“Ermənistan Azərbaycanın arzusunu yerinə yetirməklə məşğuldur”  .....                     İsrailə minlərlə ton hərbi texnika gətirildi .....                     “Avroviziya”-da qaydalar dəyişdi: .....                     258 milyon manatlıq Naxçıvan planı: Blokadadan regional mərkəzə .....                     Deputat QHT-si getdi, məmur QHT-si gəldi: qrant islahatının yeni modeli .....                     “Məni efirə çıxarmaq üçün 800 manat istəyən veriliş bağlandı” .....                     Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib .....                     Metronun “28 May” stansiyasından qeyri-müəyyənliyə: yeni dövr başlayır .....                     Bakı-Tehran münasibətlərində yeni səhifə açılırmı? .....                     Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər? .....                     Marketə iki dəfə girib oğurluq və soyğunçuluq edən şəxsin cəzası azaldıldı .....                     "Yeni ulduz" geri qayıdır: Necə keçiriləcək? .....                     Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU .....                     İran səfirinin addımı müzakirə doğurdu .....                     “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib .....                     Mübariz Əhmədoğlu Fazil Mustafaya sərt cavab verdi .....                     Polşa yaxın günlərdə Ukraynaya “Patriot” raketləri verəcək .....                     Niderland şirkəti Bakıdakı fəaliyyətini dayandırdı .....                     İran səfirinin sərgi macəraları: .....                     “Azsığorta” zərərlə işləməyə başlayıb .....                     Peşə məktəbi pelet sobalar üçün 51,5 min manatlıq material alır .....                     İcra hakimiyyəti prospektin 500 metrlik hissəsini 138 min manata abadlaşdırmaq istəyir .....                     Nazir Musa Paşayevə yüksək vəzifə verdi .....                     Generalın qızı ilə bağlı iddia .....                     Xəstəxanalardakı uzman həkimlər .....                     Dünya sülhünə ən böyük təhdid hesab edilən ölkələr .....                     Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib .....                     Ramiz Mehdiyevin kürəkəninin iddiası təmin edilmədi .....                     Açıq ürək əməliyyatı olunan Aqil Məlikov evə buraxıldı .....                     Orxan Rəhimov direktor təyin edildi .....                     Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər .....                     Ermənistanda hərbçinin güllələnmiş meyiti tapıldı .....                     “Dinamo” göylə gedir, “Qarabağ” isə yerini göstərməyə hazırlaşır .....                     Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib .....                     Sabiq deputatın dövlətə 1 milyondan çox borcu var .....                     Rusiyada doğum səviyyəsinə görə lider region açıqlandı .....                     Ermənistan Aİ-yə kənd təsərrüfatı ixracatçılarına 14 milyon dollardan çox subsidiya ödəyəcək .....                     Kadırov Putini belə aldadır: Çeçenləri müharibəyə göndərmir .....                     Ermənistanda Paşinyanın yeni hökuməti işə başlayıb .....                     Bakı son dərəcə güclü bir siqnal göndərməlidir: .....                 

Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU - Şok FAKTLAR
Tarix: Bu gün, 15:53 | Çap et

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) rəhbərliyin dəyişməsi vaxtilə həmkarlar ittifaqı üzvləri, əməkdaşlar, əlillər, veteranlar, qazilər, təhsil və səhiyyə işçiləri, eləcə də digər sosial qruplar arasında yeni ümidlər yaratmışdı. Sabiq sədr Səttar Möhbalıyevin fəaliyyəti dövründə səsləndirilən narazılıqların yeni rəhbərliklə aradan qalxacağı, sistemdə şəffaflığın və vətəndaşlara xidmətin daha da yaxşılaşdırılacağı gözlənilirdi.

Lakin ötən müddət ərzində redaksiyalara və ictimaiyyətə çatdırılan müxtəlif müraciətlər, şikayətlər və mediada yayılan məlumatlar göstərir ki, narazılıqlar səngimək əvəzinə, başqa istiqamətlərdə də davam edir. Hazırda AHİK-in sədri Sahib Məmmədovun rəhbərliyi dövründə də qurumun fəaliyyəti ilə bağlı müxtəlif suallar və iddialar gündəmə gəlir.

