Gürcüstan Rusiya ilə sərhəddə fəaliyyət göstərən “Kazbegi – Yuxarı Lars” keçid məntəqəsinin fəaliyyətini dayandırıb.
Modern.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, buna keçid məntəqəsinin yerləşdiyi Devdoraki dərəsində suyun səviyyəsinin yüksəlməsi səbəb olub.
Təhlükəsizlik məqsədilə keçid məntəqəsində olan polis əməkdaşları, sərhəd xidməti əməkdaşları və özəl şirkətlərin nümayəndələri təxliyə edilib.
Bundan başqa, sərhədə yaxın ərazidə yerləşən Qveleti kəndi istiqamətində avtomobillərin hərəkətinə də məhdudiyyət qoyulub.
Hazırda ərazidə vəziyyətin təhlükəsizlik baxımından qiymətləndirildiyi bildirilir.
Xatırladaq ki, Ermənistan Rusiya ilə yerüstü əlaqələri məhz "Yuxarı Lars" keçid məntəqəsi vasitəsilə saxlayır.









