"Hörmətli Rövşən müəllim, "Siyəzənneft" NQÇİ-də mart ayından bu yana zərərli iş üçün işçilərə verilən südlər verilmir". "DİA-AZ" xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəfə ünvanlanmış müraciətində sözügedən qurumun işçisi Zamiq Əliyev qeyd edib.
O daha sonra müraciətini belə davam etdirir: "İnşallah... Allah qoysa, imkan olsa işçilər nə zaman südlə təmin ediləcək?
Əgər südlə təmin etmirlərsə, onda südlərin dəyəri hesablanıb hər ay bizə ödənislin biz özümüz süd alarıq.."














