"Bildirildiyinə görə, Prezident İlham Əliyev Naxçıvanda səfəri zamanı bəzi yerli sahibkarların təsis etmək istədiyi bir sıra müəssisələrin açılışına getməyib..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "“Azərenerji” ASC-nin Naxçıvan nümayəndəliyi də bəxti üzünə gülməyənlər sırasında olub. İddia olunur ki, “Azərenerji”-Naxçıvan 4 yeni müəssisə açmaq istəyirmiş. Amma işin keyfiyyəti barədə mənfi rəylər alan ölkə başçısı onların açılışında iştirak etmək istəmədiyindən layihələr qeyri-müəyyən vaxta təxirə salınıb.
Naxçıvandakı mənbələrim də faktı təsdiqləyiblər.
Mənbələrin iddialarına inansaq, Prezident Naxçıvan səfərindən çox da razı qalmayıb. Özünün bölgədəki nümayəndəsinə qarşı xeyli soyuq münasibət göstərib..."















