Son günlər Azərbaycanda fəaliyyət göstərən bəzi restoranlarda qiymətlərin həddən artıq şişirdildiyinə dair paylaşımlara rast gəlirik. Bu restoranlarda əyləşən şəxslərin sonradan gələn hesabı sosial şəbəkələrdə paylaşması cəmiyyətdə birmənalı qarşılanmır və müzakirələrə yol açır. İnsanlar qiymətlərin tənzimlənməsinin vacibliyi haqda fikir səsləndirirlər.
KONKRET.az xəbər verir ki, növbəti rekord hesab paytaxtda yerləşən “Boulevard 1909” restoranında qeydə alınıb.











