Toy olmayacaq .....                     Çindəki böhran Azərbaycanı da "vurdu"? .....                     Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil .....                     Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” .....                     Bakı və İrəvan arasında müharibə “mesajı”? .....                     Azərbaycanda bu iki şirkət birləşir .....                     Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi .....                     Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var .....                     Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü .....                     Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi .....                     Ermənistan hərbi büdcəsini artırır: .....                     Kremllə İrəvan arasında QIRĞIN: .....                     Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” .....                     Peşə Təhsili Agentliyində mükafat qalmaqalı .....                     Armen Qriqoryanın yeni iş yeri məlum oldu .....                     Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": .....                     “FINCA Azərbaycan”da yeni təyinat .....                     Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər .....                     DOST Agentliyinin binalarının təmirinə başlanılır .....                     Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb .....                     İmişlidə iti asıb öldürən HƏBS OLUNDU .....                     Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR .....                     Mehriban Xanlarovadan Elgizə cavab .....                     DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün .....                     Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz .....                     Cənubi Qafqazda dönüş: .....                     Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb .....                     “Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” .....                     Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib .....                     Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? .....                     19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU .....                     Qaziyə saxta sənədlə torpaq satanlar .....                     “Hər əkilən ağac havanı çirklənmədən qoruyur” .....                     Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir .....                     "O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." .....                     Deputatın qardaşına HÖKM OXUNDU .....                     Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik .....                     İrəvanın “Metsamor” höcəti .....                     Ermənistana arpa və buğda göndəriləcək .....                     İçkiyə pulu olmadı, qonşusunun evini soydu .....                 

Oğurluq maşın sürən tovuzlu məmur maşın ustasını BELƏ ŞƏRLƏYİR... - ÖZBAŞINA QALIB!!!
Tarix: 1-09-2025, 14:33 | Çap et

Tovuzda daha bir məmur özbaşınalığı faktı. Bu dəfə icra hakimiyyətindəki mövqeyindən istifadə edən Aqşin Həsənov adlı şəxs adi bir avtomobil ustasını şərləyərək, ondan külli miqdarda pul qoparmağa çalışır... həm də məhkəmə yolu ilə...
Əslində növbəti məmur özbaşınalığı faktı olan bu məsələni aidiyyatı qurumlar araşdırmalı, gərəkən hüquqi qiyməti verməlidirlər.
Biz isə "DİA-AZ" olaraq hadisənin mahiyyəti oxucularımız üçün də aydın olsun deyə, avtomobil ustasının Tovuz rayon Məhkəməsinə ünvanladığı izahat ilə sizləri tanış edirik...
Tovuz rayon Məhkəməsinin hakimi Süleyman Hacıyevə İş üzrə cavabdeh Abbasəliyev Turxan Nadir oğlu tərəfindən ünvanlanmış izahatda deyilir:
"İddiaçı Həsənov Aqşın Cavanşır öğlu mənə qarşı Tovuz rayon Məhkəməsində maddi, mənəvi ziyana və əldən çıxmış faydaya görə umumilikdə 14.520 manatın, o cümlədən 134 manat dövlət rüsumunun alınaraq ona verilməsi haqqında iddia qaldıraraq, qətnamə çıxarılmasını xahiş etmişdir.
İddiaçı Həsənov Aqşın Cavanşır öğlunun iddia ərizəsində qeyd etdikləri iddialar həqiqətə uyğun deyil. Şər və böhtandır. Tovuz rayon İcra Hakimiyyətində məsul şəxs olduğunu bildirərək, hökmlə bizə göstəriş verirdi, vəzifəsindən sui-istifadə edərək, sizlərə nə istəsəm edərəm deyə bizə hədə-qorxu ilə təzyiq edirdi. Bu gün də etməkdə davam edir. Məmur özbaşınalığı....
MPM-nin 76 və 81 ci maddələrində təsbit olunmuş mötəbər sübutları əlavə edirəm.
Aqşin adlı bir şəxs mənim Qovlar şəhərində işlədiyim avtomobil təmiri sexinə BMV markalı avtomobil gətirdi. Həmin avtomobil Amerika ölkəsindən mühərriki xarab formada Azərbaycana gətirilmişdi. Aqşin avtobobilin mühərrikini yığmağımı xahiş etdi. Mən avtomobilin mühərrik hissəsinə baxanda müəyyən etdim ki, avtomobilin mühərriki sıradan çıxıb, məndən əvvəl başqa usta tərəfindən mühərrikin bəzi detalları sökülmüşdü. Mənə məlum oldu ki, Aqşın adlı bu şəxs BMV markalı avtomobilini başqa bir ustaya sökdürmüş, hansı səbəbdənsə narazılıq yaranmış, bu səbəbdən də avtomobili həmin ustanın yanından götürərək mənim yanıma gətirmişdir. Aqşınlə şifahi (əl haqqı) razılaşmadan sonra avtomobilin mühərrikini sökdük. Mühərrikin sıradan çıxmış detallarının siyahısını Aqşınə təqdim etdim.
Aqşın həmin avtomobil ehtiyat hissələrini Bakı şəhərindən alıb mənə gətirdi. Onu da qeyd edim ki, alınan ehtiyat hissələri 1) sep başmaq dəsti, 2) "qalovka prokladkası", 3) (yağ nasosu işlək), 4) (4 ədəd şatun işlək), bundan əlavə avtomobilin blokunu və valını təmir üçün Bakı şəhərinə göndərdik, təmir xərcini və yol xərcini Aqşın (550 manat) ödədi.
Val və blok Bakıdan təmir olunub gəldikdən sonra mühərriki yığmağa başladım, mühərrik hazır olduqdan sonra avtomobil işə düşmədi, səbəb avtomobilin elektrik sistemində olan nöqsanlar idi. “Haçar-pult” avtomobilin beynini tanımadı.
Burada da bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Hər hansı bir avtomobilin mühərrikini təmir edərkən mən avtomobilin bütün sistemlərini özüm sökürəm və sonda mühərrik yığılıb qurtardıqdan sonra eyni ilə olduğu kimi yerinə bağlayıram.
Aqşinin BMV markalı avtomobilinin elektrik sistemini və digər detalları ilkin olaraq başqa ustalar sökmüşdülər. Həmin avtomobili mənim yanıma gətirəndə sökülmüş halda idi. Ona görə də elektrik sistemində hansı detalın işləyib-işləməməsini mən bilə bilməzdim.
Mən bu haqqda Aqşınə məlumat verdim, Aqşın mənə bildirdi ki, elektrik ustası çağırım həmin nöqsanı aradan qaldırsın. Çəkilən xərci mən özüm ödəyəcəyəm. Mən elektrik ustası çağırdım , avtomobili təmir etdi.
Avtomobilin mühərriki işə düşdü, yenə də problem yaşandı. Təkrar diaqnostika etdirəndə məlum oldu ki, “valvatronik” xarabdı. Aqşınə xəbər verdim. Aqşin Gəncə şəhərindən 250 manat verib həmin detalı aldı. Mən həmin detalı yerinə bağlayıb mühərriki işə saldım. Mühərrik bir saat işlədikdən sonra yenidən səs etməyə başladı.
Təkrar mühərriki sökdükdə məlum oldu ki, Aqşının Bakı şəhərindən “işlək” adı altında aldığı yağ nasosu xarab imiş, yəni işləmirmiş. Aqşin həmin yağ nasosunu aldığı adama qaytarıb pulunu geri aldı və eyni qiymətə başqa bir nəfərdən işlək yağ nasosu alıb gətirdi.
Yağ nasosu xarab olduğundan, mühərrik işə düşəndə yağlanma getmədiyi üçün mühərrikin daxilində bir neçə detal zədələnmişdi. Həmin detalları da Aqşin alıb gətirdi. Mühərriki yenidən yığdım, mühərrik bir müddət işlədikdən sonra yenidən səs etməyə başladı. Mühərriki təkrar sökdük. Məlum oldu ki, Aqşının Bakı şəhərindən “işlək” adı altında aldığı “şatunlar” xarab imiş, yəni işləmirmiş, zədəliymiş. Aqşın “şatunları” geri qaytarıb pulunu geri aldı və başqa şatun dəstı aldı.
3-cü dəfə mühərriki yığdım, mühərriki işə salmamışdan qabaq elektrik ustası çağırdım. Usta diaqnostika etdikdə xəbərdarlıq etdi ki, elektrik sistemində ciddi nasazlıqlar var. Mənim öz seximə gətirin düzəldim. Elektrik ustası avtomobilin beynindən müvəqqəti olaraq sürücünün gördüyü bir yerə bir lampa çəkərək xəbərdarlıq etdi ki, bu avtomobili sürmək olmaz, çəkdiyim lampa sönərsə dərhal avtomobili dayandırın, sürməyin.
Aqşın elektrik ustasının müvəqqəti çəkdiyi lampa ilə avtomobilini bir neçə ay sürmüşdü. Aqşın həmin nöqsanı aradan qaldırılması üçün xərci çıxmasın deyə ustaya aparmamışdı. Bir müddətdən sonra Aqşin mənim yanıma gələrək avtomobilini satdığını bildirdi, bunun üçün də elektrik ustasının çəkdiyi lampanı sökməmi məndən tələb etdi. Mən ona xəbərdarlıq etdim ki, bu lampanı söksək, hər an mühərrik sıradan çıxa bilər. Mən ona bildirdim ki, avtomobili elektrikə aparsın, elektrik həmin nöqsanı aradn qaldırsın. O, mənim sözümə əhəmiyyət vermədi və mənə bildirdi ki, mən avtomobilimi satmışam, alıcı mənim avtomobilimi bu vəziyyətdə görməsin, məndən tələb etdi ki, sənin nəyinə lazımdır, avtomobilin sahibi mənəm, mən deyirəm sök, sən sök. Mən də məcbur olub elektrik ustasının çəkdiyi xəbərdarlıq lampasını sökdüm.
Aqşın bir neçə gündən sonra mənə zəng edərək mühərrikdən səslər gəldiyini bildirdi. Getdim baxdım. Mühərrikdən qarışıq səslər gəlirdi. Mən ona bildirdim ki, avtomobil mənim seximə gəlməlidir. Bir gün sonra avtomobili Aqşinin dostu və kirvəsi sexə gətirdi. Mən Aqşinə zəng edərək ona bildirdim ki, o özü sexə gəlməlidir, onun iştirakı ilə avtomobili yoxlamalıyam. Aqşin bildirdi ki. mənim vaxtım yoxdur, mən kirvəm və dostum Elnura etibar edirəm, onun iştirakı ilə mənim avtomobilimi yoxla. Yoxlamalardan sonra məlum oldu ki, problem həmin lampa bağlanan qoruyucudandır. Mən bu haqqda video görüntü də çəkmişəm.
Aqşın məndən hədə-qorxu ilə tələb etdi ki, mənə dəxli yoxdur mən Tovuz Rayon İcra Hakimiyyətində işləyirəm sənə nə istəsəm, edərəm, mənim avtomobilimi təkrar yığıb mənə təhvil verməlisən. Mən onun icra hakimiyyətində işləməsindən qorxaraq, kredit götürərək Aqşinin BMV markalı avtomobili üçün lazım olan ehtiyat hissələrini aldım, yığmaq istəyərkən Aqşın məndən tələb etdi ki, alınan ehtiyyat hissələrini ona verim o, avtomobili Bakı şəhərində yığdıracaq. Mən də bir neçə nəfərin iştirakı və videoçəkilişlə aldığım və köhnədən qalan ehtiyyat hissələrini BMV markalı avtomobilin yük yerinə yığaraq ona təhvil verdim.
Onu da qeyd etmək istəyirəm ki, yuxarıda qeyd etdiyim faktlar həqiqətdir. Mühərrikin sıradan çıxması mənim günahım ucbatından deyil, işlənmiş, ucuz, yararsız ehtiyyat hissələri ucbatından və elektrik sistemində olan nasazlıqlardan olmuşdur.
Bu mübahisələrdən sonra mən Aqşinin BMW markalı avtomobili haqqında araşdırma apararkən məlum oldu ki, həmin avtomobil VIN kod WBA5A7C54GG144782 № si ilə Azərbaycana daxil olmuş, həmin avtobilin həm mühərrik problemi və oğurluq problemi müəyyən olunmuşdur.
Aqşin mənə və mənim yanımda işləyənlərə Tovuz rayon İcra Hakimiyyətində sözükeçən məsul şəxs olduğunu bildirərək zəhmət haqqımızı da verməyib".
Göründüyü kimi, oğurluq avtomobili istismar etməsi bir yana, hətta işlətdiyi ustaların pulun verməyərək onları şərləməyi belə qəsd edən bir məmur bu gün ortalıqda meydan sulayır. Nə zamana qədər? Hər halda, QANUNLAR ONU DURDURANA QƏDƏR...
Məsələ diqqətimizdədir.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Bu gün, 18:02
Çindəki böhran Azərbaycanı da "vurdu"? - AKTUAL
Bu gün, 18:00
Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 17:57
Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Bu gün, 17:54
Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Bu gün, 17:50
Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Bu gün, 17:47
Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Bu gün, 17:46
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Bu gün, 17:44
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Bu gün, 17:38
Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Bu gün, 17:32
Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Bu gün, 17:16
Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Bu gün, 17:11
Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Bu gün, 17:04
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Bu gün, 17:00
Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Bu gün, 16:55
Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Bu gün, 16:50
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:48
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Bu gün, 16:43
DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Bu gün, 16:41
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Bu gün, 16:40
İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 16:35
Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı
Bu gün, 16:30
Mehriban Xanlarovadan Elgizə cavab
Bu gün, 16:27
DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün 3 milyon manat ödəyəcək
Bu gün, 16:14
Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz - Tanınmış vəkildən XƏBƏRDARLIQ
Bu gün, 16:10
Cənubi Qafqazda dönüş: - Əliyevlə Putin arasındakı söhbətin arxasında nə dayanır?
Bu gün, 16:08
Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Bu gün, 16:03
“Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” - İTTİHAM VAR...
Bu gün, 15:54
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Bu gün, 15:50
Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - İLGİNC İDDİALAR
Bu gün, 15:47
19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU - BUNA GÖRƏ...
Bu gün, 15:40
Qaziyə saxta sənədlə torpaq satanlar HAKİM QARŞISINDA
Bu gün, 15:38
“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” - FOTO
Bu gün, 15:29
Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir - Şəki faciəsi
Bu gün, 15:26
"O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." – Brilyant
Bu gün, 15:13
Deputatın qardaşına HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:12
Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik - Xandanyan
Bu gün, 15:07
İrəvanın “Metsamor” höcəti - Bakıdan SƏRT xəbərdarlıq
Bu gün, 15:05
Ermənistana arpa və buğda göndəriləcək
Bu gün, 15:02
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
Bu gün, 13:14
Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? – Ekspertdən AÇIQLAMA
Bu gün, 13:11
Ölkədə orta maaş 1176,7 manatdır – Rəsmi
Bu gün, 13:09
"Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" - TƏFƏRRÜAT
Bu gün, 13:01
Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Bu gün, 12:59
Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı
Bu gün, 12:57
Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
Bu gün, 12:53
100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır - HESABAT
Bu gün, 12:41
"PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi - ƏMR
Bu gün, 12:40
Pulsuzluq, vaxt azlığı, yoxsa... - Kinomuzun əsas bəlası nədir?
Bu gün, 12:33
"Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" - Əməkdar artist
Bu gün, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru