“Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” .....                     Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub .....                     AAYDA-nın bu departamentinə yeni müdir müavini təyin olundu .....                     "Ferrum Kapital" QSC 1 milyon manatlıq .....                     Okampo Azərbaycana qarşı kampaniyada BCM-in nüfuzundan istifadə edib .....                     Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... .....                     Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş .....                     Siqaret çəkənlərdən pul tələb edən saxta "polis" .....                     Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə gedib? .....                     Böyürtkən yığan qadınlara cərimə şoku: .....                     Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub .....                     “Bu seçimlərin hər ikisi də Paşinyan üçün risklidir” .....                     “Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, əllərinə odlu silah düşən kimi də güllələyirlər” .....                     Həmkarlar, yoxsa Həmkorlar İttifaqı? .....                     Rusiya Xəzərdən İrana silah göndərir .....                     “Biz ermənilərin geri qayıdışını dəstəkləmirik” .....                     “Əlisa Nicat filosofdursa, mən də kosmonavtam!” .....                     Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb .....                     "Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..." .....                     Xəzər hərbləşdirilir .....                     Mirzoyan Hamadeylə sülh prosesini müzakirə etdi .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Azərbaycanın cavabı Rusiyada lazimi ünvanlara çatacaq .....                     Zərgər Məmmədin evi 1,4 milyona təmir ediləcək .....                     Dəyişməməli bir sərhəd var: .....                     Qarabağ Universitetinin Klinikası təlim üçün Tanyer Denizə 11 min manat ödəyəcək .....                     Söyüş söyüb qaçan qadın həbs olundu .....                     Cəfərovlar AFFA-dakı işlərini .....                     Qarabağ onları ÇALXALADI .....                     Vəkil Elşad Məmmədov saxlanıldı .....                     Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub .....                     Bakıda kişi sevgilisinin üzünə sulfat turşusu töküb .....                     TƏBİB sədri daha bir baş həkimi işdən çıxardı .....                     “Məktəbli avtobusları” layihəsinin aqibəti necə oldu? .....                     Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqlayıb .....                     "Nə seriala çəkilirəm, nə də filmlərə..." .....                     Ədalət Mədətoğlu kimdir? .....                     Respublikaçıların qurultayında bəzi yerlər jurnalistlərə pulla satılır .....                     Bir milyon qaçqın nəzərdən qaçdı, amma... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                 

“Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” – Sərdar Cəlaloğlu kürd qalmalından danışdı
Tarix: Bu gün, 17:01 | Çap et

Son günlər Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun kürdlər haqda dedikləri ciddi müzakirələrə səbəb olub. Onun xalq qəhrəmanı kimi tanınan Qaçaq Nəbi və xanımı Həcərlə bağlı səsləndirdiyi fikirlər də yenidən gündəmə gətirilib. Sərdar Cəlaloğlu qeyd edib ki, tarixi xalq qəhrəmanı kimi tanınan Qaçaq Nəbi ilə bağlı Maksim Qorkinin “Qafqazda qaçaqlar” (“Razboyniki na Kavkaze”) oçerkində bəhs olunan Qara Nəbi məsələsi araşdırılmalıdır. Bəzi sosial media istifadəçiləri isə sözügedən fikirləri araşdırdıqlarını və Cəlaloğlunun təqdim etdiyi bəzi məlumatların yanlış olduğunu bildirərək, ADP sədrini tənqid ediblər.

Sərdar Cəlaloğlu niyə Qaçaq Nəbi və kürd məsələləri ilə bağlı fikirlərinə görə hədəfə çevrilir? Bu məsələlərin uzun müddət gündəmdə qalmasının səbəbi nədir?

Globalinfo.az-a danışan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib ki, Qaçaq Nəbi barədə yeni heç nə danışmayıb:

“10 il bundan əvvəl demişəm ki, Azərbaycan xalqına təqdim edilən xalq qəhrəmanları və ideallar sovet rejiminin ideyalarına uyğun idi. Qəhrəmanların hamısını kasıb təbəqədən seçilərək ictimai rəyə təqdim olunurdu. Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycanın Rusiyanın koloniyası olduğunu deyib. Buna qarşı mübarizə aparan adamları niyə tanımırıq? Halbuki Quba üsyanının başçısı buna qarşı mübarizə aparıb. Şəki, Car-Balakən üsyanları da bu səbəbdən baş verib. Onlara kimlər rəhbərlik edib? Üsyanların niyə başladığına dair xalq məlumatsızdır. Həmin üsyanlara rəhbərlik edən şəxslər Azərbaycan xalqının qəhrəmanlarıdır. Müstəqil Azərbaycan uğrunda həyatlarını, ailələrini qurban veriblər.

Bu kontekstdə Nəbinin haqqında danışmışam. Bir xalq qəhrəmanı gərək xarici düşmənlərə qarşı mübarizə aparsın. Bu adı elə qazana bilər. Yoxsa xalqın öz içində varlılara qarşı mübarizə aparmaq xalq qəhrəmanı hesab olunmur. Bütün dünya xalqlarında xalq qəhrəmanı xalqı yadelli işğalçılardan qoruyan insanlara deyirlər. Nəbinin belə bir mübarizəsi olmayıb. Daxildə apardığı qəhrəmanlıqla bağlı da bir fakt yoxdur. Sadəcə sovet hökuməti 1950-ci illərdə Azərbaycanda çar Rusiyasına qarşı mübarizə aparan kasıb obrazı yaratmaqla bağlı göstəriş verib. O vaxt Əli Vəliyev Qubadlıda qaçaqçılıq edən İsfəndiyar bəyin hərəkətlərini Qaçaq Nəbinin adına yazıb. Beləliklə, dastan yaradılıb. İnsanlar bu xalq dastanında yazılanları Nəbinin fəaliyyəti kimi qəbul edirlər. Elə bilirlər ki, bütün bunlar real hadisələrdir.

Halbuki İsfəndiyar bəyin qohumları bu gün də Nəbinin adına çıxılan qəhrəmanlıq hadisələrinin İsfəndiyar bəyə aid edilməsi və onun adının əbədiləşdirilməsi uğrunda mübarizə aparırlar. Çar arxivlərinə, məhkəmələrə müraciətlər ediblər. Əli Vəliyevdən də bu addımı niyə atdığını soruşublar. Əslində, İsfəndiyar bəy olduğu üçün sovet hakimiyyəti bununla razılaşmayıb. Onun milli qəhrəman səviyyəsinə qaldırılmasının doğru olmadığını bildiriblər.

Qubadlıdan olan bəzi adamlar deyir ki, Nəbi Qubadlıdandır, onun haqqında niyə belə deyirsən? Halbuki İsfəndiyar da Qubadlıdandır. O qəhrəmanlıqları Nəbinin, yaxud İsfəndiyarın etməsinin qubadlılar üçün nə fərqi var? Faktiki olaraq, bəy oğlu olmasına baxmayaraq, əlində silah çar Rusiyasına qarşı vuruşub. Nəbi isə bunu etməyib.

Bu gün Nəbini xalq qəhrəmanı adlandıranlar bir dənə rəsmi sənədlə nümunə göstərə bilərlərmi ki, Nəbi həqiqətən də çar Rusiyasına qarşı vuruşub? Amma Qubada rus hakimiyyətinə qarşı 3 min atlı ilə vuruşub rusları Azərbaycandan çıxaran adamı heç kim tanımır. Bu məsələləri elmi və siyasi baxımdan ifadə etmişəm. Mənim nə Nəbi, nə Həcər, nə də kürdlərlə problemim yoxdur”.

Sərdar Cəlaloğlu qeyd edib ki, kürd məsələsində səsləndirdiyi fikirlər də yanlış anlaşılıb:

“Mənə sual verdilər ki, İran kürdləri ABŞ-ın verdiyi silahlarla hücum edəcəklər, Təbrizi, Urmiyanı, Naxçıvanı tutacaqlar. Bununla bağlı xəritə də düzəldiblər. Kürd dövləti adlanan həmin xəritədə Azərbaycanın, Qarabağın bir hissəsi, Kür çayından Araz çayına qədər, Naxçıvan da daxil olmaqla bütün əraziləri kürd dövləti elan edilib. Deyirlər ki, burada kürd dövləti quracaqlar. Mən də dedim ki, xeyir ola, Türkiyə, İraq ərazisində dövlət qurursunuz? Kürdlərin apardığı mübarizə Türkiyədə, Suriyada, İraqda, eləcə də Azərbaycanda yalnız türklərə qarşı yönəlib. Əsrin əvvəllərində onların güvəndiyi bir şəxs olub. Rusların təhriki ilə ermənilərlə birləşib qırğın törədiblər. Sonrakı illərdə də bənzər hadisə baş verib, 2 mindən çox adam öldürülüb. İndi də yenidən silahlanmağa başlayıblar.

Bunların nə ixtiyarı var ki, harada kürd yaşayırsa, həmin ərazilərə iddia etsinlər? Onlar bizim bütün tarixi şəxsiyyətlərimizi kürd kimi qələmə veriblər. Şah İsmayıl Xətainin, Nadir şahın kürd olduğunu, Bakı, Naxçıvan, Gəncə, Füzulinin kürd şəhərləri olduğunu deyirlər. Açıq şəkildə Azərbaycanda yaşayan bəzi kürdlər bu məsələni qaldırırlar.

ADP sədri deyib ki, Azərbaycanda ölkədə 5-6 min kürd yaşayır:

“Onlar Türkiyədə, İraqda, Suriyada yaşayan kürdlərə dəstək verirlər. Əllərində silahla gedib döyüşənlər, pul göndərənlər də var. Ermənilər Azərbaycana qarşı düşmənçilik cəbhəsindən çıxdıqdan sonra imperialistlər kürdləri Azərbaycana qarşı bir qrup kimi hazırlayırlar. Əvvəllər də demişəm, necə ki, Suriyada, Türkiyədə kürdlər qırıldı, İranda da ABŞ kürdləri müdafiə etməyəcək. Prezident Donald Tramp birinci dedi ki, kürdlər bizim dediyimizi etməsə, onları cəzalandıracağıq. İndi İran nəinki öz ərazisindəki kürdlərin bazalarını bombalayır, hətta İraqdakı kürdlərə də hücumlar edilir. Mən bununla bağlı 5-6 həftə əvvəl proqnoz vermişdim. İndi mənim günahım odur ki, mən hadisələri qabaqlayıram. Təhlil edirəm, nəyin necə olacağını görürəm”.

S.Cəlaloğlu bildirib ki, kürdlərin qabaqcıl adamları sərsəm ideyalardan imtina etməlidirlər:

Azərbaycan torpaqlarına iddialardan əl çəkməlidirlər. İndi İran bu camaatı qırır, həmin kürdlər niyə ağızlarına su alıb oturublar? Nə üçün bəyanat vermirlər bu barədə? İraq Kürdüstan Regional Hökumətinin Baş naziri Məsrur Bərzani boş təhdidlər irəli sürür. Kürdlərə heç kim icazə verməyəcək ki, özlərinə dövlət yaratsınlar. Yaxın Şərqdə gərək bir neçə dövlət dağılsın ki, bir dənə kürd dövləti yaransın”.

Cəlaloğlu qeyd edib ki, sosial şəbəkələrdə ona hücumlar təşkil edirlər:

“Ölümlə hədələyirlər. Söyüş söyən bloqerlər, tiktokerlər tutulur, amma bir partiya sədrini açıq-aşkar ölümlə hədələyən şəxslərə qarşı tədbir görülmür. Ünvanıma göndərilmiş bir videoda şəxs adını, soyadını deyir, mənim şəklimi qoyub “səsini kəsməsən, səni öldürərik” deyir. 40 ildən artıqdır ki, siyasətdəyəm. İxtiyarım var ki, Azərbaycan dövləti və tarixi ilə bağlı istənilən məsələdə fikrimi bildirim, mövqe ortaya qoyum. Çox təəssüf ki, dediklərim nöqtəsinə qədər düz çıxır. 5-6 ay əvvəl dedim ki, ABŞ-ın verdiyi silahlara inanıb Naxçıvana iddia etməyin. Farsların, rusların bizə qarşı münasibəti yaxşı deyil. Qərb də yeri gələndə bizə qarşı hansısa addımı ata bilər. Erməni silahından sonra indi də kürd silahından türklərə qarşı istifadə etməyə başlayıblar.

Bu cür tendensiyaların qarşısı alınmasa, yaxın 20-30 il ərzində kürdlərlə türklər arasında çox ciddi konfliktin şahidi olacağıq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Məni ölümlə hədələyib, ölkədən çıxmağımı istəyirlər” – Sərdar Cəlaloğlu kürd qalmalından danışdı
Bu gün, 17:01
Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub - Sibiqa
Bu gün, 16:58
AAYDA-nın bu departamentinə yeni müdir müavini təyin olundu - FOTO
Bu gün, 16:53
"Ferrum Kapital" QSC 1 milyon manatlıq - BORCLANIR
Bu gün, 16:51
Okampo Azərbaycana qarşı kampaniyada BCM-in nüfuzundan istifadə edib - "Liberium"
Bu gün, 16:45
Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?
Bu gün, 16:38
Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş - AKTUAL
Bu gün, 16:32
Siqaret çəkənlərdən pul tələb edən saxta "polis" HƏBS EDİLDİ
Bu gün, 16:18
Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə gedib? - SƏN DEMƏ...
Bu gün, 16:14
Böyürtkən yığan qadınlara cərimə şoku: - “Hələ yaxşı ki, yerdən mazut çıxarmayıblar!”
Bu gün, 16:11
Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub - TƏFƏRRÜAT
Bu gün, 16:08
“Bu seçimlərin hər ikisi də Paşinyan üçün risklidir” - ŞƏRH
Bu gün, 16:06
“Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, əllərinə odlu silah düşən kimi də güllələyirlər” - Fazil Mustafa
Bu gün, 16:04
Həmkarlar, yoxsa Həmkorlar İttifaqı? - Səttar Möhbalıyevdən Sahib Məmmədova dəyişməyən sistem
Bu gün, 16:00
Rusiya Xəzərdən İrana silah göndərir - "NBC News"
Bu gün, 15:54
“Biz ermənilərin geri qayıdışını dəstəkləmirik” - Rubinyan
Bu gün, 15:51
“Əlisa Nicat filosofdursa, mən də kosmonavtam!” – Sabiq deputatdan QALMAQALLI SÖZLƏR
Bu gün, 15:48
Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb - "Truth Social"
Bu gün, 15:47
"Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..." - İTTİHAM VAR...
Bu gün, 15:37
Xəzər hərbləşdirilir - İrana hər gün dənizlə silah daşınır
Bu gün, 15:27
Mirzoyan Hamadeylə sülh prosesini müzakirə etdi
Bu gün, 15:03
Rus ordusu iki kəndi işğal etdi - KİV
Bu gün, 15:02
Azərbaycanın cavabı Rusiyada lazimi ünvanlara çatacaq - Tofiq Zülfüqarov
Bu gün, 15:00
Zərgər Məmmədin evi 1,4 milyona təmir ediləcək - QALİB ŞİRKƏT
Bu gün, 14:58
Dəyişməməli bir sərhəd var: - jurnalistikanın alətləri yenilənməli, iş etikası əski qalmalıdır
Bu gün, 14:57
Qarabağ Universitetinin Klinikası təlim üçün Tanyer Denizə 11 min manat ödəyəcək - DETALLAR
Bu gün, 14:55
Söyüş söyüb qaçan qadın həbs olundu - Axtarışda İMİŞ
Bu gün, 14:53
Cəfərovlar AFFA-dakı işlərini İTİRDİ
Bu gün, 14:51
Qarabağ onları ÇALXALADI - Azərbaycana qarşı HÜCUMA KEÇDİLƏR
Bu gün, 14:48
Vəkil Elşad Məmmədov saxlanıldı
Bu gün, 14:46
Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub
Bu gün, 14:44
Bakıda kişi sevgilisinin üzünə sulfat turşusu töküb - TƏFƏRRÜAT
Bu gün, 13:06
TƏBİB sədri daha bir baş həkimi işdən çıxardı - yenisini təyin etdi
Bu gün, 13:03
“Məktəbli avtobusları” layihəsinin aqibəti necə oldu? - “Valideyn bilmir direktoru doyuzdursun...”
Bu gün, 12:59
Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqlayıb
Bu gün, 12:56
"Nə seriala çəkilirəm, nə də filmlərə..." - ÇÜNKİ...
Bu gün, 12:52
Ədalət Mədətoğlu kimdir? -“Tiflisdə yeddi məhbus”-un müəllifi vaxtsız getdi
Bu gün, 12:49
Respublikaçıların qurultayında bəzi yerlər jurnalistlərə pulla satılır - SİYAHI
Bu gün, 12:43
Bir milyon qaçqın nəzərdən qaçdı, amma... - Sponsora zərər dəyməyəcək
Bu gün, 12:30
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:27
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların təqaüdləri artıb
Bu gün, 12:26
“Tələbatlı aktyor deyilsənsə, sənə rol vermirlərsə üzüsulu çıx get” - Xalq artisti
Bu gün, 12:24
Yeznəsinə yumruqla xəsarət yetirən şəxsə HÖKM OXUNDU
Bu gün, 12:21
ABŞ konqresmenləri Ermənistana səfər edəcək
Bu gün, 12:14
Rəmişin qardaşı VƏFAT ETDİ - FOTO
Bu gün, 12:11
İnvestisiya Şirkətinin rəhbərliyinə təyinat olub - ƏMR
Bu gün, 12:05
General oğlu vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Bu gün, 12:00
Rusiya Britaniyaya xəbərdarlıq edib: - London Ukraynaya göndərdiyi dronlara görə cavab verməli olacaq
Bu gün, 11:57
“Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 11:46
“Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru