
Şənbə və bazar günləri Azərbaycanın bütün bölgələrindəki müəllimlər istirahət edərkən, naxçıvanlı müəllimlər yol qıraqlarındakı kolları təmizləmək, ağac kövdəsi boyamaqla məşğuldurlar. "DİA-AZ" xəbər verir ki, bu barədə paylaşım edən "Gündəlik Naxçıvan" səhifəsi təhsil işçilərinin etirazlarını da çatdırır.
Onlar qeyd edirlər ki, bu hal hər həftə təkrar olunur və onlar hətta iş günləri də belə iməciliklərə məcbur edilirlər.
Aşağıdakı şəkil müəllimlərin bu həftəki istirahət gününü əks etdirir.

"DİA-AZ" qeyd edir ki, əslində yerli təhsil işçilərinin məcburi qaydada iməcliklərə cəlb edilməsi Naxçıvan Muxtar Respublikasının keçmiş rəhbərliyindən qalma bir haldır.