Rusiyanın Ermənistanla yerüstü əlaqəsi kəsildi .....                     Ət bazarında xəstəlik təlaşı: .....                     Bu şadlıq sarayı müsadirə olunaraq hərraca çıxarıldı .....                     Naxçıvan Regional DOST Mərkəzinə direktor təyin edildi .....                     “Bank VTB Azərbaycan”la bağlı nə baş verir? .....                     Azərbaycanda ŞOK OLAY: Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu .....                     “Məkkə sazişi” və Azərbaycan: Bakı yeni bloka qoşulmalıdırmı? .....                     “Ermənistan Azərbaycanın arzusunu yerinə yetirməklə məşğuldur”  .....                     İsrailə minlərlə ton hərbi texnika gətirildi .....                     “Avroviziya”-da qaydalar dəyişdi: .....                     258 milyon manatlıq Naxçıvan planı: Blokadadan regional mərkəzə .....                     Deputat QHT-si getdi, məmur QHT-si gəldi: qrant islahatının yeni modeli .....                     “Məni efirə çıxarmaq üçün 800 manat istəyən veriliş bağlandı” .....                     Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib .....                     Metronun “28 May” stansiyasından qeyri-müəyyənliyə: yeni dövr başlayır .....                     Bakı-Tehran münasibətlərində yeni səhifə açılırmı? .....                     Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər? .....                     Marketə iki dəfə girib oğurluq və soyğunçuluq edən şəxsin cəzası azaldıldı .....                     "Yeni ulduz" geri qayıdır: Necə keçiriləcək? .....                     Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU .....                     İran səfirinin addımı müzakirə doğurdu .....                     “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib .....                     Mübariz Əhmədoğlu Fazil Mustafaya sərt cavab verdi .....                     Polşa yaxın günlərdə Ukraynaya “Patriot” raketləri verəcək .....                     Niderland şirkəti Bakıdakı fəaliyyətini dayandırdı .....                     İran səfirinin sərgi macəraları: .....                     “Azsığorta” zərərlə işləməyə başlayıb .....                     Peşə məktəbi pelet sobalar üçün 51,5 min manatlıq material alır .....                     İcra hakimiyyəti prospektin 500 metrlik hissəsini 138 min manata abadlaşdırmaq istəyir .....                     Nazir Musa Paşayevə yüksək vəzifə verdi .....                     Generalın qızı ilə bağlı iddia .....                     Xəstəxanalardakı uzman həkimlər .....                     Dünya sülhünə ən böyük təhdid hesab edilən ölkələr .....                     Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib .....                     Ramiz Mehdiyevin kürəkəninin iddiası təmin edilmədi .....                     Açıq ürək əməliyyatı olunan Aqil Məlikov evə buraxıldı .....                     Orxan Rəhimov direktor təyin edildi .....                     Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər .....                     Ermənistanda hərbçinin güllələnmiş meyiti tapıldı .....                     “Dinamo” göylə gedir, “Qarabağ” isə yerini göstərməyə hazırlaşır .....                 

Deputat QHT-si getdi, məmur QHT-si gəldi: qrant islahatının yeni modeli - BU NƏDİ BELƏ?..
Tarix: Bu gün, 16:16 | Çap et

Görünür Azərbaycan QHT sektorunda islahatların da özünəməxsus “Azərbaycan modeli” formalaşıb.

Əvvəllər qrantların deputatların, onların ailə üzvlərinin və yaxın çevrəsinin QHT-lərinə verilməsi barədə məlumatlar səslənirdi. İndi isə mənzərənin dəyişdiyi görünür: deputat QHT-lərinin yerini müxtəlif dövlət qurumlarında çalışan məmurların ailə üzvləri ilə əlaqələndirilən QHT-lər tutur.

Yəni sistem dəyişib

Amma qrantın istiqaməti dəyişməyib: yenə də vətəndaşa yox, bəlli elitayaa yaxın çevrəyə.

Sadəcə “benefisiarların” adı yenilənib.

Bir vaxtlar deputatın QHT-si vardı, indi isə məmurun həyat yoldaşının QHT-si var. Sabah yəqin ki, məmurun baldızının, xalasının, dayısının, qonşusunun QHT-si də “vətəndaş cəmiyyəti”nin xilaskarları sırasına daxil olacaq.

Əsas odur ki, layihənin adı ciddi səslənsin.

Məsələn, “ictimai iştirakçılığın gücləndirilməsi”, “sosial dayanıqlılığın artırılması”, “vətəndaş cəmiyyətinin inkişafı”...

Adı nə qədər möhtəşəm olsa, qrant da bir o qədər “ictimai” görünər.

Amma ortada çox sadə bir sual var:

Niyə dövlət məmurunun ailə üzvünün QHT-si dövlət qrantı almaq üçün digər yüzlərlə QHT-dən daha üstün olmalıdır?

Əlbəttə, məmurun həyat yoldaşı, anası, övladı və ya digər ailə üzvü QHT yarada bilər. Qanun buna imkan verirsə, buna etiraz etmək olmaz.

Problem başqa yerdədir. Problem dövlət vəsaitinin bölüşdürülməsində maraq toqquşmasının olub-olmamasıdır.

