
Son günlər bank kartlarının qarət olunması adi hala çevrilib. Qeyd edək ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi vətəndaşları hər dəfəsində ayıq-sayıq olmağa səsləsə də, bəzi hallarda vətəndaşın ayıqlığı belə onun hesabının boşaldılmasını əngəlləmir. "DİA-AZ" bildirir ki, bu yöndə ən problemli bank isə ... maləsəf ki, ölkəmizin ən qocaman və böyük bankı olan "Kapital Bank"dır. Elə aşağıdakı müraciətdə də vətəndaşın gileyi bu bankdandır...
"Beləliklə, "Müştəriyəm Şikayətim Var" sosial qrupunda İnarə Məmmədli adlı istifadəçi yazır:
"Şikayətim "Kapital bank"dandır. Dünən (7 aprel 2025-ci il tairixi nəzərdə tutulur -red.) kartımdan bilinməyən bir yerdən 50 manat pul çıxılıb.
Həm də heç bir kod gəlmədən.
Halbuki kartımda 3d təhlükəsizlik mövcuddur.
Bankın özünə də bildirdikdə "3d" ilə bağlıdır... qarşı tərəfdən asılıdır... deyirlər..."