Ucar Rayon İcra Hakimiyyəti şəhər ərazisindəki abadlıq və yol təmiri işlərinin layihə-smeta sənədlərinin hazırlanması üzrə keçirdiyi tenderləri yekunlaşdırıb.
32gun.az xəbər verir ki, icra hakimiyyəti bir gün ərzində "Hinal Proje" MMC ilə ümumi dəyəri 32.686 AZN olan 4 ayrı müqavilə bağlayıb. Müqavilələr büdcə və büdcədənkənar vəsaitlər hesabına Ucar şəhərində yolların əsaslı təmiri və abadlıq işlərinin layihələndirilməsi xidmətlərini əhatə edir.
Xatırladaq ki, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Həmzə oğlu Məmmədovdur. O, 27 yanvar 2015-ci il tarixindən etibarən bu vəzifəni icra edir
















