Penitensiar Xidmət rəisinin müşaviri Rauf Qasımzadənin tutduğu vəzifədən azad olunması ilə bağlı məlumat yayılıb.
Bununla bağlı yayılan məlumatlarda ədliyyə naziri Fərid Əhmədovun onunla bağlı əmr imzaladığı deyilir.
Gununsesi.info-nun araşdırması zamanı isə Rauf Qasımzadə vəzifəsindən çıxmasının səbəbi bəlli olub.
Məlumata görə, o, öz ərizəsi ilə Penitensiar Xidmətdəki postundan ayrılıb.
Buna səbəb isə onun digər dövlət qurumlarından birində yüksək vəzifəyə təyin olunmasıdır.
Qeyd edək ki, Rauf Qasımzadə bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də və bir sıra digər dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb.
Onu da xatırladaq ki, Rauf Qasımzadə Penitensiar Xidmətin keçmiş rəisi, general Aydın Qasımovun oğludur.











