ABŞ Nümayəndələr Palatasının üzvü Avraam Hamadeyin rəhbərlik etdiyi nümayəndə heyəti 17-21 avqust tarixlərində Ermənistana səfər edəcək.
Teleqraf xəbər verir ki, Ermənistan parlamentinin sədri Ruben Rubinyanın əmri ilə nümayəndə heyətinin qəbulunun təşkili hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Sərkis Xandanyana həvalə olunub.
Konqresmenlərin səfəri çərçivəsində Ermənistan-ABŞ münasibətləri, ikitərəfli əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər üzrə görüşlər və müzakirələr planlaşdırılır.














