“Ukraynanı dəstəkləmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadənin hüquqi mexanizmi üzərində işi sürətləndirməyin vaxtıdır”.
Teleqraf xəbər verir ki, bunu Kiyevdə belçikalı həmkarı Maksim Prevostla görüşdə Ukrayna xarici işlər naziri Andrey Sibiqa deyib.
Nazir bunun ədalətli qərar olacağını vurğulayaraq bildirib ki, bu günə qədər Rusiyanın Ukraynanın infrastrukturuna vurduğu ziyan 600 milyard dollardan çoxdur.
Andrey Sibiqa qeyd edib ki, bir dövlətin belə miqyasda dağıntının öhdəsindən gəlməsi çətindir.









