Aktrisa Zümrüd Qasımova həyat yoldaşının ilk evliliyindən danışıb.
Axşam.az xəbər verir ki, aktrisa "Öz aramızda" verilişində onun birinci ailəsindən olan övladları ilə dost münasibəti saxladığını bildirib:
"Həyat yoldaşımın keçmiş ailəsindən 3 oğlu var. Bizim evimizə gəlir, qalırlar. Ailə quranda istəsələr elçi də gedərəm. Müasir, təhsilli uşaqlardır. Xaricdə təhsil alıblar. Mən də onların bacısı, dostuyam. Amma onun ilk həyat yoldaşından xəbərim yoxdur, heç bir şey bilmirəm. Mənim həyatıma müdaxilə etmirlər, məna törətmirlər. Mən niyə onlarla maraqlanım?".











