"Görəsən yeni rəhbərliyi necə manipulyasiya edə bilərdim ki,bir neçə ildə vəzifədə qalıb dövlətin büdcəsini talayıb,rüşvət tələb edərək özümü daha da zəngin edərdim..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva qeyd edərək bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri postundan azad olunan Samiq Sadıxovla bağlı ilginc faktları da təqdim edib.
Jurnalist daha sonra bildirir: "Dubayda da üç-dörd mənzil alardım.Bakıda yeni tikili binalarda 4 mənzil aldım,hətta baldızımın itinə də mənzil aldım.
Bax “səhiyyədə çox yenilik etmişdim”…
Kardioloji mərkəzi dağıtdım(qapısına nəzarətçilər belə qoydum ki,içəri tibbi personal belə girib əşyaların götürəndə icazə ilə keçsinlər),dağıtdığım Kordioloji Mərkəzin yerində həyat yoldaşıma ideal iş otağı düzəltdim.(ürək mərkəzi olmasada olar,əsas həyat yoldaşımın iş otağı mükəmməl olsun)
Oğlumun ad soyadına və doğum tarixinə uyğun maşın nömrəsi aldım:77-MS-016
Məhəmməd Sadıxov 2016-cı il
Həyat yoldaşımla öz adıma uyğun maşın nömrəsi aldım:
77-ZS-008
Zərifə Samiq ,008 sevimli nömrəmdir.
Xidməti maşınımı qanunları tapdalayaraq Respublika Xəstəxanasına Lexsus aldım(Halbuki qanun ona icazə vermirdi),bir imzamla əmlakdan icazə olmadan Səhiyyə Nazirliyinin balansına verdim,həmçinin nömrəsini də xüsusilə seçilən nömrə aldım:
85-AA-008
Təcili yardımı yeməkxanaya köçürdüb,binasını söküb dağıtdım,olmayan üz-çənə çərrahlarımla ağız-diş mərkəzi tikəcəkdim(üç ilə yaxındı tikməyə cəhd edirdim də ),
Laboratoriyanı satdım özəl şirkətə,dövlətin əmlakını yoxa çıxartdım,indi analiz verməyə reaktiv belə yoxdur(özəllərə yönləndirib 20% otkatımı alırdım da).
Ambulatoriyaların adını dəyişib ASM etdim,ştatları on beş dəfə dəyişdim,işçi götürüb pulunu tutdum, hələ də rüşvət müqabilində işçi götürməyə davam edirdim,vacib olan tibbi cihazları baxımsızlıqdan sıradan çıxartdım,sonra da dedim ki,Naxçıvanın iqliminə görə işləmir.Yaxşı instaqram səhifəsi düzəltdim qarışqanı fill edən komandanı “papatiyalardan” formalaşdırdım,həm işim gedirdi ,həmdə dövlətin mənə ayırdığı iş otağımda papatiyaların gətirdiyi “papatiya” çayı içə-içə onlarla istirahət edirdim.
Təminat Mərkəzi adlı qurum yaradıb mənə yaxın olan işçilərin adın ora yazıb,Səhiyyə Nazirliyində işlədirdim(səhiyyədən və idarəetmədən xəbəri olmayanları).
Qanunların yanından keçib özbildiyim kimi satınalmalar edirdim.
1 ildə etdiyim satınalmaların məbləğin görsələr dodaqları uçuqlayare)),heç bir təminatı olmayan mərkəzi xəstəxanaları iflic edib kəndlərə lazımsız nə qədər avadanlıqlar alıb yığdım mən bu işi bacarıramda(kim nə biləcək ,mən xəstəxanaları dərmansız,reaktivsiz qoyub qazanc üçün hələ uzun illərdə işlədilə biləcəyi güman edilməyən avadanlıqlar almışam ).Naxçıvan balaca yerdi gedim böyük şəhərimiz olan Bakıya görüm kimi yalanlarımla aldadıram
Mənə lazımdı bir yerə ilişim ondan sonra gəlsin ticari beynimin kirli qazancları))))
Heyf o günlərdən,görən birdə qayıdarmı?Oturub məndə səbrsizliklə gözləyərdim.Birdəki DTX-nın istintaqından salamat qurtara bilsəm bu yuxularımın təzədən çin olmasına gümanım var…"