Çünki burada söhbət hansısa şəxsin cibindən çıxan puldan getmir. Söhbət büdcə vəsaitindən gedir. Yəni vətəndaşın ödədiyi vergidən.

Şəffaflıq “biz şəffafıq” demək deyil.

Şəffaflıq elə bir sistem qurmaqdır ki, heç kəsin “bunlara niyə qrant verdiniz?” sualını verməyə ehtiyacı qalmasın.

İndi isə vəziyyət tam əksinədir.

Sosial mediada və açıq mənbələrdə müxtəlif yüksək vəzifəli şəxslərin ailə üzvləri ilə əlaqələndirilən QHT-lərin dövlət qrantları aldığı barədə məlumatlar geniş yayılıb. Bu istiqamətdə "Yenixeberorg.com"-a da məlumatlar ötürülməkdədir...Məsələn: Prezidentin köməkçisi Şahmar Mövsümvun anasının, Prezidentin Mətbuat Xidmətinin rəhbəri olmuş Azər Qasımovun həyat yoldaşının və digərlərinin rəhbərlik etdiyi QHT-lər.
Sıravi QHT-lər illərlə ayaqda qalmaq üçün sponsor axtarır, layihə yazır, hesabat hazırlayır, müxtəlif müsabiqələrə müraciət edir. Bəziləri bir neçə min manatlıq layihəyə belə həsrətlə baxır.

Amma məmur ailəsi ilə əlaqələndirilən QHT 2 ay öncə qeydiyyatdan keçib, dərhal QHT-lərə Dövlət Dəstəyi Agentliyindən qrant alır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2026-cı il üzrə qrant müsabiqəsində Prezident Administrasiyasında çalışan məmurların ailə üzvlərinə məxsus QHT-lərin qrant alması halları az deyil. (Qarşıdakı günlərdə həmin layihələr barədə ətraflı məlumat verəcəyik. Red.)

Amma bizi düşündürən sual odur ki, dövlət büdcəsinə nəzarət edən qurumlar və şəxslər insanların sosial problemlərini həll etmək əvəzinə, uşağını xarici universitetdə oxutduran məmura kömək etmək üçün məmur QHT-lərinə böyük vəsaitlərin ayrılmasına necə göz yumur? QHT-lərə Dövlət Dəstəyi Agentliyi hansı şəffaflıqdan danışır? Hansı islahatdan danışır?

QHT sektorunun əsas məqsədi nədir? Vətəndaşa xidmət.

Əgər vətəndaş cəmiyyətinə ayrılan dövlət vəsaiti getdikcə dövlət aparatında çalışan şəxslərin ailə çevrəsinə yaxınlaşırsa, burada çox ciddi paradoks yaranır.

Adı vətəndaş cəmiyyətidir. Amma qrantın ünvanı məmur ailəsidir.

Buna nə deyək?

Məmur cəmiyyəti?

Bəlkə “ailəvi vətəndaş cəmiyyəti”?

Yaxud daha müasir variant:

“Qohumluq əsaslı QHT sektoru”?

Satira bir yana. Məsələ ciddidir. Çünki QHT sektoru dövlətin köməkçi strukturu deyil.

QHT-lər cəmiyyətin problemlərini dövlətin diqqətinə çatdırmalı, vətəndaşların hüquqlarını müdafiə etməli, sosial boşluqları doldurmalıdır.

Əgər qrant sistemi “kimin kimə yaxın olduğu” barədə suallar doğurursa, bu, yalnız bir neçə təşkilatın problemi deyil.

Bu, bütün sektorun nüfuzuna zərbədir.

Yenixeberorg.com









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın Ermənistanla yerüstü əlaqəsi kəsildi
Bu gün, 17:51
Ət bazarında xəstəlik təlaşı: - UCUZLAŞACAQ?
Bu gün, 17:48
Bu şadlıq sarayı müsadirə olunaraq hərraca çıxarıldı – Fotolar
Bu gün, 17:41
Naxçıvan Regional DOST Mərkəzinə direktor təyin edildi - ƏMR
Bu gün, 17:39
“Bank VTB Azərbaycan”la bağlı nə baş verir? - Nizamnamə kapitalını 221 milyon azaldır
Bu gün, 17:34
Azərbaycanda ŞOK OLAY: Qohumlarının aldığı arvaddan imtina etdi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Bu gün, 17:31
“Məkkə sazişi” və Azərbaycan: Bakı yeni bloka qoşulmalıdırmı? - AKTUAL
Bu gün, 17:24
“Ermənistan Azərbaycanın arzusunu yerinə yetirməklə məşğuldur”  - Tatevin Hayrapetyan
Bu gün, 16:36
İsrailə minlərlə ton hərbi texnika gətirildi
Bu gün, 16:33
“Avroviziya”-da qaydalar dəyişdi: - Bu ölkələrə QADAĞA
Bu gün, 16:27
258 milyon manatlıq Naxçıvan planı: Blokadadan regional mərkəzə - RƏY
Bu gün, 16:24
Deputat QHT-si getdi, məmur QHT-si gəldi: qrant islahatının yeni modeli - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16
“Məni efirə çıxarmaq üçün 800 manat istəyən veriliş bağlandı” – “Yeni ulduz”un Habili
Bu gün, 16:14
Veysəloğlu Şirkətlər Qrupu BMT Qlobal Sazişinin üzvü olaraq CoP hesabatını təqdim edib - Azərbaycanın FMCG sektorunda ilk
Bu gün, 16:10
Metronun “28 May” stansiyasından qeyri-müəyyənliyə: yeni dövr başlayır - “Yaşıl” və “Qırmızı xətt”lər arasında
Bu gün, 16:06
Bakı-Tehran münasibətlərində yeni səhifə açılırmı? - ŞƏRH
Bu gün, 16:02
Ermənistandan Azərbaycana hansı məhsullar gətirilə bilər? – AÇIQLAMA
Bu gün, 16:00
Marketə iki dəfə girib oğurluq və soyğunçuluq edən şəxsin cəzası azaldıldı
Bu gün, 15:58
"Yeni ulduz" geri qayıdır: Necə keçiriləcək? - Mübariz Tağıyevdən açıqlama
Bu gün, 15:56
Həmkarlar İttifaqında Sahib Məmmədov GESTAPOSU - Şok FAKTLAR
Bu gün, 15:53
İran səfirinin addımı müzakirə doğurdu – Politoloq məsələyə münasibət bildirdi
Bu gün, 15:49
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC eyni şirkətə 8-ci dəfə tender verib - ARAŞDIRMA
Bu gün, 15:24
Mübariz Əhmədoğlu Fazil Mustafaya sərt cavab verdi - Mübahisə qızışdı
Bu gün, 15:21
Polşa yaxın günlərdə Ukraynaya “Patriot” raketləri verəcək
Bu gün, 15:17
Niderland şirkəti Bakıdakı fəaliyyətini dayandırdı
Bu gün, 15:15
İran səfirinin sərgi macəraları: - “Artsax” pavilyonunda göy qutabı
Bu gün, 15:13
“Azsığorta” zərərlə işləməyə başlayıb
Bu gün, 15:11
Peşə məktəbi pelet sobalar üçün 51,5 min manatlıq material alır - DETALLAR
Bu gün, 15:09
İcra hakimiyyəti prospektin 500 metrlik hissəsini 138 min manata abadlaşdırmaq istəyir
Bu gün, 14:43
Nazir Musa Paşayevə yüksək vəzifə verdi - ƏMR
Bu gün, 14:40
Generalın qızı ilə bağlı iddia -Natiq Əliyev kimdir?
Bu gün, 14:35
Xəstəxanalardakı uzman həkimlər KİMLƏRDİR?
Bu gün, 13:08
Dünya sülhünə ən böyük təhdid hesab edilən ölkələr – 7 ölkədə sorğu
Bu gün, 13:01
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib - "Yaxın vaxtlarda..."
Bu gün, 12:59
Ramiz Mehdiyevin kürəkəninin iddiası təmin edilmədi - Ali Məhkəmə NÖQTƏNI qoydu
Bu gün, 12:56
Açıq ürək əməliyyatı olunan Aqil Məlikov evə buraxıldı - "Evimdəyəm, ocağımdayam..."
Bu gün, 12:53
Orxan Rəhimov direktor təyin edildi - ƏMR
Bu gün, 12:44
Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər - Paşinyandan AÇIQLAMA
Bu gün, 12:40
Ermənistanda hərbçinin güllələnmiş meyiti tapıldı
Bu gün, 12:32
“Dinamo” göylə gedir, “Qarabağ” isə yerini göstərməyə hazırlaşır - Bakıdakı böyük savaş
Bu gün, 12:27
Paşinyan Alen Simonyanı Təhlükəsizlik Şurasının katibi təyin edib - Ermənistan mediası
Bu gün, 12:20
Sabiq deputatın dövlətə 1 milyondan çox borcu var - DETALLAR
Bu gün, 12:18
Rusiyada doğum səviyyəsinə görə lider region açıqlandı - KİV
Bu gün, 12:12
Ermənistan Aİ-yə kənd təsərrüfatı ixracatçılarına 14 milyon dollardan çox subsidiya ödəyəcək
Bu gün, 12:01
Kadırov Putini belə aldadır: Çeçenləri müharibəyə göndərmir - TƏFƏRRÜAT
Bu gün, 11:58
Ermənistanda Paşinyanın yeni hökuməti işə başlayıb
Bu gün, 11:56
Bakı son dərəcə güclü bir siqnal göndərməlidir: - Azərbaycan vətəndaşları xarici sərgüzəştlər üçün sərf olunan material deyil
Bu gün, 11:50
Hirkan Milli Parkında ANA TƏBİƏTƏ QƏNİM KƏSİLİBLƏR... - VİDEO
Bu gün, 11:45
“Bacıma söyürdü” – Yeznəsini bıçaqlayan kişinin MƏHKƏMƏSİ
Bu gün, 11:38
Dilqəm Əsgərov oğlu ilə dalaşdı - VİDEO
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru