Toy olmayacaq .....                     Çindəki böhran Azərbaycanı da "vurdu"? .....                     Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil .....                     Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” .....                     Bakı və İrəvan arasında müharibə “mesajı”? .....                     Azərbaycanda bu iki şirkət birləşir .....                     Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi .....                     Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var .....                     Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü .....                     Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi .....                     Ermənistan hərbi büdcəsini artırır: .....                     Kremllə İrəvan arasında QIRĞIN: .....                     Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” .....                     Peşə Təhsili Agentliyində mükafat qalmaqalı .....                     Armen Qriqoryanın yeni iş yeri məlum oldu .....                     Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": .....                     “FINCA Azərbaycan”da yeni təyinat .....                     Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər .....                     DOST Agentliyinin binalarının təmirinə başlanılır .....                     Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb .....                     İmişlidə iti asıb öldürən HƏBS OLUNDU .....                     Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR .....                     Mehriban Xanlarovadan Elgizə cavab .....                     DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün .....                     Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz .....                     Cənubi Qafqazda dönüş: .....                     Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb .....                     “Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” .....                     Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib .....                     Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? .....                     19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU .....                     Qaziyə saxta sənədlə torpaq satanlar .....                     “Hər əkilən ağac havanı çirklənmədən qoruyur” .....                     Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir .....                     "O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." .....                     Deputatın qardaşına HÖKM OXUNDU .....                     Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik .....                     İrəvanın “Metsamor” höcəti .....                     Ermənistana arpa və buğda göndəriləcək .....                     İçkiyə pulu olmadı, qonşusunun evini soydu .....                 

Rövşən müəllim, sizin idarədə 18 ilin işçisi ilə RƏSMƏN MƏZƏLƏNİRLƏR - İşə həmkarlar da qarışıb, amma nə olsun...
Tarix: 28-04-2025, 10:06 | Çap et
Rövşən müəllim, sizin idarədə 18 ilin işçisi ilə RƏSMƏN MƏZƏLƏNİRLƏR
"Mən Vüsal Güləliyev Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin Xətt Aparat Zalı sexində elektrik mexanki işləyirdim. 2 il öncə Qəzənfər Abdulazimov və onun yaxın dostu Elxan İsmayılov işarəvermə və rabitə xidmətinə rəis təyin olunandan sonra sahədə kütləvi ixtisarlar baş verməyə başladı. Daha doğrusu ixtisar adı altında 50 nəfər işçini müxtəlif üsüllarla öz ərizələri ilə işdən çıxmağa məcbur etdilər. Onlardan cəmi 3 nəfər ərizə yazmadı, onları ixtisarla işdən azad etdilər. Onlardan biri də mənəm..." "DİA-AZ" bildirir ki, bu barədə müraciət edən ADY əməkdaşı olduqca ilginc faktları açıqlayıb.

Rövşən müəllim, sizin idarədə 18 ilin işçisi ilə RƏSMƏN MƏZƏLƏNİRLƏR

Müraciətdə deyilir: "Mənə göndərilən xəbərdarlıq bildirişində deyilirdi ki, bəs ştatınız ixtisar olunur. Lakin ştatın ixtisarı dedikdə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür. Yəni bütün elektrik mexanikləri ixtisar edilməli idi. Lakin bu baş vermədi. Mən 18 il stajlı dəmiryolçuyam, , 38 yaşım, 2 azyaşlı övladım var. Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara ixtisar zamanı işdə saxlanılmağa üstünlük verilir. Bütün bunlara və sexdə təqaüdçülər olmasına rəğmən, məni qeyri-qanuni, əsassız ixtisar etdilər. Çünki, İnfrastruktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsində qanunvericiliyinə məhəl qoyulmur, hər şey Qəzənfər Abdulazimovun, Elxan İsmayəlovun arzusundan asıllıdır. O gündən bəri hüquqlarımın müdafiəsi üçün həm Həmkarlar İttifaqına, həmdə Əmək Müfəttişliyinə müraciət etdim. Lakin, bu iki qurum öz vəzifə səlahiyyətlərini yerinə yetirmədiyinə görə, əmək hüquqları kobud şəkildə pozulur.
Əmək müfəttişliyinə iki dəfə izahat verməyimə baxmayaraq, izahat vermədiyimi bildirərək, işi araşdırmadılar. Dəmiryolçular Müstəqil Həmkarlar ittifaqı komitəsi isə umumiyyətlə müraciətlərimi görməzdən gəldi. Halbuki, Həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı olamalı idi. Əsassız ixtisar ediləcəyimi bildikləri halda, həmkarlar komitəsi heç bir müdaxilə etmədi və məni qeyri-qanuni ixtisar olmağıma göz yumdu.
Sahib Məmmədov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına sədr təyin edildikdən sonra, atam onun qəbuluna getdi. Hər şeyi ona izah etdikdən sonra və məsələni araşdırdıqdan sonra cənab sədr Dəmiryolçular Müstəqil Həmkarlar ittifaqı komitəsinə tapşırıq verdi ki, işəgötürən Qəzənfər Abdulazimovdan məni işə bərpa edilməyimi tələb etsinlər. Həmkarlar ittifaqları haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUnun 12-ci maddəsinə əsasən həmkarlar ittifaqlarının işəgötürən tərəfindən əmək və həmkarlar ittifaqları haqqında, habelə sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etmək hüququ var.
Dəmiryolçuların Müstəqil Həmkarlar ittifaqı komitəsinin sədri Vaqif Bədəlovla, oranın hüquqşunası Samir adlı şəxslə, və İnfrastruktur Departamentinin həmkar sədri Namaz Nəzərovla özüm dəfələrlə əlaqə saxladım, lakin onlar müxtəlif bəhanələrlə işi həll etməkdən yayınırdılar. Görünür bunlar nə qanunu nə də Sahib Məmmədovu saymırlar, sanki bunları rəhbəri AHİK sədri Sahib Məmmədov yox, işarəvermə və rabitə xidmətinin rəisi Qəzənfər Abdulazimovdur.
Dəfələrlə edilən zənglərdən sonra İnfrastruktur Departamentinin həmkar sədri Namaz Nəzərov mənə dedi ki, “işarəvermə və rabitə xidmətinin insan resursları üzrə aparıcı mütəxəssisi Sevinc Məmmədova ilə əlaqə saxla”. Məndə sevindim ki, yəqin işə bərpa olunuram. Lakin bu qadının mənə dediyi həm gülməli oldu, həmdə ağlamalı. Mənə dedi ki, “ CV GÖNDƏR, LAZIM BİLSƏK, SƏNİ ÇAĞIRARIQ”. Dedim, “siz nə danışırsız, mən bəyəm yeni işçi kimi gəlirəm ki, CV göndərim? Mən 18 il stajlı dəmiryolçuyam, qeyri-qanuni işdən azad edilmişəm, işə bərpa edilməliyəm, və mənə məcburi işburaxmaya görə kompensasiyada ödənilməlidir. Lap kompensasiyadan keçdim, mən işə bərpa edilməliyəm. Elə bunu demişdim ki, dəstəyi asdı”.
Zəng vurdum Dəmiryolçular Müstəqil Həmkarlar ittifaqı komitəsinin hüquqşunası Samir bəyə, dedim Sevinc Məmmədova belə deyir. Gördüm ki, buda onun dediklərini təkraralayır. Məndə soruşdum ki, yaxşı bəs həmkarlar təşkilatının burda rolu nə oldu? CV-ni hər kəs göndərə bilər, bunun üçün həmkar təşkilatına ehtiyac yoxdu. Həmdə, lap fərz edək ki, mən CV vermək istədim, sayta heç vakansiya yerləşdirilməyib, CV-ni hara göndərməliyəm? Siz məni ələ salmısız?
Daha deməyə söz tapmadı, ondan sonra zənglərimədə cavab vermir, yanvar ayından bəri göndərdiyim rəsmi ərizəmidə cavabsız saxlayıb. Buda Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı komitəsinin işi. Bunların adı müstəqildir, müstəqillikdən heç əsər əlamətdə yoxdur, tamamilə ADY-nin vəzifəli şəxslərindən asıllı vəziyyətdədirlər. İşçilərin hüquqlarını müdafiə etmək əvəzinə, işəgötürənə hüquqlarımızı pozmaqda köməklik göstərirlər. Mən 18 ildir Həmkarın üzvüyəm və üzvlük haqqı ödəmişəm, lakin onlardan bu günə kimi nə maddi yardım, nə hüquqlarımın müdafiəsində durmaqlarını görməmişəm. Maddi yardımlar həmişə eyni adamlara verilir, rəhbərliyə yaxın adamalara.
Təəssüf ki, Dəmiryolçuların Müstəqil Həmkarlar ittifaqı komitəsi üçün ADY-də hansısa sahənin rəisi qanundan daha üstündür...."









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Toy olmayacaq - "Bir oyun idi, bitdi"
Bu gün, 18:02
Çindəki böhran Azərbaycanı da "vurdu"? - AKTUAL
Bu gün, 18:00
Rusiya bazarının itirilməsi Paşinyan hökuməti üçün arzuolunan deyil - ONA GÖRƏ DƏ...
Bu gün, 17:57
Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır” - “Hraparak”
Bu gün, 17:54
Bakı və İrəvan arasında müharibə “mesajı”? – Bu görüntü təəccüb doğurdu
Bu gün, 17:50
Azərbaycanda bu iki şirkət birləşir - DETALLAR
Bu gün, 17:47
Korrupsiyalaşmış “ağızların” qeyri-müəyyən müddətə təcridi – Unudurlar ki, istənilən muzdlu təlxək gec-tez israfçı materiala çevrilir
Bu gün, 17:46
Azərbaycanda 140-a yaxın qiymətləndirici şirkət var - SİYAHI
Bu gün, 17:44
Məşğulluq Agentliyi eyni şirkətdən bu dəfə 2,7 miyon manata anbar icarəyə götürdü - DETALLAR
Bu gün, 17:38
Peskov Ukrayna məsələsi ilə bağlı ABŞ ilə yeni görüşlərin anonsunu verdi - TASS
Bu gün, 17:32
Ermənistan hərbi büdcəsini artırır: - Yenə köhnə havalarına oynayacaqlar?
Bu gün, 17:16
Kremllə İrəvan arasında QIRĞIN: - Paşinyana “qorxaq” dedi
Bu gün, 17:11
Kişi qızına elçi göndərən şəxsi güllələdi: “Aralarında münasibət olub, övladımı şantaj edirdi” - TƏFƏRRÜAT
Bu gün, 17:04
Peşə Təhsili Agentliyində mükafat qalmaqalı - Direktor və müavinlər arasında ayrıseçkilik
Bu gün, 17:00
Armen Qriqoryanın yeni iş yeri məlum oldu - KİV
Bu gün, 16:55
Mehmandan meyxananı "GÖZDƏN SALANLARA": - "Təki "TikTok"da "partlatsınlar", pul qazansınlar"
Bu gün, 16:50
“FINCA Azərbaycan”da yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 16:48
Dünya Bankı Qrupuna Azərbaycan üzrə vahid rəhbər TƏYİN EDİLİB
Bu gün, 16:43
DOST Agentliyinin binalarının təmirinə başlanılır – 2,8 mln. manat ayrıldı
Bu gün, 16:41
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb - FOTOLAR
Bu gün, 16:40
İmişlidə iti asıb öldürən HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 16:35
Bakıdan İrəvana SON XƏBƏRDARLIQLAR – Paşinyan üçün gerisayım başladı
Bu gün, 16:30
Mehriban Xanlarovadan Elgizə cavab
Bu gün, 16:27
DOST Agentliyi 4 şəhərdə əsaslı təmir üçün 3 milyon manat ödəyəcək
Bu gün, 16:14
Bank məlumatlarını dələduza özü verən şəxs xəbəri olmadan rəsmiləşdirilən kreditdən imtina edə bilməz - Tanınmış vəkildən XƏBƏRDARLIQ
Bu gün, 16:10
Cənubi Qafqazda dönüş: - Əliyevlə Putin arasındakı söhbətin arxasında nə dayanır?
Bu gün, 16:08
Kreml Ukrayna danışıqları üçün hansı şəhəri prioritet hesab etdiyini açıqlayıb
Bu gün, 16:03
“Emin Əmrullayev “PISA 2025”in nəticələrini təqdim edərkən səhvə yol verib” - İTTİHAM VAR...
Bu gün, 15:54
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
Bu gün, 15:50
Pedaqoji stajı çatmayan şəxs məktəb direktoru vəzifəsinə necə gətirildi? - İLGİNC İDDİALAR
Bu gün, 15:47
19 yaşlı şirkət rəhbərinin Azərbaycandan çıxışına STOP QOYULDU - BUNA GÖRƏ...
Bu gün, 15:40
Qaziyə saxta sənədlə torpaq satanlar HAKİM QARŞISINDA
Bu gün, 15:38
“Hər əkilən ağac havanı çirklənmədən qoruyur” - FOTO
Bu gün, 15:29
Ölkəmizdə attraksionlara nəzarət zəifdir, təhlükəsizliyə riayət edilmir - Şəki faciəsi
Bu gün, 15:26
"O vaxt Ağdam toylarını Rəmiş idarə edirdi, indiki müğənnilər isə..." – Brilyant
Bu gün, 15:13
Deputatın qardaşına HÖKM OXUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:12
Yaxın gələcəkdə Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyətində deyilik - Xandanyan
Bu gün, 15:07
İrəvanın “Metsamor” höcəti - Bakıdan SƏRT xəbərdarlıq
Bu gün, 15:05
Ermənistana arpa və buğda göndəriləcək
Bu gün, 15:02
İçkiyə pulu olmadı, qonşusunun evini soydu - 17 minlik əşyanı 200 manata satdı
Bu gün, 13:14
Rusiyada səfərbərlik başlayarsa, Azərbaycanın mənzil bazarını nə gözləyir? – Ekspertdən AÇIQLAMA
Bu gün, 13:11
Ölkədə orta maaş 1176,7 manatdır – Rəsmi
Bu gün, 13:09
"Aysun" gözəllik salonunun sahibi dələduzluqla üzləşib: "Yalan vədlər verdi" - TƏFƏRRÜAT
Bu gün, 13:01
Xumar Qədimovanın adından yalan elan yayıldı - XƏBƏRDARLIQ
Bu gün, 12:59
Lənkəranda abadlıq və təmir işlərinə 2 milyon manat ayrıldı
Bu gün, 12:57
Azərbaycan gələcəyi Emin Əmrullayevin sisteminə uyğunlaşdırılır? - Köhnə talanın yeni modeli, yaxud statistika yalançıların maskasıdır
Bu gün, 12:53
100 nəfərdən çox müştəri «Premium bank»ın kreditini qaytarmır - HESABAT
Bu gün, 12:41
"PAŞA Həyat Sığorta"nın rəhbərinə müşavir təyin edildi - ƏMR
Bu gün, 12:40
Pulsuzluq, vaxt azlığı, yoxsa... - Kinomuzun əsas bəlası nədir?
Bu gün, 12:33
"Heç vaxt ad günümdə özümə hədiyyə almamışam" - Əməkdar artist
Bu gün, 12:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru