Bakı şəhər İcra Hakimiyyətinin Nəzarət və Təftiş şöbəsinin müdiri Zülfəli İsmayılovun Bakıda söküntü işlərinə rəhbərlik etməsi sanki Əzrayılın bala paylaması misalına dönmüş kimi oldu. Sanki bu adama TARİXİ BAKINI YER ÜZÜNDƏN SİL tapşırığı verilibmiş və Zülfəli İsmayılov da bu gün tapşırığa cani-dildən əməl etməkdədir.
"DİA-AZ" bildirir ki, Zülfəli İsmayılov təkcə tarixi binaları yerlə-yeksan etməsi ilə deyil, həm də evləri plana düşən vətəndaşlara qarşı amansız rəftarı ilə də diqqətə gəlməkdədir. Hətta bu barədə haray çəkən sakinlərdən biri sosial şəbəkədə "BAKIYA BİR CİMİ LAZIMDIR" deyərək hind filmi qəhrəmanının necə ki vətəndaşların evlərini qanunsuz sökənlərə qarşı mübarizə apardığını xatırladaraq, hansısa şərti "CİMİ"nin də Bakı sakinlərinə kömək edəcəklərinə işarə edərək haray çəkmiş oldu.
Bu dəfə də Zülfəli İsmayılov gündəmdədir. Aşağıdakı fotoları təqdim edən vətəndaş yazır:
"Təzəpir məscidi ətrafındakı bu evlərin fasadları, eyvanları təmir edilmişdi, amma onları da sökürlər..."
Bəli, dəyərli oxucular... by dəfə Zülfəli İsmayılov TƏMİR OLUNARAQ BƏRPA EDİLMİŞ, TƏMİRİNƏ-BƏRPASINA MİLYONLAR XƏRCLƏNMİŞ TARİXİ BUNALARI sökməklə məşğuldur.
BU NƏDİ BELƏ? BUNA NƏZARƏT EDƏN VARMI?
Hər halda, aidiyyatı qurumlar bu məsələyə layiqli qiymət verməlidir.