Mingəçevirdə pişik bir neçə gün boyunca tərk edilmiş 1,5 yaşlı oğlan uşağını digər heyvanlardan qoruyub.
Musavat.com xəbər verir ki, DOST TV-də açıqlama verən uşaqlarla işləmə şöbəsinin rəhbəri, Cavid Şahməliyev, hadisəni belə şərh edib: "Pişik, uşağı heç vaxt tək qoymayıb və digər heyvanları ona yaxınlaşdırmayıb."
Uşaq dördüncü gündə onun ağlaması ilə tapılıb. Diaqnoz olaraq, beyin qanaması və heyvanların hücumlarından yaranmış yaralar aşkar edilib. Tibb işçiləri, pişiyin uşağın yanında olduğunu və onu qoruduğunu bildirib. Hazırda uşaq Bakıya aparılaraq müalicə olunur.
Polis, uşağın anası G. Məmmədovanı (1994-cü il təvəllüdlü) həbs edib və onun uşağı təhlükəyə atmaq səbəbindən cinayət məsuliyyətinə cəlb olunması məsələsini araşdırır.