Xüsusilə yollayışların elektron sistemə keçirilməsi və e-ahik Sanatoriya-Kurort Elektron Rezervasiya Sisteminin tətbiqi “şəffaflıq” və “əlçatanlıq” baxımından mühüm yenilik kimi təqdim olunur. Rəsmi açıqlamalarda sistem vasitəsilə minlərlə yollayışın verildiyi bildirilir. Lakin bu rəqəmlərin fonunda redaksiyalara daxil olan vətəndaş müraciətlərində tamam başqa mənzərədən bəhs edilir: bəzi vətəndaşlar elektron sistemdə qeydiyyatdan keçməkdə, boş yer tapmaqda, güzəştlərdən yararlanmaqda və yollayışlarını təsdiqlətməkdə ciddi çətinlik çəkdiklərini bildirirlər.

Məsələ yalnız elektron sistemlə də məhdudlaşmır. AHİK-in tabeliyində olan sanatoriya və istirahət müəssisələrinin fəaliyyəti, yollayışların bölüşdürülməsi, xidmətlərin keyfiyyəti, qida və gigiyena məsələləri, kadr siyasəti, idarəetmə və maliyyə şəffaflığı ilə bağlı da müxtəlif iddialar və suallar səsləndirilir. Mediaya təqdim olunan bəzi materiallarda sanatoriyalarda xidmət və idarəetmə ilə bağlı problemlərdən, yollayışların bölüşdürülməsində mümkün qeyri-şəffaflıqdan, habelə kadr təyinatları ilə bağlı narazılıqlardan bəhs edilir.

Eyni zamanda, AHİK və onun tabeliyində olan strukturlarda rəhbər vəzifələrə təyinatlar, əməkhaqqı sistemi, struktur dəyişiklikləri və üzvlük haqlarından formalaşan vəsaitlərin hansı istiqamətlərə xərclənməsi barədə də ictimaiyyətin cavab gözlədiyi suallar var. Təbii ki, mediada və ayrı-ayrı şəxslərin müraciətlərində səsləndirilən bu iddiaların hər biri müvafiq qurumlar tərəfindən araşdırılmalı, qarşı tərəfin mövqeyi də öyrənilməlidir.

Əsas problem isə budur: həmkarlar ittifaqının başlıca məqsədi əməkçilərin və üzvlərinin hüquq və maraqlarını qorumaqdırsa, niyə həmin üzvlərin bir qismi öz hüquqlarından istifadə etmək üçün elektron sistem qarşısında bu qədər çətinliklə üzləşir? Niyə əlil, veteran və digər sosial həssas qruplara aid vətəndaşlar onlara verilən güzəştlərdən real şəkildə yararlana bilmədiklərini bildirirlər? Elektronlaşdırma vətəndaşın işini asanlaşdırmalıdır, yoxsa onu əlavə maneələrlə üz-üzə qoymalıdır?

Sədr dəyişikliyi zamanı yaranmış ümidlərin nə dərəcədə doğrulduğu da məhz bu suallar fonunda yenidən gündəmə gəlir. Çünki redaksiyamıza daxil olan müraciətlər göstərir ki, AHİK-in fəaliyyəti ilə bağlı narazılıqlar hələ də səngiməyib.

Növbəti müraciət də bu narazılıqların konkret nümunələrindən biridir.

DuzXeber.az xəbər verir ki, redaksiyamızın elektron poçt ünvanına Azərbaycan vətəndaşı Məğrur Bədəlsoy tərəfindən daxil olan müraciəti heç bir dəyişiklik etmədən olduğu kimi təqdim edirik:

AHİK (əlil) həmkarlardan “qara otaqda olmayan qara pişiyi tapmağı” tələb edir.

“Tapanda” isə tam məbləğ ödənilməsə yollayış verilmir.

Yay mövsümü-istirahət, dincəliş sona çatmaq üzrədir. Bu mövsümdə hamının gözü AHİK-də (Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası) yönəlir. AHİK isə keçən ildən yollaylş verilməsini elektronlaşdırıb, yalnız elektron sistemdən yollayış verildiyini bildirir. Bu sistemdən isə yollayış almağa faktiki qadağa qoyulub. Nə vaxt sistemə girib, müalicə və istirahət mərkəzlərini seçirsən, ya yer olmur, olanda da güzəşt tətbiq edilmir, tam məbləğ tələb edilir, heç onu da təsdiq etməyə yol verilmir. Amma AHİK müharibə veteranları , 1-ci-2-ci dərəcəli əlillərin, 1-ci dərəcəli əlili müşayiət edən şəxslərin ödənişsiz, həmkarların üzvlərinin 15 faiz güzəştlə yollayış yiyəsi ola biləcəyini vurğulayır. Bəs niyə gerçək yaşamda bu vurğulama baş tutmur? Bu sətirlərin yazarı son bir ildə dəfələrlə elektron rezervasiya sistemi vasitəsilə yollayış almağa çaba göstərsə də, hələ də nəinki pulsuz, nəinki 15 faiz güzəştlə, heç tam məbləğdə də yollayışla təmin oluna bilməyib. Sadəcə, sistemdə yer tapılmır. Belə bəlli olur ki, AHİK əlillərdən, həmkarlardan, necə deyərlər, qara otaqda olmayan qara pişiyi tapmağı tələb edir. Hətta “tapanda” da “təsdiq gözlənilir” adı ilə yollayışın əldə edilməsi elə gözləmədə qalır. Daha bunun nə həmkarlığı oldu ki?!

Elektron sistemin nə qədər üstünlüyü olsa da, texniki kələklə hüquqa qadağa qoyması da üzə çıxır. Müharibə veteranlarına pulsuz yollayış verilməsi təsbit olunub, amma veteran heç sistemdə qeydiyyata düşə bilmir, qeydiyyata düşəndə isə istədiyi yollayışı tapa bilmir, “tapanda” isə tam məbləğ tələb olunur. İndi özünüz fikirləşin, ağlınıza sığışdıra bilirsinizsə, sığışdırın, 80 manat təqaüdə göz dikən müharibə veteranı 3-4 minlik fizioterapiya müalicəsinə yollayışı necə ödəyə bilər? İnanmırsınız, fakt təqdim olunur, 1900 manatlıq Naxçıvan “Duzdağ” mərkəzinə 10 günlük “dincəlmək, müalicə almaq” mümkündür? Pensiya kartında, təqaüd kartında heç bir il toxunmasan, bu qədər məbləğ yığılmır! Bir problem də ondadır ki, çox əlilin, veteranın, heç professorun belə şəxsi kabinet yaratması mümkün deyil. Yəni hamını elektron sistem adı ilə yollayış hüququndan məhrum etmək həmkarlıq prinsipinə ziddir.

Dəfələrlə AHİK-ə müraciət edib, əlillər üçün elektron sistemdən kənar yollayış verilməsinin təşkili xahiş olunub. Amma həmkarlar əlillərlə həmkarlıqdan imtina edir. Elektron sistem isə rüşvət, korrupsiyaya yol açır. Gerçəkdə bu özbaşınalıq şəbəkə cinayətləri kateqoriyasına aiddir. Yəqin ki, DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi araşdırma aparar. Əlillər isə yenə də yollayışsız, dincəlişsiz durumda qaldılar. Ya Allah, ya DİN, bizə yardımçı olun!









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Ermənistan Azərbaycanın arzusunu yerinə yetirməklə məşğuldur”  - Tatevin Hayrapetyan
Bu gün, 16:36
İsrailə minlərlə ton hərbi texnika gətirildi
Bu gün, 16:33
“Avroviziya”-da qaydalar dəyişdi: - Bu ölkələrə QADAĞA
Bu gün, 16:27
258 milyon manatlıq Naxçıvan planı: Blokadadan regional mərkəzə - RƏY
Bu gün, 16:24
Deputat QHT-si getdi, məmur QHT-si gəldi: qrant islahatının yeni modeli - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16
“Məni efirə çıxarmaq üçün 800 manat istəyən veriliş bağlandı” – “Yeni ulduz”un Habili
Bu gün, 16:14
Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib - Azərbaycanın FMCG sektorunda ilk
Bu gün, 16:10
Metronun “28 May” stansiyasından qeyri-müəyyənliyə: yeni dövr başlayır - “Yaşıl” və “Qırmızı xətt”lər arasında
Bu gün, 16:06
Bakı-Tehran münasibətlərində yeni səhifə açılırmı? - ŞƏRH
Bu gün, 16:02
Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər? – AÇIQLAMA
Bu gün, 16:00
Marketə iki dəfə girib oğurluq və soyğunçuluq edən şəxsin cəzası azaldıldı
Bu gün, 15:58
"Yeni ulduz" geri qayıdır: Necə keçiriləcək? - Mübariz Tağıyevdən açıqlama
Bu gün, 15:56
Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU - Şok FAKTLAR
Bu gün, 15:53
İran səfirinin addımı müzakirə doğurdu – Politoloq məsələyə münasibət bildirdi
Bu gün, 15:49
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib - ARAŞDIRMA
Bu gün, 15:24
Mübariz Əhmədoğlu Fazil Mustafaya sərt cavab verdi - Mübahisə qızışdı
Bu gün, 15:21
Polşa yaxın günlərdə Ukraynaya “Patriot” raketləri verəcək
Bu gün, 15:17
Niderland şirkəti Bakıdakı fəaliyyətini dayandırdı
Bu gün, 15:15
İran səfirinin sərgi macəraları: - “Artsax” pavilyonunda göy qutabı
Bu gün, 15:13
“Azsığorta” zərərlə işləməyə başlayıb
Bu gün, 15:11
Peşə məktəbi pelet sobalar üçün 51,5 min manatlıq material alır - DETALLAR
Bu gün, 15:09
İcra hakimiyyəti prospektin 500 metrlik hissəsini 138 min manata abadlaşdırmaq istəyir
Bu gün, 14:43
Nazir Musa Paşayevə yüksək vəzifə verdi - ƏMR
Bu gün, 14:40
Generalın qızı ilə bağlı iddia -Natiq Əliyev kimdir?
Bu gün, 14:35
Xəstəxanalardakı uzman həkimlər KİMLƏRDİR?
Bu gün, 13:08
Dünya sülhünə ən böyük təhdid hesab edilən ölkələr – 7 ölkədə sorğu
Bu gün, 13:01
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib - "Yaxın vaxtlarda..."
Bu gün, 12:59
Ramiz Mehdiyevin kürəkəninin iddiası təmin edilmədi - Ali Məhkəmə NÖQTƏNI qoydu
Bu gün, 12:56
Açıq ürək əməliyyatı olunan Aqil Məlikov evə buraxıldı - "Evimdəyəm, ocağımdayam..."
Bu gün, 12:53
Orxan Rəhimov direktor təyin edildi - ƏMR
Bu gün, 12:44
Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər - Paşinyandan AÇIQLAMA
Bu gün, 12:40
Ermənistanda hərbçinin güllələnmiş meyiti tapıldı
Bu gün, 12:32
“Dinamo” göylə gedir, “Qarabağ” isə yerini göstərməyə hazırlaşır - Bakıdakı böyük savaş
Bu gün, 12:27
Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib - Ermənistan mediası
Bu gün, 12:20
Sabiq deputatın dövlətə 1 milyondan çox borcu var - DETALLAR
Bu gün, 12:18
Rusiyada doğum səviyyəsinə görə lider region açıqlandı - KİV
Bu gün, 12:12
Ermənistan Aİ-yə kənd təsərrüfatı ixracatçılarına 14 milyon dollardan çox subsidiya ödəyəcək
Bu gün, 12:01
Kadırov Putini belə aldadır: Çeçenləri müharibəyə göndərmir - TƏFƏRRÜAT
Bu gün, 11:58
Ermənistanda Paşinyanın yeni hökuməti işə başlayıb
Bu gün, 11:56
Bakı son dərəcə güclü bir siqnal göndərməlidir: - Azərbaycan vətəndaşları xarici sərgüzəştlər üçün sərf olunan material deyil
Bu gün, 11:50
Hirkan Milli Parkında ANA TƏBİƏTƏ QƏNİM KƏSİLİBLƏR... - VİDEO
Bu gün, 11:45
“Bacıma söyürdü” – Yeznəsini bıçaqlayan kişinin MƏHKƏMƏSİ
Bu gün, 11:38
Dilqəm Əsgərov oğlu ilə dalaşdı - VİDEO
Bu gün, 11:36
“Bakı Ermənistanı Finlandiyaya çevirir” isterikası başladı - NƏ BAŞ VERİR?
Bu gün, 11:27
Heç nə ADSEA-nın umrunda deyil... - Tam ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:26
Naxçıvanda çörəyə də HARAM QATIRLAR... - NARAZILIQ VAR...
Bu gün, 11:09
Qaynını oğlunun gözü qarşısında xüsusi amansızlıqla öldürən şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 10:59
Dövlət Məşğulluq Agentliyi auditor seçir
Bu gün, 10:50
Amaliya Pənahovanın qılıncı satışa çıxarılıb – FOTO
Bu gün, 10:48
Toyda başlayan mübahisə faciə ilə nəticələndi: 2 qardaş həmkəndlisini döyərək öldürdü - TƏFƏRRÜAT
Bu gün, 10:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru