Keçən günlərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyi rəhbəri Tural Əhmədovun ölkə qanunlarınını ayaqlar altına alaraq büdcə pullarını tender keçirmədən belə sərf etməsini sübutlayan faktları təqdim etmişdik.
YAZISI BURADA: Özünə hörmət qoyan məmur BÜDCƏYƏ DARAŞMIR... - HƏQİQƏTƏN DƏ...
"DİA-AZ" bildirir ki, indi isə aydın olur ki, Tural Əhmədov təhsil sistemində tender qanunlarını pozan yeganə səlahiyyətli deyil və deyəsən, TN sistemində bu məsələ artıq ənənə halını almaqdadır.
Aydın olur ki, “Təhsilin İnkişafı Fondu” publik hüquqi şəxsi ali təhsil müəssisələri üçün “Microsoft” lisenziyalarının alınması üçün 251 835 AZN sərf edəcək. "DİA-AZ"ın xəbərinə görə, Fond bu işi “Azedunet” MMC-yə verib.
Tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
Qeyd edək ki, nizamnamə kapitalı 6 340 000 AZN olan şirkətin qanuni təmsilçisi Natiq Rza oğlu Yəhyayevdir.
Hər halda, gərəkən qurumlar bu faktları aidiyyatı üzrə dəyərləndirib hüquqi qiymət verəcək... NƏHAYƏTDƏ...








