Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” .....                     Peşə Təhsili Agentliyində mükafat qalmaqalı .....                     Armen Qriqoryanın yeni iş yeri məlum oldu .....                     Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": .....                     “FINCA Azərbaycan”da yeni təyinat .....                     Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər .....                     DOST Agentliyinin binalarının təmirinə başlanılır .....                     Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb .....                     İmişlidə iti asıb öldürən HƏBS OLUNDU .....                     Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR .....                     Mehriban Xanlarovadan Elgizə cavab .....                     DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün .....                     Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz .....                     Cənubi Qafqazda dönüş: .....                     Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb .....                     “Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” .....                     Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib .....                     Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? .....                     19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU .....                     Qaziyə saxta sənədlə torpaq satanlar .....                     “Hər əkilən ağac havanı çirklənmədən qoruyur” .....                     Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir .....                     "O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." .....                     Deputatın qardaşına HÖKM OXUNDU .....                     Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik .....                     İrəvanın “Metsamor” höcəti .....                     Ermənistana arpa və buğda göndəriləcək .....                     İçkiyə pulu olmadı, qonşusunun evini soydu .....                     Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? .....                     Ölkədə orta maaş 1176,7 manatdır .....                     "Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" .....                     Xumar Qədimovanın adından yalan elan yayıldı .....                     Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı .....                     Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? .....                     100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır .....                     "PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi .....                     Pulsuzluq, vaxt azlığı, yoxsa... .....                     "Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" .....                     Azərbaycanda da süni intellekt fermerin yerinə qərar verəcək .....                     “Mabel Matiz atamın mahnısını anonim oxuyub, bu artıq oğurluq sayılır” .....                 

Səbail məhkəməsinin icraçıları qanun tanımır - NAZİRƏ AÇIQ MƏKTUB
Tarix: 16-07-2025, 07:02 | Çap et

Cənab Nazir!

Sizə ötən müraciətimdə vəzifəyə təyin olunduğunuz gün, bir çox vətəndaş kimi, şəxsən bu sətirlərin müəllifinin də böyük ümidlər içində olduğunu qeyd etmişdim. Bunun səbəbləri haqda artıq Sizə və oxucularımıza məlumat verdiyimdən, təkrarçılığa yol vermək istəmirəm. Amma bu gün çox təəssüflə bildirmək istəyirəm ki, ədliyyə sistemindəki özbaşınalıqlara son qoyacağınıza olan ümidim Sizə ilk müraciətimdən sonra tamamilə itmək üzrədir.

Şəxsən mənə elə gəlir ki, vəzifədə olduğunuz təxminən 17 ay ərzində vətəndaşların gözləntilərini və cənab Prezidentin etimadını doğrulda bilməmisiniz. Hətta üzülərək qeyd edirəm ki, rəhbərlik etdiyiniz qurumda vəziyyət günbəgün daha da pisləşir. Görünür, ya “köhnə qurdlar” Sizi saymır, ya da Siz öz “dişsiz” idarəçilik metodunuzla Ədliyyə Nazirliyindəki mövcud problemlərin həllinə nail ola bilmirsiniz. Yaxud, o da mümkündür ki, heç bu problemlərin həllində maraqlı da deyilsiniz…

Hörmətli Nazir!

Yuxarıda sadaladığım fikirlər təkcə jurnalist kimi deyil, həm də vətəndaş olaraq şəxsi düşüncələrimdir. Bəlkə də haradasa yanlışlığa yol verirəm, amma əfsuslar olsun ki, qarşılaşdığım problemlər, şahidi olduğum hadisələr məndə fərqli düşüncəyə gəlməyə əsas vermir. Amma çox istərdim ki, bu fikirlər yanlış olsun. Çünki hüquqi dövlətdə yaşayan hər bir vətəndaş kimi, mənim də ən böyük arzularımdan biri ölkəmizdə qanunların “şah olmasıdır”. Nə yazıq ki, hazırda arzularımızla mövcud reallıqlar bir-biri ilə təzad təşkil edir. Hətta belə demək mümkündür ki, bu gün ədliyyə sistemində qanunlar “dar ağacı”na çəkilib, yaxud da xırda məmurların bahalı ayaqqabılarının dabanı altında əzilir, tapdalanır.

Əlbəttə, bu misraları qələmə alarkən son dərəcə qərəzsiz olmağa çalışıram. Odur ki, hansısa fikrimdə ədalətsizlik, qeyri-obyektivlik hiss etsəniz, məmnuniyyətlə aydınlaşdırmağa, sübut etməyə, lazım gəlsə səhvimi düzəltməyə hazıram.

Hörmətli Fərid Əhmədov!

Sizə cəmi 1 ayın içərisində İKİNCİ AÇIQ MƏKTUB ünvanlamağım heç də səbəbsiz deyil. Yeri gəlmişkən, indiyədək hansısa nazirə, yüksək rütbəli məmura qəzet, yaxud sayt üzərindən müraciət etmək vərdişim olmayıb. Amma hüquq sistemimizdəki qorxunc vəziyyət, aşkar ədalətsizliyin hökm sürməsi, ən əsası isə “balaca padşahlar”ın “icraçı” mündiri altında “at oynatmaları” məni Sizə müraciət etməyə məcbur buraxdı.

Doğrusunu bilmək istəyirsinizsə, birinci müraciətimdən sonra heç ağlıma da gəlməzdi ki, qeyd olunan problemin həlli bu qədər uzanar və Sizə ikinci dəfə müraciət etmək məcburiyyəti qarşısında qalaram. Üstəlik, ötən yazımın əsasında haqsızlıqla üzləşən vətəndaşın redaksiyamıza müraciəti dayanırdısa, bu dəfə ədliyyə sistemindəki bir çox eybəcərliklər, xüsusilə də canlı şahidi olduğum hadisələr məni ikinci dəfə Sizə AÇIQ MƏKTUB ünvanlamağa vadar etdi. Etiraf etməliyəm ki, vətəndaş, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 46, mənzil 68/69 da qeydiyyatda olan Həsənova Ülviyyə Sabir qızınını xeyrinə çıxarılan məhkəmə qərarının icra olunmaması ilə bağlı yazdığım yazı Sabunçu rayon İcra şöbəsinin rəisi Fizuli Hüseynov və İcra məmuru Vüqar Alıyevi çox ciddi şəkildə narahat etmişdi. Belə ki, həmin yazıdan sonra sözügedən şəxslər ya şəxsən, ya da müxtəlif tanışlar vasitəsilə bizdən – məndən və zərərçəkən Ülviyyə Həsənovadan “şikayətimizi geri götürməyi” xahiş edirdilər. Əslində, ortada hər hansı şikayət faktı yox idi. Olsa belə, o şikayət aylar öncədən rəhbərlik etdiyiniz qurum tərəfindən cavabsız buraxılmışdı. Amma, görünür, bu dəfə öz vəzifələrini itirmək qorxusu onları təşvişə saldığından, hər iki şəxs - Fizuli Hüseynov və Vüqar Alıyev çoxsaylı xahişlər edərək, problemin həlli ilə bağlı əvvəlcə 3 gün, sonra 1 həftə, daha sonra 10 gün vaxt verməyimizi istəyirdilər. Lakin təxminən 1 ay sonra aydın oldu ki, bu şəxslərin əsl niyyəti məhkəmə qərarı ilə dələduz olduğu təsdiqlənən, cavabdeh Bəşirov Şahin Bəşir oğlunu müdafiə etmək olub. Söhbət ondan gedir ki, Ş.Bəşirovun Dövlət Təhlükəsizlik Xidmətində (DTX) çox da mühüm olmayan vəzifədə çalışan yeznəsi icraçılarla hansısa şəkildə “anlaşmışdı”. Hər halda, bunu zərərçəkən xanım iddia edir.

Bundan sonra mənə aydın oldu ki, deməli, artıq Ədliyyə Nazirliyində tanışlıq, tapşırıq, xahiş və şəxsi maraqlar qanunlardan, eləcə də qurumun rəhbərinin – Sizin nüfuzunuzdan yuxarıda dayanır. Halbuki ilk günlər elə düşünürdük ki, icraçılar şəxsən Sizin, yaxud da Ədliyyə Nazirliyinin hansısa yetkili məmurunun göstərişi ilə problemin həllinə cəhd edirlər. Lakin sonda aydın oldu ki, bu şəxslər sadəcə zaman qazanmaqla bizi yola veriblər. Görünür, “biz öz işimizi gördük, artıq nə istəsəniz yaza bilərsiniz” əminliyi də məhz burdan qaynaqlanır. Amma düşünürük ki, bu, bizə deyil, məhz Sizə qarşı hörmətsizlikdir.

Cənab Nazir!

Bu günlərdə o da məlum oldu ki, Sabunçu rayon İcra şöbəsinin rəisi Füzuli Hüseynovun guya cavabdeh şəxsin adına torpaq sahəsi olduğu və üzərinə həbs qoyularaq zərərçəkən şəxsin xeyrinə hərracda satılacağı haqda dediyi sözlər, bizə təqdim etdiyi sənədlər də saxta imiş(FOTO). Ən maraqlısı isə odur ki, bu saxta sənəd məhz F.Hüseynovun iş otağında hazırlanmış və zərərçəkən şəxsə təqdim olunmuşdu.

Hörmətli Nazir!

Siz səlahiyyətiniz gərəyi ölkədə hüquq və ədalətin qorunmasına məsul və cavabdeh şəxslərdən birisiniz. İndiyədək keçdiyiniz həyat yolunun şəffaf olduğuna şübhəmiz yoxdur. Amma bir daha üzülərək qeyd edirik ki, rəhbərlik etdiyiniz qurumda baş verənlər, xüsusilə də məhkəmənin qanuni tələbənin icra olunmamasına müqavimət göstərilməsi təkcə dövlətimizə, rəsmi qurumlara inamı sarsıtmır, bu, həm də konkret olaraq Sizin barənizdə yanlış təsəvvürlər formalaşdırır.

Odur ki, Sizdən Ədliyyə Nazirliyindəki özbaşınalıqlara son qoyulması, məhkəmə qərarlarının əleyhinə çıxan icra məmurları - Fizuli Hüseynov və Vüqar Alıyevin barəsində hüquq müstəvisində tədbirlər görülməsi, o cümlədən vətəndaş Həsənova Ülviyyə Sabir qızının dələduzluqla ələ keçirilən vəsaitinin ona qaytarılmasının təmin olunmasına göstəriş verməyinizi xahiş edirik. İnanırıq ki, Sizin bu sahədə atacağınız addım ədliyyə sistemində özbaşınalıqlarla məşğul olan insanların qanunsuz əməllərinin qarşısını almaqla yanaşı, “dar ağacı”ndan asılı qalan qanunlarımızın işlək mexanizmə keçməsinə təkan verəcəkdir.

Jalə FAMİLQIZI- hurriyyet.az

P.S. Ümid edirəm ki, bu yazıda qaldırılan problemə elə buradaca nöqtə qoymaq mümkün olacaq...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Bu gün, 17:04
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Bu gün, 17:00
Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Bu gün, 16:55
Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Bu gün, 16:50
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:48
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Bu gün, 16:43
DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Bu gün, 16:41
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Bu gün, 16:40
İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 16:35
Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı
Bu gün, 16:30
Mehriban Xanlarovadan Elgizə cavab
Bu gün, 16:27
DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün 3 milyon manat ödəyəcək
Bu gün, 16:14
Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz - Tanınmış vəkildən XƏBƏRDARLIQ
Bu gün, 16:10
Cənubi Qafqazda dönüş: - Əliyevlə Putin arasındakı söhbətin arxasında nə dayanır?
Bu gün, 16:08
Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Bu gün, 16:03
“Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” - İTTİHAM VAR...
Bu gün, 15:54
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Bu gün, 15:50
Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - İLGİNC İDDİALAR
Bu gün, 15:47
19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU - BUNA GÖRƏ...
Bu gün, 15:40
Qaziyə saxta sənədlə torpaq satanlar HAKİM QARŞISINDA
Bu gün, 15:38
“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” - FOTO
Bu gün, 15:29
Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir - Şəki faciəsi
Bu gün, 15:26
"O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." – Brilyant
Bu gün, 15:13
Deputatın qardaşına HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:12
Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik - Xandanyan
Bu gün, 15:07
İrəvanın “Metsamor” höcəti - Bakıdan SƏRT xəbərdarlıq
Bu gün, 15:05
Ermənistana arpa və buğda göndəriləcək
Bu gün, 15:02
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
Bu gün, 13:14
Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? – Ekspertdən AÇIQLAMA
Bu gün, 13:11
Ölkədə orta maaş 1176,7 manatdır – Rəsmi
Bu gün, 13:09
"Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" - TƏFƏRRÜAT
Bu gün, 13:01
Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Bu gün, 12:59
Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı
Bu gün, 12:57
Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
Bu gün, 12:53
100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır - HESABAT
Bu gün, 12:41
"PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi - ƏMR
Bu gün, 12:40
Pulsuzluq, vaxt azlığı, yoxsa... - Kinomuzun əsas bəlası nədir?
Bu gün, 12:33
"Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" - Əməkdar artist
Bu gün, 12:23
Azərbaycanda da süni intellekt fermerin yerinə qərar verəcək - EKSPERTDƏN IZAH
Bu gün, 12:22
“Mabel Matiz atamın mahnısını anonim oxuyub, bu artıq oğurluq sayılır” - Habil Əliyevin qızından AÇIQLAMA
Bu gün, 12:17
Gümrüdəki 102-ci bazanın taleyi: - həll olunmamış tənlik
Bu gün, 12:14
Dövlət müəssisələrinin 1 milyon manatdan artıq pulunu mənimsəyən şəxslərdən XƏBƏR VAR
Bu gün, 12:10
“Mərcan” brendinin məxsus olduğu şirkətdə YENİ BİRLƏŞMƏ
Bu gün, 12:08
İki nəfərin öldüyü “Şəki Yaylası”nın sahibinin QALMAQALLI İŞLƏRİ - TƏFƏRRÜAT
Bu gün, 12:01
Zaxarovadan Merzə sərt ittiham: - Kölədir...
Bu gün, 11:58
Gəncə Avtomobil Zavodunun rəhbərliyində yeni təyinat - ƏMR
Bu gün, 11:46
SOCAR-da YENİ KADR TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 11:44
Mühacir jurnalistə ağır itki
Bu gün, 11:42
Abşeronda Su Təsərrüfatı: AİLƏ PODRATI... VƏ... - Burda su yerinə SUALLAR AXIR...
Bu gün, 11:35
“Aqrarkredit”ə məxsus 44 obyekt satışa çıxarıldı – 10,4 milyonluq SİYAHI
Bu gün, 11:26
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru