"Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" .....                     Azərbaycanda da süni intellekt fermerin yerinə qərar verəcək .....                     “Mabel Matiz atamın mahnısını anonim oxuyub, bu artıq oğurluq sayılır” .....                     Gümrüdəki 102-ci bazanın taleyi: .....                     Dövlət müəssisələrinin 1 milyon manatdan artıq pulunu mənimsəyən şəxslərdən .....                     “Mərcan” brendinin məxsus olduğu şirkətdə .....                     İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin QALMAQALLI İŞLƏRİ .....                     Zaxarovadan Merzə sərt ittiham: .....                     Gəncə Avtomobil Zavodunun rəhbərliyində yeni təyinat .....                     SOCAR-da YENİ KADR TƏYİNATI .....                     Mühacir jurnalistə ağır itki .....                     Abşeronda Su Təsərrüfatı: AİLƏ PODRATI... VƏ... .....                     “Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı .....                     Azərbaycan polisi Amerika qitəsində böyük əməliyyatlara başlayır .....                     Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb .....                     Bura səhiyyə ocağıdır, YOXSA?.. .....                     Azərbaycanlı dənizçi ittihamları RƏDD ETDİ: Finlandiyada kabel QALMAQALI .....                     Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... .....                     Yağış sahibkarın nə qədər pulunu “yuyub”? .....                     Bağçaya növbəyə yazılma prosesinə başlanılır .....                     NDU-dan məzun olan türkiyəlilərə ölkələrində ETİMAD GÖSTƏRİLMİR .....                     Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib .....                     Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər .....                     “Ağrılardan bezmişəm, gecələr yata bilmirəm, səhnə üçün darıxsam da...” .....                     Kirayə qaldığı evdə otaq yoldaşına 16 bıçaq zərbəsi endirdi .....                     Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil .....                     "Paşinyan qorxduğu üçün..." .....                     Qriqoryan Rusiyaya səfir getməkdən imtina etdi .....                     Anar Bayramov direktor müavinini işdən çıxardı .....                     “Suraxanı Avtomotoservis” şirkətinin ötən il gəlirləri azalıb .....                     Gömrük Komitəsi Füzuli Cabbarovun “Fin-Plast" şirkətini cərimələdi .....                     Bağban olub, qəzet paylayıb .....                     Azərbaycanda buğda bahalaşacaq? .....                     Azərbaycan neftinin qiyməti 108 dolları ötüb .....                     Paşinyanın Orta Asiya ölkələrini TRİPP-ə cəlb etməkdə məqsədi nədir? .....                     Paşinyan Fransaya səfərə yola düşüb .....                     Tramp 9-10 sentyabr tarixlərində Respublikaçıların qurultayında çıxış edəcək .....                     Putin kifayət qədər güzəştə gedə bilər .....                     Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! .....                     Müğənni kiçik oğlunu xaricə yolladı .....                 

Sosial Xidmətlər Agentliyinə Ağdaşda mənzillər satan “Hünər-İnşaat” Firması əslində kimə məxsusdu?! -İLGİNC FAKTLAR
Tarix: 27-10-2025, 10:45 | Çap et

Sosial Xidmətlər Agentliyi tərəfindən əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Ağdaş rayonunda 20 ədəd ikiotaqlı, 27 ədəd üçotaqlı mənzilin satın alınması üzrə keçirilən açıq tender prosedurunda “HÜNƏR-İNŞAAT” FİRMASI (1500271551) qalib elan edilmiş və qeyd edilən şirkət ilə 3.186.650,00 AZN məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Məlumat satınalmalarım portalında 24.10.2025-ci ildə dərc edilib.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “Hünər-İnşaat” Firması “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində 2, 3 , 4 , 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi üzrə keçirilmiş satınalmanın qalibi olub 01.05.2024-cü ildə 30.822.705,46 manat dəyərində müqavilə bağlanılıb.

Sözügedən firma 28.08.2019-cu ildən 27.12.2023-cü ilə qədər Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) Məhdud Məsuliyyətli Cəmiyyətinin keçirdiyi 9 açıq tenderin qalibi olub və ümumi dəyəri 112 212 289 manat dəyərində müqavilələr bağayıb.

Bəz son illər dövlət qurumlarından yüz milyonlarla manat sifariş alan firma barədə açıq mənbələrdə nə kimi məlumatlar var?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “HÜNƏR-İNŞAAT” (VÖEN: (1500271551) Firmasının 12.12.2004-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10.00 manat olan firmanın hüquqi ünvanının, BAKI ŞƏHƏRİ,NƏRİMANOV r, İSMAYIL HİDAYƏTZADƏ, ev.7A, m.136, MƏH.1911, qanuni təmsilçisi kimi isə Nəbiyev Yunis Nəbi oğlu qeyd olunub.

Vergi öhdəlikləri üzrə 2009-2024-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

Mediada yer alan məlumatlara görə Yunis Nəbiyev həm də “6-CI MƏRTƏBƏ” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və ilk qanuni təmsilçisidir.

Qeyd edək ki, 13 İyul 2023-cü ildə yayılan məlumata görə, Bakı Kommersiya Məhkəməsində “Mecc” MMC-nin “6-cı mərtəbə” müstəqil şirkətinə qarşı iddia üzrə məhkəmə iclası keçirilib.Hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib. “Mecc” MMC “6-cı mərtəbə” müstəqil şirkətini məhkəməyə verərək podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

Həmin vaxt mətbuatda yayılan məlumatlarda bildirilir ki, “6-cı mərtəbə” müstəqil şirkəti “Şərq Bazarı”nın yenidən qurulmasında əsas şirkətlərdən olub, bazarın bərpasında iştirak etmiş subpodratçı şirkətlər – “MV Group” MMC, “MECC” MMC və “İdea Yapı” MMC “6-cı Mərtəbə”dən şikayətçidirlər, çünki müqavilə öhdəlikləri yerinə yetirilməyib, pulları ödənilməyib.

“MECC” MMC “6-ci mərtəbə” şirkətinin ona borclu olduğunu iddia edib. Şirkətin direktor köməkçisi Salman Salmanzadə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, “6-cı mərtəbə” MMC-nin onlara 1 milyon 400 min manatdan artıq borcu var. Salman Salmanzadənin sözlərinə görə, dəfələrlər “6-cı mərtəbə”nin rəhbərliyinə müraciət edilsə də, nəticəsi olmayıb. “Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurma işlərində subpodratçı olan “MV Group” MMC və “İdea Yapı” MMC də “6-cı mərtəbə” MMC-nin onlara borclu olduğunu bildirir. Həmin vaxt məhkəmənin “6-cı mərtəbə” MMC-yə nə kimi qərar çıxarması barədə məlumat tapa bilmədik.

Qeyd edək ki, “6-cı mərtəbə” MMC 9 may 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. MMC-nin qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğludur. Şirkətin prezidenti isə Atəş Təhməzovdur. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır.

Göründüyü kimi “HÜNƏR-İNŞAAT” Firmasının qanuni təmsilçisi Nəbiyev Yunis Nəbi oğlu həm də “6-CI MƏRTƏBƏ” MMC-nin qanuni təmsilçisi olub. Hazırda “6-CI MƏRTƏBƏ” MMC-nin qanui təmsilçisi Təhməzov Atəş İlahi oğludur.

Göründüyü kimi Sosial Xidmətlər Agentliyi Ağdaş rayonunda 20 ədəd ikiotaqlı, 27 ədəd üçotaqlı mənzillərin satın alınmasını Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə yaxınlığı ilə tanın bir şirkətə həvale etmişdir. Hansı ki, bu şirkət haqqında mediada çoxsaylı şikayətlərə rast gəlmək mümkündür. Elə bu ilin aprelində yayılan məlumatlarda vətəndaş Ramil Əliquliyevin iddiasına görə, iş zamanı xəsarət almış, hadisə ilə bağlı aparılan araşdırmalar nəticəsində Ekspertiza və Dövlət Əmək Müfəttişliyi qəzanın baş verməsində şirkət və rəhbərliyin məsuliyyət daşıdığını ortaya qoyub. Lakin buna baxmayaraq, nə təzminat ödənilib, nə də hər hansı şəxs hüquqi məsuliyyətə cəlb olunub. Bu də çox güman ki, firmanın arxasının güclü şəxslərə bağlı olduğundan irəli gəlir.

Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə yaradılıb. Qurum sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentliyin İdarə Heyətinin sədri Vüqar Şəfa oğlu Behbudovdur. Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin kadrı və ən yaxınlarından biri hesab edilir.

Aktualinfo.net









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" - Əməkdar artist
Bu gün, 12:23
Azərbaycanda da süni intellekt fermerin yerinə qərar verəcək - EKSPERTDƏN IZAH
Bu gün, 12:22
“Mabel Matiz atamın mahnısını anonim oxuyub, bu artıq oğurluq sayılır” - Habil Əliyevin qızından AÇIQLAMA
Bu gün, 12:17
Gümrüdəki 102-ci bazanın taleyi: - həll olunmamış tənlik
Bu gün, 12:14
Dövlət müəssisələrinin 1 milyon manatdan artıq pulunu mənimsəyən şəxslərdən XƏBƏR VAR
Bu gün, 12:10
“Mərcan” brendinin məxsus olduğu şirkətdə YENİ BİRLƏŞMƏ
Bu gün, 12:08
İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin QALMAQALLI İŞLƏRİ - TƏFƏRRÜAT
Bu gün, 12:01
Zaxarovadan Merzə sərt ittiham: - Kölədir...
Bu gün, 11:58
Gəncə Avtomobil Zavodunun rəhbərliyində yeni təyinat - ƏMR
Bu gün, 11:46
SOCAR-da YENİ KADR TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 11:44
Mühacir jurnalistə ağır itki
Bu gün, 11:42
Abşeronda Su Təsərrüfatı: AİLƏ PODRATI... VƏ... - Burda su yerinə SUALLAR AXIR...
Bu gün, 11:35
“Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı – 10,4 milyonluq SİYAHI
Bu gün, 11:26
Azərbaycan polisi Amerika qitəsində böyük əməliyyatlara başlayır - Narkotrafik və kiberşəbəkələrə qarşı QLOBAL İTTİFAQ
Bu gün, 11:21
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb
Bu gün, 11:17
Bura səhiyyə ocağıdır, YOXSA?.. - İTTİHAM VAR...
Bu gün, 11:11
Azərbaycanlı dənizçi ittihamları RƏDD ETDİ: Finlandiyada kabel QALMAQALI - TƏFƏRRÜAT
Bu gün, 11:03
Leyla Əhmədova xaricdə deyil, 1 aydır həbsdə imiş... - Detallar
Bu gün, 10:46
Yağış sahibkarın nə qədər pulunu “yuyub”? - ARAŞDIRMA
Bu gün, 10:43
Bağçaya növbəyə yazılma prosesinə başlanılır - DİQQƏT
Bu gün, 10:39
NDU-dan məzun olan türkiyəlilərə ölkələrində ETİMAD GÖSTƏRİLMİR - “Naxçıvanda diplomu rüşvətlə almısan”
Bu gün, 10:37
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 10:29
Artan ixtisarlar, azalan maaş və premyalar, yoxa çıxan təminat, haqsızlıqda boğulan işçilər - NARAZILIQ VAR...
Bu gün, 10:26
“Ağrılardan bezmişəm, gecələr yata bilmirəm, səhnə üçün darıxsam da...” - Əməkdar artistdən kövrək AÇIQLAMA
Bu gün, 10:11
Kirayə qaldığı evdə otaq yoldaşına 16 bıçaq zərbəsi endirdi – MƏHKƏMƏ
Bu gün, 10:08
Məhərrəm Novruzovun adı keçən cinayət işləri: Şəkidəki ilk deyil - DETALLAR
Bu gün, 10:06
"Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama
Bu gün, 10:01
Qriqoryan Rusiyaya səfir getməkdən imtina etdi - “Joqovurd”
Bu gün, 09:58
Anar Bayramov direktor müavinini işdən çıxardı - ƏMR
Bu gün, 09:55
“Suraxanı Avtomotoservis” şirkətinin ötən il gəlirləri azalıb
Bu gün, 09:54
Gömrük Komitəsi Füzuli Cabbarovun “Fin-Plast" şirkətini cərimələdi - TƏFƏRRÜAT
Bu gün, 09:50
Bağban olub, qəzet paylayıb - “Sabah”ın məşqçisinin inanılmaz həyat hekayəsi
Bu gün, 09:44
Azərbaycanda buğda bahalaşacaq? - Rusiyanın yeni rüsum oyunu
Bu gün, 09:35
Azərbaycan neftinin qiyməti 108 dolları ötüb
Bu gün, 09:32
Paşinyanın Orta Asiya ölkələrini TRİPP-ə cəlb etməkdə məqsədi nədir? - İNCƏLƏMƏ
Bu gün, 09:31
Paşinyan Fransaya səfərə yola düşüb
Bu gün, 09:26
Tramp 9-10 sentyabr tarixlərində Respublikaçıların qurultayında çıxış edəcək
Bu gün, 08:59
Putin kifayət qədər güzəştə gedə bilər
Bu gün, 08:30
Yeni direktorlar gəlir, gedir, amma ONA toxuna bilmir! — Şirvanda nələr baş verir?
Bu gün, 08:28
Müğənni kiçik oğlunu xaricə yolladı
Bu gün, 08:20
Minlərlə rus 5 ölkəyə “hücum edəcək”: Tarix verildi, siyahıda Azərbaycan da var - NƏ BAŞ VERİR?
Bu gün, 08:16
“Brent” neftinin qiyməti 100 dollara yaxınlaşıb
Bu gün, 08:14
ADSEA-da rəhbər şəxsdən Mikayılova şikayət olundu - MÜRACİƏT
Bu gün, 07:51
Sentyabrın 15-i bu şəxslərə icazə verilə bilər – 3 SAATLIQ
Bu gün, 07:35
“Artıq yaşanılmayacaq vəziyyətə gəlib çıxıb” - NARAZILIQ VAR...
Bu gün, 07:32
Şəkidə iki nəfərin öldüyü mərkəz bu məşhur iş adamındır - belə deyirlər...
Bu gün, 07:27
Nazirliyin addımı: ət ucuzlaşacaq? - AKTUAL
Bu gün, 07:05
TRIPP, yoxsa “Araz dəhlizi”: Bakı və Ankara hansı marşrutu gözləyir? - GƏLİŞMƏ
Bu gün, 07:03
"ABŞERON KƏRPİC İSTEHSALI" MMC-nin 150 min manatdan çox vergi borcu var - FOTO
Bu gün, 06:59
ABŞ-də Trampa qarşı mümkün sui-qəsdlə bağlı istintaq fəallaşıb - "Associated Press"
Bu gün, 06:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru