU - DETALLAR
Dünən, 17:42
“Zeytun” apteklər şəbəkəsi cərimələndi - Dərmanlar zirzəmidə saxlanılıb
Dünən, 17:40
Mehdinin zühuru üçün təhlükəsiz şərait yaradırıq - SEPAH komandiri
Dünən, 17:31
Tehranın yeni müharibə strategiyası - ŞOK DETALLAR
Dünən, 17:29
Trampın Qəzza planı üzrə "Yol xəritəsi" dərc olunub - KİV
Dünən, 17:27
ABB-də təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:22
“Bank Respublika”da bu strukturda yeni təyinatlar olub - BUNDAN SONRA...
Dünən, 17:20
İcra başçısı özünə yeni köməkçi təyin etdi - ƏMR
Dünən, 17:15
TƏBİB genişmiqyaslı təmirə başlayır – 7 MİLYONLUQ İŞ GÖRÜLƏCƏK
Dünən, 17:13
Rusiya Makronu qəbul etməz, Tramp və Mask vasitəçi ola bilər - İNCƏLƏMƏ
Dünən, 17:09
33 illik şirkətdən ikinci dəfə - 47 MİN MANAT GÖTÜRÜLÜR
Dünən, 17:07
Rusiya səfiri Polşa XİN-ə çağırılıb - Tusk
Dünən, 17:05
Azərbaycanda dollar alanların sayı kəskin azalıb
Dünən, 17:00
“Araz”ın 15 illiyinə həsr olunan rəsm müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTO
Dünən, 16:51
Naxçıvanda "inzibati başıyoxluğun" sirri: - Hicran Muradovun həddi nədir şikayətlərə baxa?
Dünən, 16:47
Dolqovun təslimiyyət çağırışının səbəbi – Ukrayna savaşında nələr yaşanır?
Dünən, 15:33
Bağlanan Qızlar Universitetinin təsisçisi binanı 2,5 milyona satıb - AÇIQLAMA
Dünən, 15:29
FHN Ağalarovun daha iki obyektinə XEYİR-DUA VERDİ... - DETALLAR
Dünən, 15:16
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - FOTO
Dünən, 15:08
Paşinyan kilsənin “qalasına” hücum etdi - Avqustun 7-si həlledici gün olacaq
Dünən, 15:02
Xalq artisti yeriyə bilmir, əməliyyat olunacaq – Özündən AÇIQLAMA
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru