Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... .....                     Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş .....                     Siqaret çəkənlərdən pul tələb edən saxta "polis" .....                     Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə gedib? .....                     Böyürtkən yığan qadınlara cərimə şoku: .....                     Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub .....                     “Bu seçimlərin hər ikisi də Paşinyan üçün risklidir” .....                     “Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, əllərinə odlu silah düşən kimi də güllələyirlər” .....                     Həmkarlar, yoxsa Həmkorlar İttifaqı? .....                     Rusiya Xəzərdən İrana silah göndərir .....                     “Biz ermənilərin geri qayıdışını dəstəkləmirik” .....                     “Əlisa Nicat filosofdursa, mən də kosmonavtam!” .....                     Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb .....                     "Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..." .....                     Xəzər hərbləşdirilir .....                     Mirzoyan Hamadeylə sülh prosesini müzakirə etdi .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Azərbaycanın cavabı Rusiyada lazimi ünvanlara çatacaq .....                     Zərgər Məmmədin evi 1,4 milyona təmir ediləcək .....                     Dəyişməməli bir sərhəd var: .....                     Qarabağ Universitetinin Klinikası təlim üçün Tanyer Denizə 11 min manat ödəyəcək .....                     Söyüş söyüb qaçan qadın həbs olundu .....                     Cəfərovlar AFFA-dakı işlərini .....                     Qarabağ onları ÇALXALADI .....                     Vəkil Elşad Məmmədov saxlanıldı .....                     Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub .....                     Bakıda kişi sevgilisinin üzünə sulfat turşusu töküb .....                     TƏBİB sədri daha bir baş həkimi işdən çıxardı .....                     “Məktəbli avtobusları” layihəsinin aqibəti necə oldu? .....                     Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqlayıb .....                     "Nə seriala çəkilirəm, nə də filmlərə..." .....                     Ədalət Mədətoğlu kimdir? .....                     Respublikaçıların qurultayında bəzi yerlər jurnalistlərə pulla satılır .....                     Bir milyon qaçqın nəzərdən qaçdı, amma... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların təqaüdləri artıb .....                     “Tələbatlı aktyor deyilsənsə, sənə rol vermirlərsə üzüsulu çıx get” .....                     Yeznəsinə yumruqla xəsarət yetirən şəxsə .....                     ABŞ konqresmenləri Ermənistana səfər edəcək .....                     Rəmişin qardaşı VƏFAT ETDİ .....                 

Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?
Tarix: Bu gün, 16:38 | Çap et

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yaranmış böhran məşhur filmdəki “bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir, həm də vacib” sözlərini yada salır. Lakin bu dəfə qəliz olan kino yox, bu sahənin inkişafından məsul olan AKİ-dəki vəziyyətdir. Müşahidələr göstərir ki, bir qrup kinonun vacibliyini kənara ataraq, mövcud imkanlardan sui-istifadə etməklə ittifaqı ələ keçirməyə və dezinformasiya axını ilə ictimai rəyi manipulyasiya etməyə çalışır.

Əsas manipulyasiya AKİ-nin icraçı katibi Əli İsa Cabbarovun 26 may 2026-cı il tarixində sədr seçildiyini elan etməsi ətrafında aparılır və mediada yayılan məlumatlardan belə anlaşılır ki, böhranlı vəziyyət ittifaqın sədri Xalq artisti Rasim Balayevin vəfatından sonra başlayıb. Lakin bu, məsələnin görünən tərəfidir, AKİ-də yaranmış böhranın mahiyyətini anlamaq üçün 2012-ci ildə baş verənləri - 1981-ci ildən 2022-ci ilə qədər ittifaqa sədrlik etmiş Rüstəm İbrahimbəyovun siyasətə atılmasını yada salmaq lazımdır. Bu o vaxtlar idi ki, Rusiyada yaradılmış “Milyarderlər ittifaqı” Azərbaycanda çevriliş etməyə hazırlaşırdı. Azərbaycan xalqı həmin illərdə kənar müdaxilə cəhdlərini, ölkəmiz üzərində qurulan oyunları və bu oyunun iştirakçılarını unutmayıb.

2012-ci ildə Moskvada bir qrup azərbaycanlı iş adamı “Milyarderlər İttifaqı” kimi tanınan “Rusiya Azərbaycan Təşkilatları İttfaqı”nı yaratdı. Məqsəd 2013-cü il prezident seçkilərində Azərbaycandakı siyasi proseslərə müdaxilə edərək, hakimiyyəti ələ keçirmək idi. “Milyarderlər ittifaqı”nın təsisindən 8 ay sonra – 2013-cü ilin may ayında eyni məqsədlə “Demokratik Qüvvələrin Milli Şurası” yaradıldı. “Milyarderlər İttifaqı” Azərbaycandakı seçkilərə kənar müdaxilə planlarını həyata keçirir, eyni planın daxildəki icrası da radikal müxalifətin birləşdiyi Milli Şuraya həvalə olunmuşdu. Rüstəm İrahimbəyov isə Azərbaycana qarşı planın xarici icraçıları – “Milyarderlər İttifaqı” ilə daxili icraçıları – Milli Şura arasında koordinasiyanı qururdu. Onun müxalifətin “vahid namizədi” olması da “Milyarderlər İttifaqı”nın xeyir-duası ilə qəbul olunmuşdu. Lakin nə ikili vətəndaşlığı olan Rüstəm İbrahimbəyovun “vahid namizədliyi” baş tutdu, nə də onu irəli çəkən “Milyarderlər İttifaqı” ilə Milli Şuranın Azərbaycana qarşı xain planları. Azərbaycan xalqı antimilli ünsürlərə öz yerini göstərdi. Lakin Rüstəm İbrahimbəyovun siyasətə atıldığı həmin illərdə AKİ-də əsasını qoyduğu böhran onun ittifaqdakı əsas adamı Əli İsa Cabbarovun timsalında bu gün də davam edir.

2012-ci ildə Rüstəm İbrahimbəyov AKİ-ni siyasi ehtiraslarının alətinə çevirəndə bir qrup tanınmış kino xadimi həm milli maraqları, həm də kinomuzun gələcəyini əsas götürərək, ittifaqdan ayrıldı və həmin ilin 21 iyun tarixində Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) adlı alternativ təşkilat yaratdılar. Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi ARKİ kinomuzun siyasi alətə çevrilməsini qəbul etməyən onlarla məşhur aktyorun, rejissorun, operatorun da yeni ünvanı oldu. Kino cameəsinin böyük ölçüdə AKİ-dən istefa verərək, ARKİ-yə keçməsi və yeni təşkilatın siyasətə alət olmaması təbii olaraq, dövlətin də bu ittifaqı rəsmi tərəfdaş kimi qəbul etməsini şərtləndirdi. Artıq kinonun əsas idarəçisi ARKİ idi. İbrahimbəyovun rəhbərlik etdiyi AKİ isə arxa plana keçsə də, ləğv edilmədi. Bu müddətdə AKİ-ni İbrahimbəyovun etibarlı adamı olan, hələ 2009-cu ildə onun dəstəyi ilə ittifaqa katib gətirilmiş Əli İsa Cabbarov idarə edirdi. Hər şey 2022-ci ilə, Rüstəm İbrahimbəyovun vəfatına qədər belə davam etdi.

İbrahimbəyovun vəfatından sonra AKİ-yə sədrlik Xalq artisti Rasim Balayevə keçdi və bu dəyişiklik kino cameəsindəki 10 illik ikitirəliyin aradan qalxmasının, iki ittifaq arasında münasibətlərin normallaşmasının başlanğıcı oldu. Doğrudur, AKİ-də faktiki idarəçilik yenə Əli İsa Cabbarovun əlində qalırdı, Rasim Balayevin xəstəliyi də onun üçün “münbit şərait” yaratmışdı. Lakin Balayevin sədrliyi ilə AKİ və ARKİ arasında buzlar əriməyə başlamışdı, nəticə etibarilə, kinematoqrafçıların yenidən vahid platformada birləşməsi ideyası reallaşdı. 5 mart 2024-cü il tarixində keçirilən konfransda AKİ və ARKİ fəaliyyətlərini yenidən Azərbaycan Kinematoqrafçılar İttifaqı adı altında davam etdirmək qərarını qəbul etdilər. Problem həll edilmiş, 10 il davam edən ikitirliyə son qoyulmuşdu və bu, kino sahəsinin inkişafı baxımından, xüsusi əhəmiyyət daşıyırdı. Lakin kinomuzun idarəçiliyi üçün arzuolunan vəziyyət cəmi iki il çəkdi.

Bu ilin 29 martında AKİ-nin İdarə Heyətinin sədri, Xalq artisti Rasim Balayevin vəfatından sonra ittifaq daxilində hələ Rüstəm İbrahimbəyovun dövründən qalmış böhran Əli İsa Cabbarov tərəfindən yenidən körükləndi. Məsələ qarşıdurma kimi görünsə də, əslində hər şeyin kökündə hüquqi pozuntular dayanır. Çünki AKİ-nin Nizamnaməsinə görə, idarəçilik səlahiyyətləri formal olaraq, ittifaqın birinci katibi, Xalq artisti Şəfiqə Məmmədovaya keçməli, yeni sədrin seçilməsi üçün lazım olan prosedurlar da onun tərəfindən icra edilməlidir. Nizamnamənin tələbinə uyğun olaraq, idarəçilik Şəfiqə Məmmədovaya keçsə də, ittifaqın möhürünü özündə saxlayan Əli İsa Cabbarov onu rəhbərlikdən uzaqlaşdıraraq, qeyri-qanuni şəkildə sədr səlahiyyətlərini mənimsədi. Mayın 9-da İdarə Heyətinin iclasının da onun təzyiqi ilə keçirildiyi haqda məlumatlar var.

İdarə Heyəti iclasda heç bir hazırlıq işi aparılmadan növbədənkənar qurultayın 26 may tarixində keçirilməsi qərarını qəbul etdi, məqsəd Əli İsa Cabbarovun hələ Rasim Balayevin dövründə faktiki idarəçiliyi ələ aldığı AKİ-də sədr seçilməsini təmin etmək idi. İclasda Əli İsa Cabbarov Şəfiqə Məmmədova ilə yanaşı, öz namizədliyini də irəli sürdü. Əsl həngamə də bundan sonra başlayır.

AKİ-ni faktiki nəzarətdə saxlayan Əli İsa Cabbarov nizamnaməyə zidd olaraq, həm ittifaqın media resurslarında, həm də digər inormasiya platformalarında öz namizəldiyinin təşviqini aparıb. Bu, bir tərəfdən namizədlər arasında balansın pozulmasına səbəb oldu, digər tərəfdən, AKİ-dəki real vəziyyətin ört-basdır edilməsinə hesablanmış dezinformasiyaların yayılmasına. Bu vəziyyətə görə İdarə Heyətinin bəzi üzvləri və bir sıra kino xadimi qurultayın təxirə salınması çağırışını etsə də, Əli İsa Cabbarov mayın 26-na planlaşdırdığı “seçkini” keçirdi, “seçildiyini” də elan etdi. Lakin qurultay və nəticələri tam qanunsuzdur, təkcə ona görə yox ki, Əli İsa Cabbarov AKİ-də faktiki nəzarət imkanlarından sədr seçilmək üçün istifadə edib, həm də ona görə ki, o, yetərsay olmadan “qələbə qazanıb”.

Məlumatlara görə, qurultayda AKİ-nin 460 üzvündən cəmi 157 nəfəri iştirak edib. Bu, yetərsayın olmaması deməkdir. Nüfuzlu kino və mədəniyyət xadimlərinin əksəriyyəti qurultayı boykot etdilər. Bu mənzərəni gizlətmək və zalda kütləvilik yaratmaq məqsədilə ittifaqa üzv olmayan adamların qurultayda iştirakı təmin edilib. Əli İsa Cabbarov çıxışında yetərsayın olmadığını etiraf etsə də, namizədliyi səsverməyə çıxarılıb və “sədr seçilib”. Səsvermədə iştirak edən 157 nəfərin əksəriyyətinin son iki ildə məhz Əli İsa Cabbarov tərəfindən AKİ üzvlüyünə qəbul olunan və kino sahəsini təmsil etməyən şəxslər olduğu deyilir. Təsadüfi deyil ki, qanunsuz seçkidən dərhal sonra yetərsayı təmin etmək və onun “sədrliyini” legitimləşdirmək məqsədilə imzaların toplanmasına da cəhd olunub.

Qurultaydan sonra Əli İsa Cabbarov saxta seçkinin nəticələrinin dövlət qeydiyyatına alınması məqsədilə AKİ-nin möhüründən istifadə edərək, sənədləri Ədliyyə Nazirliyinə təqdim edib. Ədliyyə Nazirliyi isə ittifaqın nizamnaməsində nəzərdə tutulmuş yetərsay tələbinə uyğun olmadığı üçün səsvermənin nəticələrini qeydiyyata almaqdan imtina edib. Nazirlikdən “yox” cavabı aldıqdan sonra AKİ-nin katibləri – Əli İsa Cabbarov, Həmidə Ömərova, Oleq Səfərəliyev, Tahir Tahiroviç, Nadir Bədəlov və Türkan Hüseyn ittifaqın düşdüyü böhranlı vəziyyəti müzakirə etmək və növbəti qurultayın tarixinin müəyyənləşdirmək üçün 30 iyul tarixində İdarə Heyətinin iclasının keçiriləcəyini açıqladı. 37 üzvü olan İdarə Heyətinin cəmi 14 üzvünün iştirak etdiyi iclasda yenə yetərsay olmadan müzakirələr aparılıb. Verilən açıqlamaya görə, iclasda növbəti qurultayın 5 sentyabr tarixinə təyin edilməsi tələb olunub. Görünür, 26 may qurultayında saxta seçkinin nəticələrini qəbul etdirə bilməyən Əli İsa Cabbarov 5 sentyabrda növbəti dəfə “şansını yoxlamaq” istəyir.

AKİ-də baş verənlər, daha dəqiq desək, Əli İsa Cabbarovun çıxardığı oyunlar bu şəxsin ittifaqa nəzarət edə bilməsinin səbəblərini ön plana çıxarır.

Birinci səbəb Rüstəm İbrahimbəyovun tərəfindən 2009-cu ildə AKİ-yə katib gətirilməsi və onun dəstəyi ilə ittifaqın faktiki idarəçisinə çevrilməsidir. İkinci səbəb isə onun AKİ-də müxtəlif yollarla öz adamlarını yerləşdirməsi və şəbəkə formalaşdırmasıdır.

Məlumatlara görə, Əli İsa Cabbarov özünə yaxın, bir çox hallarda isə kino sahəsinə aid olmayan şəxsləri belə AKİ-yə yerləşdirməyə nail olub. Hətta 2024-cü ildə ARKİ və AKİ-nin birləşmə qurultayında İdarə Heyətinə seçilməyən yaxın adamlarını sonradan quruma daxil edib. Bu şəxslərdən biri Eldəniz Quliyev və onun həyat yoldaşı, Xalq artisti Xalidə Quliyevadır.

Eldəniz Quliyev kino sahəsindəki uğurlarından daha çox, siyasi fəaliyyəti ilə tanınır. O, müxalifət düşərgəsindəki “El” Hərəkatının Ali Məclisinin sədri və “Ziyalılar Hərəkatı”nın sədri olub, daha sonra Rüstəm İbrahimbəyov, Ramiz Rövşən, Cəmil Həsənli və digərləri ilə birlikdə Azərbaycan Ziyalılar Forumunu təsis edib. 2013-cü il prezident seçkiləri ərəfəsində Rusiyadakı “Milyarderlər İttifaqı”nın xeyir-duası ilə yaradılan və Azərbaycanda xarici qüvvələrin çevriliş planlarının icrasında iştirak edən Milli Şura da məhz Ziyalılar Forumunun bazasında formalaşıb. Eldəniz Quliyev də Milli Şuranın Koordinasiya Mərkəzinin əsas üzvlərindən biri idi. 2020-ci ildə Milli Şuradan ayrıldıqdan sonra Ziyalılar Birliyinin “siyasi kursu”nda müəyyən dəyişiklik edərək, mühafizəkar və dindar kəsimi birləşdirən “Vətən Dəyərlər Platforması”nı təsis edib.

E.Quliyev hakimiyyətə qarşı radikal mövqedə dayansa da, ır, siyasi ambisiyaları naminə xarici qüvvələrlə əməkdaşlığa gedən AXCP sədri Əli Kərimlinin alovlu tərəfdarıdır. Burada əsas məsələ Eldəniz Quliyevin siyasi mövqeyi yox, belə bir şəxsin AKİ-nin İdarə Heyətində niyə təmsil olunması və ittifaqı siyasi oyunlarında alət kimi istifadə edilməsidir. Əli İsa Cabbarovun AKİ-nin Katibliyi və İdarə Heyətində yerləşdirdiyi şəxslər arasında Rusiya vətəndaşı Oleq Səfərəliyev və Rüstəm İbrahimbəyovun qızı, ikili vətəndaşlığı olan Fatimə İbrahimbəyova da var. Göründüyü kimi, Əli İsa Cabbarov AKİ-də faktiki idarəçiliyi məhz ittifaq daxilində yaratdığı şəbəkə vasitəsilə həyata keçirə bilir.

Əli İsa Cabbarov və rəhbərlik etdiyi şəbəkənin xarici qüvvələrə bağlı olduğu istisna edilməməlidir. Vaxtilə Rüstəm İbrahimbəyov tərəfindən ittifaqda katibliyə gətirilməsi, İbrahimbəyovun qızının və onunla birlikdə “Milli Şura”da təmsil olunmuş Eldəniz Quliyevin Əli İsa Cabbarov tərəfindən AKİ-də yerləşdirilməsi də bunu deməyə əsas verir. Bu şəbəkənin AKİ-ni ələ keçirməsi və qeyri-qanuni yollarla ittifaqı nəzarətdə saxlamaq cəhdlərinin arxasında xarici qüvvələrin olduğu mümkün ehtimallar arasındadır. İstisna deyil ki, “Milyarderlər İttifaqı”nın 2012-2013-cü illərdə Rüstəm İbrahimbəyov vasitəsilə AKİ-ni siyasi oyunlarında alət etdiyi kimi, xarici qüvvələr Azərbaycanla bağlı gələcək siyasi planlarında da ittifaqı ictimai platformalardan biri kimi nəzarətdə saxlamağa çalışır. Əli İsa Cabbarov və şəbəkəsinin ciddi-cəhdlə ittifaqı ələ keçirmək istəklərinin səbəblərindən biri bu ola bilər.

Bununla yanaşı, Əli İsa Cabbarov və dəstəsi AKİ-ni külli miqdarda dövlət vəsaitini mənimsəmək yeri olaraq görür. Hesablama Palatasının ittifaqda son iki il və cari ilin 4 ayını əhatə edən yoxlamaları zamanı ortaya çıxan yeyintilər bunu sübut edir. Məlumatlara görə, AKİ-nin dövlət büdcəsindən ayrılmış vəsaitləri 2,156,131 manat – 2024-cü ildə 797,379 manat, 2025-ci ildə 1,120,890 manat, 2026-cı ilin ilk 4 ayı ərzində isə 237,862 manat, olub. Bu dövrdə ittifaqın öz gəliri olmayıb.

2024-2025-ci illərdə dövlət büdcəsindən ayrılmış vəsait necə talanıb?

Cari təmir işlərinə 174.985 manat xərclənsə də, 189.848 manat rəsmiləşdirilib və 14.985 manat mənimsənilib, həmçinin, müəyyən edilib ki, müxtəlif təmir işlərinin qiymətləri şişirdilib.

Fiziki şəxs Xəlilov Rafail Çingiz oğlu ilə bağlanmış müqavilələr əsasında cari təmir işlərinin görülməsi, inventar və avadanlıqların alınması və quraşdırılması məqsədilə 32.320 manat ödəniş edilib, işlərin yerinə yetirilməsi isə 25.100 manat dəyərində rəsmiləşdirilib. Adıçəkilən şəxs isə AKİ üçün hər-hansı inventar və avadanlığın alınmadığını, təmir işləri üzrə göstərilən işlərinə yerinə yetirilmədiyini bildirir. Ümumilikdə, təmir işləri üçün alınan materiallar bazar qiymətindən 6 dəfə baha, fəhlə və ustalara isə normadan 5 dəfə artıq əmək haqqı rəsmiləşdirillib. Lakin fəhlə və ustalar belə bir vəsait almadıqlarını deyiblər.

Alındığı göstərilən 3.540 manat dəyərində 112,2 kvadratmetr laminat və 1.805 manat dəyərində 57,2 kv.m laminat və aksessuarın faktiki mövcud olmadığı, yalnız kağız üzərində qeyd olunduğu aşkarlanıb.

AKİ ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış icarə müqaviləsinin 5.3-cü bəndinə əsasən icarəyə götürülən əmlakın qonaqbaş vəziyyətdə saxlanılması üçün cari təmir işlərinin icrasının öz vəsaiti hesabına aparılmasına nəzərdə tutulduğu halda, 2024-2025-ci illərdə həyata keçirilmiş təmir işlərinin 65.732 manatlıq hissəsinin əsaslı təmir işlərinə aid olduğu müəyyən edilib. AKİ-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılmış 295,930 manat vəsaitin istifadəsi zamanı xərc smetasında, eləcə də ittifaqın Nizamnaməsində film istehsalı nəzərdə tutulmasa da, dövlət vəsaitinin bir neçə film çəkilişinə xərcləndiyi aşkarlanıb.

İttifaqın Nizamnaməsində gəlirlərin üzvlər arasında bölüşdürülməsinin nəzərdə tutulmadığı halda, dövlət vəsaiti hesabına AKİ üzvlərinə, ayrı-ayrı hallarda isə üzv olmayan şəxslərə 155.034 manat maddi yardım və 64.350 manat mükafat ödənilib.

2024-2025-ci illərdə xərc smetalarında nəzərdə tutulan məbləğlərdən 162.648 manat artıq istifadə olunub. İttifaqın balansında avtomobil olduğu halda xidməti minik avtomobilinin icarəsinə 10.000 manat xərclənib.

Dövlət büdcəsindən ayrılan vəsaitlər xərclənməsi ilə bağlı hesabat da tərtib edilməyib. AKİ-yə faktiki nəzarətin icraçı katib Əli İsa Cabbarov tərəfindən həyata keçirildiyini nəzərə aldıqda, dövlət vəsaitlərinin də onun tərəfindən mənimsənildiyi məlum olur.

Bu, Əli İsa Cabbarovun AKİ-də ilk maliyyə maxinasiyası deyil. Hələ Rüstəm İbrahimbəyovun sədr, onunsa katib olduğu 2012-2013-cü illərdə AKİ-də aparılan vergi yoxlamaları zamanı ciddi maliyyə pozuntuları aşkarlanmışdı. Misal üçün, 2009-cu ildə XI “Şərq-Qərb” Bakı Beynəlxalq kinofestivalının keçirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ayrılmış 33 min manat vəsaitdən 26 min 713 manatının AKİ tərəfindən nağd qaydada təhtəlhesab şəxslərə verildiyini müəyyən edilib. İstintaq nəticəsində aşkarlandı ki, nəqliyyat vasitələrinin ittifaqa icarəyə verilməsi barədə sənədlər tərtib olunmaqla 22 min manat məbləğində pul vəsaiti talanıb.

Bununla yanaşı, Əli İsa Cabbarovun AKİ-yə ayrılan dövlət vəsaitini özünün yaratdığı, yaxud nəzarətində olan QHT-lər vasitəsilə mənimsədiyi haqda məlumatlar var. Bu kontekstdə AKİ-nin təsis etdiyi və tərəfdaşlıq etdiyi yerli və beynəlxalq festivallara maliyyə və təşkilatı dəstəyinin nə qədər şəffaf olduğu da suallar doğurur. Vaxtilə keçirilən “Şərq-Qərb” (East-West) Bakı Beynəlxalq Kino-Festivalı, “Qızıl Çıraq” Milli Kino Mükafatı/Festivalı, hazırda mövcud olan Beynəlxalq Qısa Filmlər, “DokuBaku” Beynəlxalq Sənədli Film, “Sevil” Beynəlxalq Qadın Sənədli Film, Laçın Beynəlxalq Film, “START” Beynəlxalq Gənclər Film, Regional Kino Günləri (Astara Kino Günləri, Lənkəran Kino Günləri) festivallarına xərclənən vəsaitlər araşdırılmalıdır.

Əli İsa Cabbarovun xarici donor təşkilatları ilə əlaqələri də şübhələr doğurur. Onun Norveç, Fransa kimi ölkələrin səfirliklərində görüşlər keçirdiyi, müxtəlif layihələr üçün maliyyə dəstəyi aldığı məlumdur. Təsadüfi deyil ki, bəzi filmlər Fransa və Almaniya şirkətləri tərəfindən maliyyələşdirilib və bir sıra həssas mövzuları hədəf götürüb. Təbii, maliyyə verən tərəflər ondan hansı mövzulara toxunmasını, filmlərdə hansı məsələləri qabartmasını istəyirlər. Əli İsa Cabbarovun “qadın azadlığı” adı altında feminizm, solçu və liberal ideyaların təbliğ olunduğu filmlərə üstünlük verməsi bu kontekstdə diqqət çəkir və bunun xarici donor təşkilatlarının sifarişi olduğu ayın görünür. Misal üçün, onun təşəbbüsü ilə keçirilən “Mən qadınam” ssenari müsabiqəsinin məqsədi Azərbaycan kinosunda baş rolda qadın obrazlarının azlığınıa diqqət çəkməkdir. AKİ-nin əsas tərəfdaşlarından və dəstəkçilərindən olan “Sevil” Beynəlxalq Qadın Sənədli Film Festivalı da Azərbaycanda gender məsələlərinə, qadın hüquqlarına diqqət çəkir. Əli İsa Cabbarov qrant layihələrini yalnız ona yaxın olan şəxslər vasitəsilə həyata keçirir. Donor təşkilatlarının maliyyəsi ilə bağlı heç bir hesabatlılığın olmaması da suallar yaradır.

AKİ-nin maliyyə və təşkilatı dəstək verdiyi layihələr arasında şübhəli məzmuna malik olanların çoxluğu da əsas məqamlardan biridir. Kino Agentliyinin (ARKA) Ekspertiza Şurası “qəhrəman” obrazlarının və sosial reallıqların nümayiş formasının qeyri-estetik və uğursuzluğuna görə “Mən qəhrəman axtarıram” sənədli filminə yayım vəsiqəsi verməyib.

Azərbaycan üçün təhlükə yarada biləcək həssas məsələləri xarici təşkilatların sifarişi və dəstəyi ilə işıqlandıran Əli İsa Cabbarovun fəaliyyəti ciddi suallar yaradır. Belə görünür ki, məsələ təkcə onun AKİ-də dövlət vəsaitlərini talaması, eləcə də təşkilatı qeyri-qanuni formada nəzarətdə saxlamasından ibarət deyil, eyni zamanda, ittifaqı xarici dövlətlərin Azərbaycan daxilindəki platformasına çevirməsidir. Vaxtilə “Milyarderlər İttifaqı”nın platformasına çevrilən AKİ-də Rüstəm İbrahimbəyov “irsi” bu gün Əli İsa Cabbarov tərəfindən davam etdirilir.

Qafqazinfo.az 








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?
Bu gün, 16:38
Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş - AKTUAL
Bu gün, 16:32
Siqaret çəkənlərdən pul tələb edən saxta "polis" HƏBS EDİLDİ
Bu gün, 16:18
Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə gedib? - SƏN DEMƏ...
Bu gün, 16:14
Böyürtkən yığan qadınlara cərimə şoku: - “Hələ yaxşı ki, yerdən mazut çıxarmayıblar!”
Bu gün, 16:11
Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub - TƏFƏRRÜAT
Bu gün, 16:08
“Bu seçimlərin hər ikisi də Paşinyan üçün risklidir” - ŞƏRH
Bu gün, 16:06
“Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, əllərinə odlu silah düşən kimi də güllələyirlər” - Fazil Mustafa
Bu gün, 16:04
Həmkarlar, yoxsa Həmkorlar İttifaqı? - Səttar Möhbalıyevdən Sahib Məmmədova dəyişməyən sistem
Bu gün, 16:00
Rusiya Xəzərdən İrana silah göndərir - "NBC News"
Bu gün, 15:54
“Biz ermənilərin geri qayıdışını dəstəkləmirik” - Rubinyan
Bu gün, 15:51
“Əlisa Nicat filosofdursa, mən də kosmonavtam!” – Sabiq deputatdan QALMAQALLI SÖZLƏR
Bu gün, 15:48
Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb - "Truth Social"
Bu gün, 15:47
"Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..." - İTTİHAM VAR...
Bu gün, 15:37
Xəzər hərbləşdirilir - İrana hər gün dənizlə silah daşınır
Bu gün, 15:27
Mirzoyan Hamadeylə sülh prosesini müzakirə etdi
Bu gün, 15:03
Rus ordusu iki kəndi işğal etdi - KİV
Bu gün, 15:02
Azərbaycanın cavabı Rusiyada lazimi ünvanlara çatacaq - Tofiq Zülfüqarov
Bu gün, 15:00
Zərgər Məmmədin evi 1,4 milyona təmir ediləcək - QALİB ŞİRKƏT
Bu gün, 14:58
Dəyişməməli bir sərhəd var: - jurnalistikanın alətləri yenilənməli, iş etikası əski qalmalıdır
Bu gün, 14:57
Qarabağ Universitetinin Klinikası təlim üçün Tanyer Denizə 11 min manat ödəyəcək - DETALLAR
Bu gün, 14:55
Söyüş söyüb qaçan qadın həbs olundu - Axtarışda İMİŞ
Bu gün, 14:53
Cəfərovlar AFFA-dakı işlərini İTİRDİ
Bu gün, 14:51
Qarabağ onları ÇALXALADI - Azərbaycana qarşı HÜCUMA KEÇDİLƏR
Bu gün, 14:48
Vəkil Elşad Məmmədov saxlanıldı
Bu gün, 14:46
Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub
Bu gün, 14:44
Bakıda kişi sevgilisinin üzünə sulfat turşusu töküb - TƏFƏRRÜAT
Bu gün, 13:06
TƏBİB sədri daha bir baş həkimi işdən çıxardı - yenisini təyin etdi
Bu gün, 13:03
“Məktəbli avtobusları” layihəsinin aqibəti necə oldu? - “Valideyn bilmir direktoru doyuzdursun...”
Bu gün, 12:59
Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqlayıb
Bu gün, 12:56
"Nə seriala çəkilirəm, nə də filmlərə..." - ÇÜNKİ...
Bu gün, 12:52
Ədalət Mədətoğlu kimdir? -“Tiflisdə yeddi məhbus”-un müəllifi vaxtsız getdi
Bu gün, 12:49
Respublikaçıların qurultayında bəzi yerlər jurnalistlərə pulla satılır - SİYAHI
Bu gün, 12:43
Bir milyon qaçqın nəzərdən qaçdı, amma... - Sponsora zərər dəyməyəcək
Bu gün, 12:30
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:27
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların təqaüdləri artıb
Bu gün, 12:26
“Tələbatlı aktyor deyilsənsə, sənə rol vermirlərsə üzüsulu çıx get” - Xalq artisti
Bu gün, 12:24
Yeznəsinə yumruqla xəsarət yetirən şəxsə HÖKM OXUNDU
Bu gün, 12:21
ABŞ konqresmenləri Ermənistana səfər edəcək
Bu gün, 12:14
Rəmişin qardaşı VƏFAT ETDİ - FOTO
Bu gün, 12:11
İnvestisiya Şirkətinin rəhbərliyinə təyinat olub - ƏMR
Bu gün, 12:05
General oğlu vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Bu gün, 12:00
Rusiya Britaniyaya xəbərdarlıq edib: - London Ukraynaya göndərdiyi dronlara görə cavab verməli olacaq
Bu gün, 11:57
“Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 11:46
“Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:38
Dələduzluqda ittiham olununan David Selivestrov danışdı - AZƏRBAYCANA QAYIDACAĞAM!..
Bu gün, 11:29
“İmzalar saxtadırsa, məsuliyyət daşıyanlar cəzalandırıla bilər” – MMMC ilə bağlı hüquqşünasdan açıqlama
Bu gün, 11:20
Moskva ilə adam dilində danışmaq yersizdir... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:16
“Yüzlərlə sakinin həyatı təhlükədədir” - “AAAF Park”da QALMAQAL
Bu gün, 11:11
Azərbaycan-Ermənistan sülhü Rusiyanın Cənubi Qafqazdakı təsirini zəiflətdi –Fəqət mühüm rıçaqları qalır...
Bu gün, 11:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru