Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu .....                     Vüsal Nəsirli onu özünə müşavir təyin etdi .....                     “Ermənistanla ticarət dövriyyəsini 3 milyarda qaldırmalıyıq” .....                     Rusiya nə qələt etsə, ikiqat cavabını alacaq .....                     Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal .....                     Paşinyan konqresmenlə TRİPP-i müzakirə etdi .....                     “Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” .....                     Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub .....                     AAYDA-nın bu departamentinə yeni müdir müavini təyin olundu .....                     "Ferrum Kapital" QSC 1 milyon manatlıq .....                     Okampo Azərbaycana qarşı kampaniyada BCM-in nüfuzundan istifadə edib .....                     Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... .....                     Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş .....                     Siqaret çəkənlərdən pul tələb edən saxta "polis" .....                     Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə gedib? .....                     Böyürtkən yığan qadınlara cərimə şoku: .....                     Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub .....                     “Bu seçimlərin hər ikisi də Paşinyan üçün risklidir” .....                     “Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, əllərinə odlu silah düşən kimi də güllələyirlər” .....                     Həmkarlar, yoxsa Həmkorlar İttifaqı? .....                     Rusiya Xəzərdən İrana silah göndərir .....                     “Biz ermənilərin geri qayıdışını dəstəkləmirik” .....                     “Əlisa Nicat filosofdursa, mən də kosmonavtam!” .....                     Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb .....                     "Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..." .....                     Xəzər hərbləşdirilir .....                     Mirzoyan Hamadeylə sülh prosesini müzakirə etdi .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Azərbaycanın cavabı Rusiyada lazimi ünvanlara çatacaq .....                     Zərgər Məmmədin evi 1,4 milyona təmir ediləcək .....                     Dəyişməməli bir sərhəd var: .....                     Qarabağ Universitetinin Klinikası təlim üçün Tanyer Denizə 11 min manat ödəyəcək .....                     Söyüş söyüb qaçan qadın həbs olundu .....                     Cəfərovlar AFFA-dakı işlərini .....                     Qarabağ onları ÇALXALADI .....                     Vəkil Elşad Məmmədov saxlanıldı .....                     Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub .....                     Bakıda kişi sevgilisinin üzünə sulfat turşusu töküb .....                     TƏBİB sədri daha bir baş həkimi işdən çıxardı .....                     “Məktəbli avtobusları” layihəsinin aqibəti necə oldu? .....                 

Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu
Tarix: Bu gün, 17:31 | Çap et

Binəqədi Rayon Məhkəməsində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmədə, əmlakı ehtiyatsızlıqdan məhv etmədə və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozmada təqsirləndirilən Namik Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Namik Məmmədova qarşı Cinayət Məcəlləsinin 185.2.2, 185.2.4 və 187.1-ci maddələri ilə başlanmış cinayət təqibindən imtina edilməsi qərara alınıb və həmin hissələr üzrə cinayət təqibinə xitam verilib. Bununla yanaşı, məhkəmə onu Cinayət Məcəlləsinin 185.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib. Bu maddə üzrə Namik Məmmədova 3 000 manat cərimə cəzası təyin edilib. O, həmçinin Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib. Bu maddə üzrə ona 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 000 manat cərimə cəzası verilib.

Məhkəmə Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələblərinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə Namik Məmmədovun üzərində 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 000 manat cərimə cəzasını saxlayıb. Lakin məhkəməyədək icraat dövründə onun 2016-cı ildə 2 gün müddətində tutulmasını da nəzərə alıb. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həmin müddət nəzərə alınaraq cərimə cəzası yüngülləşdirilib.

Nəticədə Namik Məmmədova qəti olaraq 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 000 manat cərimə cəzası təyin olunub.

Məhkəmə həmçinin iş üzrə maddi sübut kimi tanınan “Mercedes” və “Opel Zafira” markalı avtomobillərin sahiblərinə qaytarılmasını qərara alıb.

İttihama görə, Namik Məmmədov avtomobili talamaq məqsədi olmadan qanunsuz ələ keçirib idarə etməsi, sərxoş vəziyyətdə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı təqsirləndirilib.

Hadisə 2016-cı il tarixdə gecə saatlarında Bakı şəhərinin Binəqədi rayonunda baş verib.

Belə ki, təqsirləndirilən şəxslə taksi fəaliyyəti ilə məşğul olan zərərçəkmiş D.D. (adı, soyadı şərtidir) arasında gediş haqqının ödənilməsi ilə bağlı mübahisə yaranıb. Mübahisə zamanı Namik Məmmədov taksi sürücüsünə həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edəcəyi ilə bağlı hədə-qorxu gəlib. Bundan sonra D.D. “Mercedes-benz-190” markalı avtomobildən düşərək hadisə yerindən uzaqlaşıb.

Bundan istifadə edən Namik Məmmədov avtomobili talama məqsədi olmadan ələ keçirərək idarə edib. O, həmin vaxt sərxoş vəziyyətdə olub.

Namik Məmmədov maşınla Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektindən Rəsulzadə qəsəbəsi istiqamətinə, daha sonra isə 8-ci mikrorayon istiqamətində hərəkət edib. O, yaşayış məntəqəsində saatda 100-120 kilometr sürətlə avtomobil idarə edib.

Bununla yanaşı, yol hərəkəti qaydalarının tələblərini pozaraq 1.3 üfüqi nişanlanma xəttini keçib və əks istiqamətdə hərəkət zolağına daxil olub.

Məhkəmə materiallarında qeyd olunur ki, təqsirləndirilən şəxsin hadisənin qarşısını almaq üçün texniki imkanı olsa da, o, bunu etməyib. Nəticədə “Hollywood” şadlıq sarayının yaxınlığında qarşı istiqamətdə hərəkətdə olan digər avtomobillə toqquşma baş verib. Qəza zamanı Namik Məmmədovun idarə etdiyi avtomobil qarşıdan gələn, etibarnamə əsasında zərərçəkmiş S.S. (adı, soyadı şəridir) tərəfindən idarə olunan “Opel Zafira” markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində “Opel Zafira”nın sürücüsü müxtəlif xəsarətlər alıb. Avtomobildə sərnişin kimi olan digər zərərçəkmiş R.R.-in (adı, soyadı şərtidir) də xəsarət aldığı müəyyən edilib.

Beləliklə, məhkəmə materiallarına əsasən, Namik Məmmədovun sərxoş vəziyyətdə yüksək sürətlə avtomobil idarə etməsi və yol hərəkəti qaydalarını pozması nəticəsində iki şəxsin sağlamlığına az ağır zərər vurulub.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Sərxoş halda avtomobili qaçırıb qəza törədən şəxsə hökm oxundu
Bu gün, 17:31
Vüsal Nəsirli onu özünə müşavir təyin etdi - BUNDAN SONRA...
Bu gün, 17:29
“Ermənistanla ticarət dövriyyəsini 3 milyarda qaldırmalıyıq” - İranlı deputat
Bu gün, 17:25
Rusiya nə qələt etsə, ikiqat cavabını alacaq - REAKSİYA
Bu gün, 17:15
Aynur Poluxova ilə şöbə müdiri arasında qalmaqal - TƏFƏRRÜAT
Bu gün, 17:13
Paşinyan konqresmenlə TRİPP-i müzakirə etdi - KİV
Bu gün, 17:11
“Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” – Sərdar Cəlaloğlu kürd qalmalından danışdı
Bu gün, 17:01
Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub - Sibiqa
Bu gün, 16:58
AAYDA-nın bu departamentinə yeni müdir müavini təyin olundu - FOTO
Bu gün, 16:53
"Ferrum Kapital" QSC 1 milyon manatlıq - BORCLANIR
Bu gün, 16:51
Okampo Azərbaycana qarşı kampaniyada BCM-in nüfuzundan istifadə edib - "Liberium"
Bu gün, 16:45
Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?
Bu gün, 16:38
Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş - AKTUAL
Bu gün, 16:32
Siqaret çəkənlərdən pul tələb edən saxta "polis" HƏBS EDİLDİ
Bu gün, 16:18
Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə gedib? - SƏN DEMƏ...
Bu gün, 16:14
Böyürtkən yığan qadınlara cərimə şoku: - “Hələ yaxşı ki, yerdən mazut çıxarmayıblar!”
Bu gün, 16:11
Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub - TƏFƏRRÜAT
Bu gün, 16:08
“Bu seçimlərin hər ikisi də Paşinyan üçün risklidir” - ŞƏRH
Bu gün, 16:06
“Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, əllərinə odlu silah düşən kimi də güllələyirlər” - Fazil Mustafa
Bu gün, 16:04
Həmkarlar, yoxsa Həmkorlar İttifaqı? - Səttar Möhbalıyevdən Sahib Məmmədova dəyişməyən sistem
Bu gün, 16:00
Rusiya Xəzərdən İrana silah göndərir - "NBC News"
Bu gün, 15:54
“Biz ermənilərin geri qayıdışını dəstəkləmirik” - Rubinyan
Bu gün, 15:51
“Əlisa Nicat filosofdursa, mən də kosmonavtam!” – Sabiq deputatdan QALMAQALLI SÖZLƏR
Bu gün, 15:48
Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb - "Truth Social"
Bu gün, 15:47
"Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..." - İTTİHAM VAR...
Bu gün, 15:37
Xəzər hərbləşdirilir - İrana hər gün dənizlə silah daşınır
Bu gün, 15:27
Mirzoyan Hamadeylə sülh prosesini müzakirə etdi
Bu gün, 15:03
Rus ordusu iki kəndi işğal etdi - KİV
Bu gün, 15:02
Azərbaycanın cavabı Rusiyada lazimi ünvanlara çatacaq - Tofiq Zülfüqarov
Bu gün, 15:00
Zərgər Məmmədin evi 1,4 milyona təmir ediləcək - QALİB ŞİRKƏT
Bu gün, 14:58
Dəyişməməli bir sərhəd var: - jurnalistikanın alətləri yenilənməli, iş etikası əski qalmalıdır
Bu gün, 14:57
Qarabağ Universitetinin Klinikası təlim üçün Tanyer Denizə 11 min manat ödəyəcək - DETALLAR
Bu gün, 14:55
Söyüş söyüb qaçan qadın həbs olundu - Axtarışda İMİŞ
Bu gün, 14:53
Cəfərovlar AFFA-dakı işlərini İTİRDİ
Bu gün, 14:51
Qarabağ onları ÇALXALADI - Azərbaycana qarşı HÜCUMA KEÇDİLƏR
Bu gün, 14:48
Vəkil Elşad Məmmədov saxlanıldı
Bu gün, 14:46
Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub
Bu gün, 14:44
Bakıda kişi sevgilisinin üzünə sulfat turşusu töküb - TƏFƏRRÜAT
Bu gün, 13:06
TƏBİB sədri daha bir baş həkimi işdən çıxardı - yenisini təyin etdi
Bu gün, 13:03
“Məktəbli avtobusları” layihəsinin aqibəti necə oldu? - “Valideyn bilmir direktoru doyuzdursun...”
Bu gün, 12:59
Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqlayıb
Bu gün, 12:56
"Nə seriala çəkilirəm, nə də filmlərə..." - ÇÜNKİ...
Bu gün, 12:52
Ədalət Mədətoğlu kimdir? -“Tiflisdə yeddi məhbus”-un müəllifi vaxtsız getdi
Bu gün, 12:49
Respublikaçıların qurultayında bəzi yerlər jurnalistlərə pulla satılır - SİYAHI
Bu gün, 12:43
Bir milyon qaçqın nəzərdən qaçdı, amma... - Sponsora zərər dəyməyəcək
Bu gün, 12:30
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:27
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların təqaüdləri artıb
Bu gün, 12:26
“Tələbatlı aktyor deyilsənsə, sənə rol vermirlərsə üzüsulu çıx get” - Xalq artisti
Bu gün, 12:24
Yeznəsinə yumruqla xəsarət yetirən şəxsə HÖKM OXUNDU
Bu gün, 12:21
ABŞ konqresmenləri Ermənistana səfər edəcək
Bu gün, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru