Naxçıvanın qalmaqallı deputatının mandatı ƏLİNDƏN ALINDI .....                     Paşinyan AİB-in iclasında Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb .....                     Elçin Quliyev müavininin oğluna vəzifə verdi .....                     2 müğənni eyni kişiyə ƏRƏ GEDİB .....                     Əhalidə “yastıqaltı” pullar artıb .....                     Ermənistanda “Moldova ssenarisi” tətbiq olunacaq .....                     Azərbaycanda elektron pul təşkilatının rəhbəri .....                     Rusyönümlülərin geri dönməsi təhlükəlidir .....                     Su Ehtiyatları Agentliyi bu şirkətə 75 milyon manat ödəyəcək .....                     “Daha diqqətli olmalıdır ki, digər vətəndaşlardan ifrat dərəcədə seçilməsin” .....                     “Nar”ın “Çoox Şanslı” lotereyasında 7-ci avtomobil udulub .....                     İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi .....                     Kürdəmir sakini Tik-tokda “manato.az0” adlı kibertələnin qurbanına çevrildi .....                     Azərbaycan əhalisi xərclərinin yarıdan çoxunu .....                     "Iris Hotel Baku-Halal Hotel"in vergi borcu artır .....                     “İkinci əl” avtomobillər kəskin bahalaşacaq .....                     COP-dan qalan inventarlara görə anbar icarəyə götürülüb .....                     "Həyat yoldaşımın ilk evlilikdən olan oğulları ilə dostam" .....                     Bu restorandakı qiymətlər ŞOK ETDİ .....                     Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu 4 avtomobil alır .....                     “Bakı İrəvanı özünün geosiyasi əlavəsi hesab edir” .....                     Gömrükdəki əməliyyat “Mehdiyev işi” ilə əlaqəlidir? .....                     Bakıdakı icra hakimiyyətlərində şöbələr ləğv edildi .....                     2,3 milyon manatlıq aqro şirkəti ləğv edilir .....                     Ölkədən qaçan gömrük əməkdaşı Xalq şairinin oğlu imiş .....                     Mingəçevirdə ananın atdığı körpəni vəhşi heyvanlardan PİŞİK QORUYUB .....                     "Pulu alandan sonra dedi ki, böyrəyimi vermirəm" .....                     İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə təyinat etdi .....                     Bakının mərkəzini SEL BASIB: Tədbir görən yoxdu... .....                     İqtisadiyyat Nazirliyindən dövlət bankının rəhbərliyinə təyinat olub .....                     Gülşad Baxşıyevadan 75 yaşlı aktrisaya İRAD .....                     General oğlunun həbsilə bağlı daha bir sensasiya: İki əməkdaşı İrana qaçdı .....                     Yasamal İcra Hakimiyyətinin qloş və çəkmə “sevgisi”: Bu dəfə tender ləğv edildi .....                     Ukrayna Xəzər dənizində neft yatağını VURDU .....                     Həbs olunan rəis məşhur icra başçısının oğludur .....                     TASS-dan növbəti dəfə HƏDYAN XƏBƏR: Qondarma rejim və "120 min erməninin köçü" .....                     Qarabağ veteranlarını bu səbəbə görə işə götürməyənlərə .....                     Siyartodan Azərbaycanla bağlı açıqlama .....                     Azərbaycanlı müğənni vəfat etdi .....                     Oğlu həbs olunan general danışdı .....                 

Qarabağ veteranlarını bu səbəbə görə işə götürməyənlərə CƏZA
Tarix: Bu gün, 15:22 | Çap et

Qarabağ döyüşlərində iştirak etmiş və müharibə veteranı statusu olan işçiyə əmək məzuniyyəti artıq standart 21-30 gün deyil, minimum 46 gün veriləcək.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir müavinin sözlərinə görə, bu dəyişiklik dövlətin vətənə xidmət etmiş bütün kateqoriyalara sistemli, ədalətli və inklüziv sosial dəstək yanaşmasını nümayiş etdirir və onların rifahının təmin olunmasına yönəlmiş mühüm sosial addımdır:

“Layihədə 46 təqvim günündən az olmayaraq məzuniyyət hüququna dair norma əhəmiyyətli şəkildə genişləndirilib və dəqiqləşdirilib. Əvvəlki redaksiyada bu hüquq əsasən Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda xəsarət almış, Milli və Sovet İttifaqı Qəhrəmanları, Vətən Müharibəsi Qəhrəmanları və digər dövlət təltifləri ilə təltif olunmuş şəxsləri əhatə edirdisə, yeni redaksiya bu hüququ daha geniş sosial müdafiə qruplarına şamil edir”.

Veteranların illik məzuniyyət günlərinin 46 günə qədər artırılması sosial dəstək tədbiri kimi qiymətləndirilsə də, bu dəyişiklik bəzi kiçik və özəl müəssisələrdə narahatlıq yaradır. İşəgötürənlər düşünürlər ki, uzunmüddətli məzuniyyət dövründə əməkdaşın yerini doldurmaq üçün əlavə işçi cəlb etmək tələb olunur və bu, müəssisə üçün əlavə xərc deməkdir. Buna görə bəzi şirkətlər veteran statuslu şəxslərin işə qəbuluna ehtiyatla yanaşa bilərlər.

Veteranları məzuniyyətə görə işə qəbul etməyən şəxsləri hansı hüquqi cəzalar gözləyir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında vəkil Roman Qaraşov bildirib ki, işəgötürən yalnız əmək funksiyasını icra etmək qabiliyyəti və peşəkarlıq kriteriyaları əsasında qərar verməlidir:

“Veteranların illik məzuniyyət günlərinin artırılması sosial müdafiə tədbiri kimi nəzərdə tutulsa da, bəzi işəgötürənlərin bu səbəbdən veteranları işə qəbuldan kənarlaşdırması Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən ayrı-seçkilik hesab olunacaq və qanunla qəti şəkildə qadağan edilir. İşəgötürən yalnız əmək funksiyasını icra etmək qabiliyyəti və peşəkarlıq kriteriyaları əsasında qərar verməlidir, işçinin veteran statusu isə bu qərara mənfi təsir göstərmək üçün hüquqi əsas deyil.

Belə ayrı-seçkilik halları aşkarlanarsa, İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə uyğun olaraq işəgötürənə müxtəlif cərimələr tətbiq edilir: əmək müqaviləsi bağlamadan işçi çalışdırıldığı təqdirdə fiziki şəxslər üçün 1 000–2 000 manat, vəzifəli şəxslər üçün 3 000–5 000 manat, hüquqi şəxslər üçün isə 20 000–25 000 manat, məzuniyyət hüququnun pozulmasına görə 1 500–2 000 manat, əmək müqaviləsinə qanunsuz xitam verilməsinə görə 1 500–2 000 manat cərimə nəzərdə tutulur.

Bundan əlavə, Əmək Məcəlləsinin 78-ci maddəsində müharibə iştirakçılarının ixtisar zamanı üstün tutulması veteranların əmək münasibətlərində daha güclü qorunmasını təmin edən mühüm qanuni mexanizmdir”.

Onun sözlərinə görə, əgər veteran belə ayrı- seçkiliklə üzləşərsə, müvafiq quruma müraciət edə bilər:

“Ayrı-seçkiliyə məruz qalan veteran işçi öz hüquqlarının bərpası üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə, faktları sənədləşdirərək müfəttişlik yoxlaması tələb edə və pozuntu təsdiqləndikdə işəgötürənin inzibati məsuliyyətə cəlb edilməsinə nail ola bilər. Bununla yanaşı, işçi Əmək Məcəlləsinin 16-cı maddəsinin 4-cü hissəsinə əsasən məhkəməyə müraciət etmək, işə bərpa, təzminat və hüquqlarının tam bərpası ilə bağlı qərar tələb etmək hüququna malikdir”.

Vəkil qeyd edib ki, məhkəmə təcrübəsində ayrı-seçkilik sübuta yetirildiyi halda işəgötürən həm maliyyə cəzası, həm də hüquqi nəticələrlə üzləşir, bu isə əmək münasibətlərində bərabər rəftar prinsipinin qorunmasına xidmət edir:

“Veteranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan islahatlar fonunda gələcəkdə qanunvericiliyə məhz veteranların işə qəbulda və əmək münasibətlərində əlavə təminatlarını dəqiq şəkildə tənzimləyən xüsusi normaların daxil edilməsi də istisna edilmir”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Naxçıvanın qalmaqallı deputatının mandatı ƏLİNDƏN ALINDI - QƏRAR
Bu gün, 19:10
Paşinyan AİB-in iclasında Azərbaycanın Ermənistana tranzit qadağasını ləğv etməsini alqışlayıb
Bu gün, 18:44
Elçin Quliyev müavininin oğluna vəzifə verdi - FOTO
Bu gün, 18:42
2 müğənni eyni kişiyə ƏRƏ GEDİB - “Məni boşayıb, Sevdanı aldı”
Bu gün, 18:03
Əhalidə “yastıqaltı” pullar artıb – NİYƏ?
Bu gün, 18:01
Ermənistanda “Moldova ssenarisi” tətbiq olunacaq - Sərkisyan
Bu gün, 17:59
Azərbaycanda elektron pul təşkilatının rəhbəri DƏYİŞDİRİLDİ
Bu gün, 17:56
Rusyönümlülərin geri dönməsi təhlükəlidir - ŞƏRH
Bu gün, 17:55
Su Ehtiyatları Agentliyi bu şirkətə 75 milyon manat ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 17:44
“Daha diqqətli olmalıdır ki, digər vətəndaşlardan ifrat dərəcədə seçilməsin” - İcra başçısının plaşı
Bu gün, 17:43
“Nar”ın “Çoox Şanslı” lotereyasında 7-ci avtomobil udulub
Bu gün, 17:38
İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi - onun yaxını isə...
Bu gün, 17:36
Kürdəmir sakini Tik-tokda “manato.az0” adlı kibertələnin qurbanına çevrildi – TƏFSİLAT
Bu gün, 17:31
Azərbaycan əhalisi xərclərinin yarıdan çoxunu yeyib-içməyə sərf edir
Bu gün, 17:29
"Iris Hotel Baku-Halal Hotel"in vergi borcu artır
Bu gün, 17:28
“İkinci əl” avtomobillər kəskin bahalaşacaq – BU TARİXDƏN
Bu gün, 17:27
COP-dan qalan inventarlara görə anbar icarəyə götürülüb – 1 milyon manata
Bu gün, 17:00
"Həyat yoldaşımın ilk evlilikdən olan oğulları ilə dostam"
Bu gün, 16:59
Bu restorandakı qiymətlər ŞOK ETDİ - FOTO
Bu gün, 16:55
Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu 4 avtomobil alır
Bu gün, 16:49
“Bakı İrəvanı özünün geosiyasi əlavəsi hesab edir” - Poqosyan
Bu gün, 16:47
Gömrükdəki əməliyyat “Mehdiyev işi” ilə əlaqəlidir? - YENİ FAKTLAR
Bu gün, 16:42
Bakıdakı icra hakimiyyətlərində şöbələr ləğv edildi - Bəziləri birləşdirildi
Bu gün, 16:36
2,3 milyon manatlıq aqro şirkəti ləğv edilir
Bu gün, 16:34
Ölkədən qaçan gömrük əməkdaşı Xalq şairinin oğlu imiş - FOTO
Bu gün, 16:26
Mingəçevirdə ananın atdığı körpəni vəhşi heyvanlardan PİŞİK QORUYUB - 4 gün onu tərk etməyib...
Bu gün, 16:12
"Pulu alandan sonra dedi ki, böyrəyimi vermirəm" - Bakıda maraqlı hadisə
Bu gün, 16:06
İcra başçısı korrupsiyaya görə həbs olunmuş məmurun yerinə təyinat etdi - ƏMR
Bu gün, 16:04
Bakının mərkəzini SEL BASIB: Tədbir görən yoxdu... - VİDEO
Bu gün, 15:55
İqtisadiyyat Nazirliyindən dövlət bankının rəhbərliyinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 15:50
Gülşad Baxşıyevadan 75 yaşlı aktrisaya İRAD - “O botokslu halda Sara Xatunu oynaya bilməz, özü də…”
Bu gün, 15:49
General oğlunun həbsilə bağlı daha bir sensasiya: İki əməkdaşı İrana qaçdı - İLGİNC
Bu gün, 15:42
Yasamal İcra Hakimiyyətinin qloş və çəkmə “sevgisi”: Bu dəfə tender ləğv edildi - TƏFƏRRÜAT
Bu gün, 15:38
Ukrayna Xəzər dənizində neft yatağını VURDU - "Bloomberg"
Bu gün, 15:35
Həbs olunan rəis məşhur icra başçısının oğludur - FOTOLAR
Bu gün, 15:29
TASS-dan növbəti dəfə HƏDYAN XƏBƏR: Qondarma rejim və "120 min erməninin köçü" - ZİBİLƏ DÜŞMÜŞÜK
Bu gün, 15:25
Qarabağ veteranlarını bu səbəbə görə işə götürməyənlərə CƏZA
Bu gün, 15:22
Siyartodan Azərbaycanla bağlı açıqlama
Bu gün, 15:19
Azərbaycanlı müğənni vəfat etdi - VİDEO
Bu gün, 15:16
Oğlu həbs olunan general danışdı - “Hələ görüş vermirlər”
Bu gün, 15:14
Bu gün həbs edilən 7 gömrükçünün ADLI SİYAHISI AÇIQLANDI
Bu gün, 15:09
Qarabağ məsələsinin həll olunmadığını deyənlər yeni müharibə başlamaq istəyirlər - Paşinyan
Bu gün, 15:05
Ermənistan İstintaq Komitəsi separatçıların İrəvan "nümayəndəliyində" axtarış aparır - KİV
Bu gün, 15:03
İradə Xəlilova məhkəməyə gəlmədi - Qızının qızıllarını ələ keçirənə hökm oxundu
Bu gün, 15:02
Rəşad Daşdəmirov həbs edildi - BUNA GÖRƏ...
Bu gün, 14:56
Dövlət Gömrük Komitəsinin daha 5 əməkdaşı həbs olunub - TƏFƏRRÜAT
Bu gün, 14:50
Ermənistan Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmağa borcludur - RƏY
Bu gün, 13:17
Vaşinqtonun sülh planı və Kiyevə təklif: Ukrayna üçün "Koreya ssenarisi" - NƏ BAŞ VERİR?
Bu gün, 13:09
KTN-nin bu qurumunda da tender-mender sayan yoxdur
Bu gün, 13:08
Rusiya ilə ABŞ arasında anlaşılmazlıqlar aradan qaldırılıb - XİN
Bu gün, 13:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru