“Azərbaycanın Ermənistan-Aİ Tərəfdaşlıq sazişinin əleyhinə deyil. Sadəcə, onun içində Bakı üçün qaranlıq qalmış məqamlarla bağlı Ermənistandan hesabat tələb edir”.
Tribuna.az xəbər verir ki, bunu politoloq Ara Poqosyan deyib.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanı regionda özünün geosiyasi əlavəsi kimi təsəvvür edir. “Onlar hesab edirlər ki, Ermənistan Azərbaycanın geosiyasi maraqlarına xidmət etməlidir”.
Poqosyan Ermənistan XİN-in Azərbaycana verdiyi cavabı da tənqid edib. O deyib ki, rəsmi İrəvanın Aİ-lə Tərəfdaşlıq Sazişi barədə izahat verməsi, daha çox Bakıya hesabat xarakteri daşıyıb. “Bu açıqlama daha çox Azərbaycana hesabat vermək idi”.











