Aparıcı Cavid Gülün qızı Sofiya xəstəxanalıq olub.
Axşam.az xəbər verir ki, bu haqda aparıcının xanımı Nərgiz məlumat yayıb. O bildirib ki, övladlarını yüksək temperaturla xəstəxanaya aparıblar:
"40 dərəcə qızdırma ilə özümüzü xəstəxanaya çatdırdıq. Həyatımda yaşamadığım qorxunu, həyəcanı yaşadım. Sofiya allergik uşaqdır, allergiyası qalxanda xəstə insanla təmasda olarsa, xəstələnir, çox pis keçirir. 4 yaşı var, heç vaxt belə ağır xəstələnməyib. Bu dəfə həqiqətən çox qorxdum".















