AAYDA-nın bu departamentinə yeni müdir müavini təyin olundu .....                     "Ferrum Kapital" QSC 1 milyon manatlıq .....                     Okampo Azərbaycana qarşı kampaniyada BCM-in nüfuzundan istifadə edib .....                     Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... .....                     Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş .....                     Siqaret çəkənlərdən pul tələb edən saxta "polis" .....                     Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə gedib? .....                     Böyürtkən yığan qadınlara cərimə şoku: .....                     Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub .....                     “Bu seçimlərin hər ikisi də Paşinyan üçün risklidir” .....                     “Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, əllərinə odlu silah düşən kimi də güllələyirlər” .....                     Həmkarlar, yoxsa Həmkorlar İttifaqı? .....                     Rusiya Xəzərdən İrana silah göndərir .....                     “Biz ermənilərin geri qayıdışını dəstəkləmirik” .....                     “Əlisa Nicat filosofdursa, mən də kosmonavtam!” .....                     Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb .....                     "Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..." .....                     Xəzər hərbləşdirilir .....                     Mirzoyan Hamadeylə sülh prosesini müzakirə etdi .....                     Rus ordusu iki kəndi işğal etdi .....                     Azərbaycanın cavabı Rusiyada lazimi ünvanlara çatacaq .....                     Zərgər Məmmədin evi 1,4 milyona təmir ediləcək .....                     Dəyişməməli bir sərhəd var: .....                     Qarabağ Universitetinin Klinikası təlim üçün Tanyer Denizə 11 min manat ödəyəcək .....                     Söyüş söyüb qaçan qadın həbs olundu .....                     Cəfərovlar AFFA-dakı işlərini .....                     Qarabağ onları ÇALXALADI .....                     Vəkil Elşad Məmmədov saxlanıldı .....                     Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub .....                     Bakıda kişi sevgilisinin üzünə sulfat turşusu töküb .....                     TƏBİB sədri daha bir baş həkimi işdən çıxardı .....                     “Məktəbli avtobusları” layihəsinin aqibəti necə oldu? .....                     Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqlayıb .....                     "Nə seriala çəkilirəm, nə də filmlərə..." .....                     Ədalət Mədətoğlu kimdir? .....                     Respublikaçıların qurultayında bəzi yerlər jurnalistlərə pulla satılır .....                     Bir milyon qaçqın nəzərdən qaçdı, amma... .....                     Mülayim şimal-qərb küləyi əsəcək .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların təqaüdləri artıb .....                     “Tələbatlı aktyor deyilsənsə, sənə rol vermirlərsə üzüsulu çıx get” .....                 

Okampo Azərbaycana qarşı kampaniyada BCM-in nüfuzundan istifadə edib - "Liberium"
Tarix: Bu gün, 16:45 | Çap et

BMT-nin Beynəlxalq Cinayət Məhkəməsi (BCM) 24 illik tarixinin ən çətin dövrlərindən birini yaşayır. Buna səbəb ABŞ dövlət katibi Marko Rubionun iyulun 13-də məhkəməni ABŞ vətəndaşlarına qarşı hüquqi müharibə aparmaqda ittiham etməsi və Vaşinqtonun zərurət yaranacağı təqdirdə "BCM-i kərpic-kərpic sökəcəyini" bəyan etməsidir.

"Report" xəbər verir ki, bu barədə "Liberium" portalında dərc edilmiş məqalədə bildirilib.

Bununla əlaqədar olaraq, məqalədə BCM-nin sabiq prokuroru Luis Okamponun fəaliyyətinə xüsusi diqqət yetirilir.

Məqalədə qeyd olunub ki, qərəzsiz ədalət mühakiməsini təmin etmək vədi əsasında yaradılmış bir qurum olan BCM öz 24 illik tarixinin ən çətin dövrünü yaşayır.

"Bu fonda, məhkəmənin vaxtilə baş prokuroru olmuş Luis Moreno Okamponun işi indiyədək ona yetiriləndən daha çox diqqətə layiqdir. Söhbət BCM-nin tənqidindən deyil, zəifləmiş bir qurumun səlahiyyətləri şəxsi istifadə üçün əlçatan olduqda nələrin baş verdiyinə dair xəbərdarlıqdan gedir", - müəllif yazıb.

O xatırladıb ki, Okampo 2003-2012-ci illərdə Prokurorluq Ofisinə rəhbərlik edib. Onun bu vəzifədə fəaliyyəti əsasən uğursuz işlərlə yadda qalıb, aparılan yoxlamalar isə prokuror fəaliyyətində çatışmazlıqları üzə çıxarıb.

Məqalədə həmçinin ABŞ Xarici Siyasət Şurasının nümayəndəsi İlan Bermanın "Newsweek"də dərc olunan son yazısına istinad edilir. Orada o qeyd edib ki, Okampo vəzifədə olduğu müddətdə tənqidlərə məruz qalıb və BCM-dən getdikdən sonra da mübahisələr yaratmağa davam edib. Həmçinin, nümunə kimi onun Ermənistan və Azərbaycan arasındakı münaqişəyə mübahisəli müdaxiləsi göstərilirdi.

Materialda həm də Okamponun vəzifədən getdikdən sonrakı maliyyə fəaliyyəti xatırladılır. Xüsusilə, "European Investigative Collaborations" və "Der Spiegel"in araşdırmasının nəticələri qeyd olunur; bu araşdırmalar müəyyən edib ki, o, baş prokuror kimi çalışdığı dövrdə və BCM-dən getdikdən sonra Panamada və Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş ofşor strukturları idarə edib. Bundan əlavə, vəzifədən getdikdən qısa müddət sonra İsveçrə hesabları vasitəsilə ona on minlərlə dollar köçürülüb.

Daha sonra Okampo, məhkəməsiz edamlarda ittiham olunan general Xəlifə Haftarın silahlı birləşmələrini maliyyələşdirən Liviya neft maqnatı Həsən Tatanki ilə məsləhət müqaviləsi bağlayıb, hansı ki, 3 milyon dollar və hər iş günü üçün əlavə 5 min dollar dəyərində qiymətləndirilirdi.

Məqalədə deyilir: "Bu razılaşma haqqında suallara cavab verən Okampo, Haaqadakı maaşının kifayət etmədiyini bildirmişdi".

Müəllif qeyd edib ki, Okampo məhz BCM-nin keçmiş baş prokurorunun öz peşəkar əlaqələrindən və nüfuzundan kommersiya məqsədilə istifadə etməsi ilə bağlı bu tarixçənin fonunda sonradan Qarabağ prosesinə cəlb olunub.

Materialda bildirilib ki, bu hekayə 2023-cü ilin avqustunda, Okamponun Azərbaycanın Qarabağ regionundakı erməni separatçı qüvvələrinin nümayəndələrindən və Ermənistanla əlaqəli digər şəxslərdən tapşırıq alması, daha sonra isə Azərbaycana qarşı ittihamlarla çıxış etməsi ilə başlayıb.

Okamponun özü sonradan sosial şəbəkələrdə etiraf edib ki, onun hazırladığı rəy Qarabağda hazırda ləğv edilmiş separatçı rejimin qondarma prezidenti tərəfindən sifariş edilib. Müəllif xatırladıb ki, bu qurum 1990-cı illərdə Ermənistanın dəstəyi ilə Azərbaycan ərazisində yaradılıb.

Bundan sonra Okampo Azərbaycanı regionun erməni əhalisinə qarşı ciddi pozuntular törətməkdə ittiham edib, o cümlədən "soyqırımı" ifadəsindən istifadə edib.

"Bu, yeganə bəyanat deyildi", - müəllif qeyd edib.

Məqalədə göstərilib ki, sonrakı aylarda Okampo öz müsahibələrində, müəllif məqalələrində və ictimai çıxışlarında Bakının ünvanına analoji ittihamları dəfələrlə təkrarlayaraq, faktiki olaraq Azərbaycana qarşı davamlı ittiham kampaniyası aparıb.

Bununla belə, materialda qeyd olunub, 30 aprel 2026-cı ildə Azərbaycanın "Minval.az" portalı tərəfindən Okamponun iştirak etdiyi videogörüntülərin yayımlanmasından sonra bu hekayə yeni bir məcra aldı.

Bu videoyazılarda Okampo bildirib ki, Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin sabiq rəhbəri Jozep Borrelin keçmiş köməkçisi indi Avropa Parlamentində "mənim üçün işləyir". Okamponun sözlərinə görə, bu şəxs Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə təzyiq göstərməklə, eləcə də Aİ ilə Azərbaycan arasındakı enerji tərəfdaşlığının ləğvinə nail olmaq məqsədilə Avropa İttifaqı Məhkəməsində işin irəli sürülməsi ilə məşğuldur.

Bundan əlavə, onlarda Okamponun oğlu Tomasın bu şəbəkənin məqsədinin Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılması olduğu barədə sözləri yer alır. Onun sözlərinə görə, bu, ABŞ-də Paşinyanın Azərbaycana münasibətdə sülh siyasətinə qarşı çıxan erməni lobbi təşkilatları ilə koordinasiyalı şəkildə həyata keçirilməlidir.

"Bu videoyazıların mənşəyi nə olursa olsun, onların məzmunu ümumiyyətlə yaranmamalı olan bir suala cavab verir: blankında nə qədər Haaqa reqaliyası olsa belə, ödənişli və koordinasiya edilmiş təsir kampaniyası hüquqi ekspertiza deyil", - "Liberium" qeyd edir.

Bununla yanaşı, müəllif vurğulayıb ki, bəhs edilən hallar bütövlükdə beynəlxalq cinayət ədalət mühakiməsinin tənqidi kimi nəzərdən keçirilməməlidir. Onun sözlərinə görə, BCM-in əməkdaşlarının əksəriyyəti öz işini vicdanla yerinə yetirir və kütləvi cinayətlərdə günahkar olanların məsuliyyətə cəlb edilməsi zərurəti aktuallığını qoruyub saxlayır.

Bununla yanaşı, məqalədə qeyd olunub ki, məhkəmənin keçmiş əməkdaşlarının, o cümlədən Okamponun peşəkar və siyasi dəyərini məhz BCM-in (Beynəlxalq Cinayət Məhkəməsi) nüfuzu müəyyən edir. Müəllif hesab edir ki, bu nüfuzun zəifləməsi ondan şəxsi maraqlar naminə istifadə olunması üçün imkanlar yaradır.

Müəllif həmçinin diqqəti ona yönəldib ki, BCM öz polisinə malik deyil və şübhəli şəxslərin həbsi məsələlərində iştirakçı dövlətlərdən asılıdır. Məqalədə deyilir ki, məhkəmənin tənqidçiləri iyirmi ildən artıq müddət ərzində BCM-in 15-dən az ittiham hökmü çıxardığına və təqsirləndirilən şəxslərin əksəriyyətinin Afrika ölkələrinin vətəndaşları olduğuna işarə edirlər.

Yekun hissədə müəllif BCM-ə səlahiyyət müddəti başa çatdıqdan sonra keçmiş prokuror və hakimlərin fəaliyyətini tənzimləyən əlavə qaydaları nəzərdən keçirməyi təklif edir ki, məhkəmədəki fəaliyyət nəticəsində qazanılmış nüfuzdan sonradan kommersiya və ya siyasi məqsədlər üçün istifadə oluna bilməsin.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AAYDA-nın bu departamentinə yeni müdir müavini təyin olundu - FOTO
Bu gün, 16:53
"Ferrum Kapital" QSC 1 milyon manatlıq - BORCLANIR
Bu gün, 16:51
Okampo Azərbaycana qarşı kampaniyada BCM-in nüfuzundan istifadə edib - "Liberium"
Bu gün, 16:45
Əli İsa Cabbarovun maxinasiyaları və xarici maraqlar... - Kino İttifaqında nə baş verir?
Bu gün, 16:38
Pezeşkianla İranın anti-Azərbaycan “dərin dövləti” arasındakı savaş - AKTUAL
Bu gün, 16:32
Siqaret çəkənlərdən pul tələb edən saxta "polis" HƏBS EDİLDİ
Bu gün, 16:18
Generalın oğlu Penitensiar Xidmətdəki vəzifəsindən niyə gedib? - SƏN DEMƏ...
Bu gün, 16:14
Böyürtkən yığan qadınlara cərimə şoku: - “Hələ yaxşı ki, yerdən mazut çıxarmayıblar!”
Bu gün, 16:11
Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirilib, qardaşı tutulub - TƏFƏRRÜAT
Bu gün, 16:08
“Bu seçimlərin hər ikisi də Paşinyan üçün risklidir” - ŞƏRH
Bu gün, 16:06
“Bir fağır deputat tapıblar, döşəyirlər sağdan-soldan, əllərinə odlu silah düşən kimi də güllələyirlər” - Fazil Mustafa
Bu gün, 16:04
Həmkarlar, yoxsa Həmkorlar İttifaqı? - Səttar Möhbalıyevdən Sahib Məmmədova dəyişməyən sistem
Bu gün, 16:00
Rusiya Xəzərdən İrana silah göndərir - "NBC News"
Bu gün, 15:54
“Biz ermənilərin geri qayıdışını dəstəkləmirik” - Rubinyan
Bu gün, 15:51
“Əlisa Nicat filosofdursa, mən də kosmonavtam!” – Sabiq deputatdan QALMAQALLI SÖZLƏR
Bu gün, 15:48
Tramp Hörmüz boğazını ABŞ-nin yeni ərazisi adlandırıb - "Truth Social"
Bu gün, 15:47
"Universiteti özlərinin xüsusi marketi kimi idarə edirlər..." - İTTİHAM VAR...
Bu gün, 15:37
Xəzər hərbləşdirilir - İrana hər gün dənizlə silah daşınır
Bu gün, 15:27
Mirzoyan Hamadeylə sülh prosesini müzakirə etdi
Bu gün, 15:03
Rus ordusu iki kəndi işğal etdi - KİV
Bu gün, 15:02
Azərbaycanın cavabı Rusiyada lazimi ünvanlara çatacaq - Tofiq Zülfüqarov
Bu gün, 15:00
Zərgər Məmmədin evi 1,4 milyona təmir ediləcək - QALİB ŞİRKƏT
Bu gün, 14:58
Dəyişməməli bir sərhəd var: - jurnalistikanın alətləri yenilənməli, iş etikası əski qalmalıdır
Bu gün, 14:57
Qarabağ Universitetinin Klinikası təlim üçün Tanyer Denizə 11 min manat ödəyəcək - DETALLAR
Bu gün, 14:55
Söyüş söyüb qaçan qadın həbs olundu - Axtarışda İMİŞ
Bu gün, 14:53
Cəfərovlar AFFA-dakı işlərini İTİRDİ
Bu gün, 14:51
Qarabağ onları ÇALXALADI - Azərbaycana qarşı HÜCUMA KEÇDİLƏR
Bu gün, 14:48
Vəkil Elşad Məmmədov saxlanıldı
Bu gün, 14:46
Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub
Bu gün, 14:44
Bakıda kişi sevgilisinin üzünə sulfat turşusu töküb - TƏFƏRRÜAT
Bu gün, 13:06
TƏBİB sədri daha bir baş həkimi işdən çıxardı - yenisini təyin etdi
Bu gün, 13:03
“Məktəbli avtobusları” layihəsinin aqibəti necə oldu? - “Valideyn bilmir direktoru doyuzdursun...”
Bu gün, 12:59
Qalibaf Hörmüz boğazının açılmasının şərtlərini açıqlayıb
Bu gün, 12:56
"Nə seriala çəkilirəm, nə də filmlərə..." - ÇÜNKİ...
Bu gün, 12:52
Ədalət Mədətoğlu kimdir? -“Tiflisdə yeddi məhbus”-un müəllifi vaxtsız getdi
Bu gün, 12:49
Respublikaçıların qurultayında bəzi yerlər jurnalistlərə pulla satılır - SİYAHI
Bu gün, 12:43
Bir milyon qaçqın nəzərdən qaçdı, amma... - Sponsora zərər dəyməyəcək
Bu gün, 12:30
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:27
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların təqaüdləri artıb
Bu gün, 12:26
“Tələbatlı aktyor deyilsənsə, sənə rol vermirlərsə üzüsulu çıx get” - Xalq artisti
Bu gün, 12:24
Yeznəsinə yumruqla xəsarət yetirən şəxsə HÖKM OXUNDU
Bu gün, 12:21
ABŞ konqresmenləri Ermənistana səfər edəcək
Bu gün, 12:14
Rəmişin qardaşı VƏFAT ETDİ - FOTO
Bu gün, 12:11
İnvestisiya Şirkətinin rəhbərliyinə təyinat olub - ƏMR
Bu gün, 12:05
General oğlu vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Bu gün, 12:00
Rusiya Britaniyaya xəbərdarlıq edib: - London Ukraynaya göndərdiyi dronlara görə cavab verməli olacaq
Bu gün, 11:57
“Koordinat Construction” MMC-nin “udduğu” tenderlərdə rolu subartezian quyularını təmir etməkdir, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 11:46
“Sevgi evi”nin sahibi Könül Qasımova yenidən həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 11:38
Dələduzluqda ittiham olununan David Selivestrov danışdı - AZƏRBAYCANA QAYIDACAĞAM!..
Bu gün, 11:29
“İmzalar saxtadırsa, məsuliyyət daşıyanlar cəzalandırıla bilər” – MMMC ilə bağlı hüquqşünasdan açıqlama
Bu gün, 11:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru