Ötən gün xəbər vermişdik ki, Yasamal İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyi xidməti istifadəsi üçün nəzərdə tutulan malların satınalınması üzər tenderin nəticəsini açıqlayıb.
Tribuna.az xəbər verir ki, həmin məlumatda qeyd edilirdi ki, İcra Hakimiyyəti avtomobil mühərrikləri yağı satan “23 STEPS” MMC ilə razılaşma əldə edib.
Məlumata əsasən tərəflər arasında 800 ədəd politelen plaş, 600 ədəd qolsuz jilet, 400 cüt rezin çəkmə, 400 cüt adi çəkmə, 400 ədəd qaloş, 600 ədəd şalvar və daha bir neçə başqa mal və məhsula görə şirkətə 168 min manat ödənilib.
Bu gün isə məlum olub ki, Yasamal rayon İcra Hakimiyyəti eyni məqsədlə daha bir tender elan edibmiş. Tribuna.az bildirir ki, sözügedən qurum 600 cüt yay və qış botinkası, 300 ədəd qaloş, 300 ədəd boğazlı çəkmə və daha bir neçə mal almaq istəyib. Bu məqsədlə 144 min 999 manat 98 qəpik pul da ayırıb.
Lakin AİİBNDA İcra Hakimiyyətinin tenderinin nəticəsinə ləğv edib. Səbəb isə qanun pozuntusuna yol vermələri olub.











