Supermarketdən şampun və dezodorant oğurlayan şəxs həbs olunub.
Qaynarinfo-nun məlumatına görə, 1995-ci ildə Dəvəçi rayonunda anadan olmuş P.R. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs Nərimanov rayonunda yerləşən supermarketdən 200 manat dəyərində şampun və dezodorant götürüb, ödəniş etmədən obyekti tərk gedib.
Əməlindən peşman olduğunu deyən P.R. bir daha bu hərəkəti təkrarlamayacağını bildirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edib.
Məhkəmənin hökmü ilə o, 1 ay 20 gün müddətinə həbs olunub.









