Arxasında nazir imzası dayanan məşhur MAHNILAR .....                     Rusiyada qadınlar qan puluna yerikləyir .....                     İrəvandan Kiyevə artan müəmmalı zənglər .....                     Zəngəzur dəhlizi İran üçün daha KABUS deyil? .....                     Nazirliyin xarici borcu 100 milyon dollardan çoxdur .....                     Kino Agentliyi "Filming Azerbaijan"ın direktoruna dəbbə pulu ödəyəcək .....                     Tehranın Xəzərin 50 faizinə iddia etmək hüququ yoxdur .....                     Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: .....                     ABŞ-İran müharibəsi nəticəsində dünya 2,6 mlrd. barel neft itirib .....                     Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi növbəti dəfə şikayətini geri götürdü .....                     “Sms-lə müğənni seçmək çətindir, yaxşı oxuyan uşaqlar tez çıxırdı...” .....                     Türkiyədən FETÖ: “Yeni Süleymançılar” şəbəkəsinə qarşı 100 milyardlıq böyük əməliyyat .....                     Qriqoryan Paşinyandan narazı qalıb .....                     BDU-nun müəlliminin evindən 1,6 milyon manat oğurluq edən qohumların .....                     "Öz pulumu bu günə qədər geri ala bilmirəm" .....                     Nikol Paşinyan yenidən seçkilərə hazırlaşır .....                     Gəlinini “uşaqlarının qayğısına qalmırdı, boğazını kəsdim” deyən qayınata ilə bağlı .....                     Meydanda məğlubiyyət, meydandan kənar qalmaqal .....                     “Atena Group”a yeni təyinat .....                     Qonşu qadını şantaj etməkdə təqsirləndirilən şəxsə bəraət verildi .....                     "Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb .....                     Şahin Allahverdiyevin şirkəti dövlətə borclandı .....                     Ukraynanın Rusiyada əsas hədəfi: .....                     Neftçilərə verilən SÜD PULU da kəsildi .....                     Biz axı niyə beləyik... .....                     Ceyhun Cəlilov İlk sınaqdan ÇIXA BİLMƏDİ .....                     Ölkədə insanların real gəlirləri artmır... .....                     Putinin son bəyanatının ən ciddi nəticəsi budur... .....                     ETN və MÜTDA-da mütəşəkkil büdcə talanı .....                     "Bu layihəni birbaşa Milli Məclisə də təqdim edə bilərdik" .....                     Nvidia gəldi Ermənistanı seçdi, pul yatırdı... söhbətləri... .....                     "4 yaşı var, heç vaxt belə ağır xəstələnməyib" .....                     Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı .....                     Naxçıvanda keçmişimizə ÖGEY MÜNASİBƏT .....                     Sabunçuda yaşıllığa qənim kəsilən KİMDİR? .....                     Düzgün yaza bilmirlər... səhhətimiz də onlara əmanət... .....                     Ermənistan mallarına GÜVƏNƏ BİLƏRİKMİ? .....                     Dərman bahalaşıb, yoxsa xəstə artıb? .....                     "Qızılbaş Group" MMC-nin vergi borcu var .....                     Tramp ABŞ aviadaşıyıcılarında köhnə texnologiyanın bərpasını əmr edib .....                 

Qriqoryan Paşinyandan narazı qalıb - Ermənistan hakimiyyətində QALMAQAL
Tarix: Bu gün, 10:13 | Çap et

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsindən kənarlaşdırılan Armen Qriqoryan Baş nazir Nikol Paşinyanın ona Nazirlər Kabinetində təklif etdiyi digər vəzifədən imtina edib. “Joğovurd” qəzeti yazır ki, Qriqoryan onun əvəzlənməsi ilə bağlı qərarın qəbul edilməsindən narazı qalıb.

Modern.az xəbər verir ki, bir gün əvvəl Ermənistan parlamentinin sabiq spikeri Alen Simonyanın Milli Təhlükəsizlik Şurasının yeni katibi təyin edildiyi məlum olub.

Nəşrin məlumatına görə, Paşinyan Qriqoryanı işinə görə hər hansı irad səbəbindən vəzifədən uzaqlaşdırmadığını bildirib. Baş nazir mövcud siyasi vəziyyətdə belə bir dəyişiklik etməyi məqsədəuyğun hesab edib.

Lakin “Joğovurd”un yazdığına görə, qərardan sonra tərəflər arasında gərgin söhbət baş verib. Qəzet iddia edir ki, avqustun 13-də səhər saatlarında Paşinyan Qriqoryanı komandada saxlamağa çalışıb və ona baş məsləhətçi vəzifəsini təklif edib. Qriqoryan isə bu təklifdən qəti şəkildə imtina edib.

Bildirilib ki, Armen Qriqoryan əvvəlcə Milli Təhlükəsizlik Şurasından ayrılaraq başqa vəzifədə fəaliyyətini davam etdirməyə hazır olub. Lakin onun yerinə məhz Alen Simonyanın təyin ediləcəyini öyrəndikdən sonra mövqeyi dəyişib.

Qəzetin məlumatına görə, Paşinyanın Simonyanı bu vəzifəyə gətirmək planından hətta hakim komandadakı bir çox şəxsin xəbəri olmayıb və qərar onlar üçün də gözlənilməz olub.

Baş nazirin ətrafında Simonyanın parlament seçkilərindən sonra uzun müddət fasilə verəcəyi və bir müddət aktiv siyasətə qayıtmayacağı düşünülürdü. Nəticədə onun gözlənilməz təyinatı və Qriqoryanın gedişi hakim “Mülki Müqavilə” partiyası daxilində gərginliyi artırıb.

“Joğovurd”un yazdığına görə, hakim komandanın bir çox üzvü Armen Qriqoryana münasibəti düzgün hesab etmir. Buna səbəb kimi onun 2018-ci il inqilabının əsas iştirakçılarından biri olması göstərilir.

Alen Simonyan 2021-ci ildən Ermənistan parlamentinə rəhbərlik edib. Son seçkilərdə “Mülki müqavilə” partiyasının siyahısında 14-cü sırada yer alan Simonyan seçki kampaniyasında fəal iştirak edib. Lakin seçkilərdən sonra partiyanın rəhbərliyi onu yenidən parlament spikeri vəzifəsinə namizəd göstərməmək qərarına gəlib.

Simonyan həmin vaxt deputat mandatından da imtina edərək istirahət etmək və “şəxsi həyatını tam qaydaya salmaq” istədiyini bildirib.

Bununla belə, onun siyasi fasiləsi uzun çəkməyib. Daha əvvəl Ermənistan mediası Simonyanın Milli Təhlükəsizlik Şurasının katibi təyin olunması ehtimalını hakimiyyətə yaxın dairələrdə hətta zarafatla Paşinyanın ona “toy hədiyyəsi” adlandırdıqlarını yazıb.

Simonyanın toy mərasiminin sentyabrın 5-də keçirilməsi planlaşdırılır. O, üçüncü dəfə evlənəcək.

“Hraparak” nəçri isə yazır ki, hakim komandanın bəzi dairələri bu dəyişikliyi Ermənistanın Rusiya ilə münasibətlərinin mümkün şəkildə yumşalması kimi qiymətləndirir.
Nəşrin iddiasına görə, hakim komandanın Rusiyaya yaxınlığı ilə tanınan dairələri bu qərarı müsbət qarşılayıb. Onlar hesab edirlər ki, Paşinyan kadr dəyişikliyi ilə Moskva ilə münasibətləri düzəltmək istiqamətində müəyyən addımlar atmağa başlayıb.

“Hraparak” yazır ki, əvvəllər Alen Simonyanın baş nazir müavini və ya Ermənistan prezidenti vəzifələrindən birinə təyin olunması müzakirə edilib. Lakin Paşinyanın bu variantlardan imtina etdiyi iddia olunur.

Qəzet Armen Qriqoryanın Milli Təhlükəsizlik Şurasının katibi kimi fəaliyyətinin quruma əlavə siyasi çəki qazandırdığını qeyd edir. Onun sülh prosesi ilə bağlı danışıqlarda fəal iştirak etdiyi və rəhbərlik etdiyi strukturun bəzən Xarici İşlər Nazirliyinin fəaliyyətini belə kölgədə qoyduğu bildirilir.

Nəşrin məlumatına görə, hakim komandanın bəzi üzvləri Rusiyanın Ermənistana qarşı yeni sanksiyalar tətbiq edə biləcəyindən narahatdır. Bu səbəbdən Simonyanın təyinatı Paşinyanın Moskva ilə münasibətlərdə müəyyən düzəlişlər etmək cəhdi kimi qiymətləndirilir.

“Hraparak”ın yazdığına görə, hakim komandanın digər qanadı isə bu qərardan narazıdır və yaxın vaxtlarda parlamentdə hökumətin siyasətinə qarşı daha sərt və tənqidi çıxışların səslənməsi mümkündür.

Qəzet həmçinin Armen Qriqoryanın gələcəkdə Avropanın nüfuzlu ölkələrindən birinə səfir təyin edilə biləcəyini iddia edir. Nəşr mümkün variantlardan biri kimi Böyük Britaniyanın adını çəkir, lakin hazırda həmin ölkədə Ermənistanın səfirinin olduğunu da qeyd edir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Arxasında nazir imzası dayanan məşhur MAHNILAR - SİYAHI
Bu gün, 11:29
Rusiyada qadınlar qan puluna yerikləyir - ARAŞDIRMA
Bu gün, 11:17
İrəvandan Kiyevə artan müəmmalı zənglər - NƏ BAŞ VERİR?
Bu gün, 11:03
Zəngəzur dəhlizi İran üçün daha KABUS deyil? - AKTUAL
Bu gün, 11:00
Nazirliyin xarici borcu 100 milyon dollardan çoxdur - RƏSMİ
Bu gün, 10:55
Kino Agentliyi "Filming Azerbaijan"ın direktoruna dəbbə pulu ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:47
Tehranın Xəzərin 50 faizinə iddia etmək hüququ yoxdur - İranın keçmiş səfiri
Bu gün, 10:43
Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: - Şirin Mirzəyev 68A və 76A arasında tikiliyə icazə necə verilib?
Bu gün, 10:42
ABŞ-İran müharibəsi nəticəsində dünya 2,6 mlrd. barel neft itirib - SAUDİ ARAMCO
Bu gün, 10:27
Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi növbəti dəfə şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:25
“Sms-lə müğənni seçmək çətindir, yaxşı oxuyan uşaqlar tez çıxırdı...” - Mübariz Tağıyevdən “Yeni ulduz” açıqlaması
Bu gün, 10:23
Türkiyədən FETÖ: “Yeni Süleymançılar” şəbəkəsinə qarşı 100 milyardlıq böyük əməliyyat - Bakı ayağında hansı şirkətin adı keçir?
Bu gün, 10:16
Qriqoryan Paşinyandan narazı qalıb - Ermənistan hakimiyyətində QALMAQAL
Bu gün, 10:13
BDU-nun müəlliminin evindən 1,6 milyon manat oğurluq edən qohumların CƏZALARI AZALDILDI
Bu gün, 10:10
"Öz pulumu bu günə qədər geri ala bilmirəm" - GİLEY
Bu gün, 10:07
Nikol Paşinyan yenidən seçkilərə hazırlaşır - “Hraparak”
Bu gün, 09:57
Gəlinini “uşaqlarının qayğısına qalmırdı, boğazını kəsdim” deyən qayınata ilə bağlı QƏRAR
Bu gün, 09:55
Meydanda məğlubiyyət, meydandan kənar qalmaqal - VİDEO
Bu gün, 09:53
“Atena Group”a yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 09:45
Qonşu qadını şantaj etməkdə təqsirləndirilən şəxsə bəraət verildi - TƏFƏRRÜAT
Bu gün, 09:44
"Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb - UEFA Konfrans Liqası
Bu gün, 09:36
Şahin Allahverdiyevin şirkəti dövlətə borclandı - FOTO
Bu gün, 07:32
Ukraynanın Rusiyada əsas hədəfi: - Vura bilmir...
Bu gün, 07:30
Neftçilərə verilən SÜD PULU da kəsildi - ETİRAZ VAR!
Bu gün, 07:19
Biz axı niyə beləyik... - REPLİKA
Bu gün, 07:02
Ceyhun Cəlilov İlk sınaqdan ÇIXA BİLMƏDİ - İDDİA
Bu gün, 06:58
Ölkədə insanların real gəlirləri artmır... - FAKT BUDUR!
Bu gün, 06:52
Putinin son bəyanatının ən ciddi nəticəsi budur... - İNCƏLƏMƏ
Bu gün, 06:36
ETN və MÜTDA-da mütəşəkkil büdcə talanı - Təhsilimizin gələcəyinə vurulan zərbə...
Bu gün, 06:32
"Bu layihəni birbaşa Milli Məclisə də təqdim edə bilərdik" - İlqar Məmmədov
Bu gün, 06:19
Nvidia gəldi Ermənistanı seçdi, pul yatırdı... söhbətləri... - real deyil və manipulyasiyadır!
Bu gün, 06:09
"4 yaşı var, heç vaxt belə ağır xəstələnməyib" - FOTO
Bu gün, 05:56
Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı – Ərazini alan sahibkar kimdir ki?..
Bu gün, 05:51
Naxçıvanda keçmişimizə ÖGEY MÜNASİBƏT - İTTİHAM VAR...
Bu gün, 05:42
Sabunçuda yaşıllığa qənim kəsilən KİMDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 05:38
Düzgün yaza bilmirlər... səhhətimiz də onlara əmanət... - FOTOFAKT
Bu gün, 05:32
Ermənistan mallarına GÜVƏNƏ BİLƏRİKMİ? - Onlardan çox xəyanət görmüşük axı...
Bu gün, 05:24
Dərman bahalaşıb, yoxsa xəstə artıb? - NƏ BAŞ VERİR?
Bu gün, 05:21
"Qızılbaş Group" MMC-nin vergi borcu var - FOTO
Bu gün, 05:17
Tramp ABŞ aviadaşıyıcılarında köhnə texnologiyanın bərpasını əmr edib - “The Wall Street Journal”
Bu gün, 05:13
Ermənistan Rusiyaya qarşı sanksiyalara QOŞULUR
Dünən, 18:52
Bakıda lazeroloqu öldürməyə cəhddə təqsirləndirilən şəxs 10,5 il azadlıqdan məhrum edilib - TƏFƏRRÜAT
Dünən, 18:46
Tehran TRİPP layihəsi üzrə Ermənistanla heç bir razılığa gəlməyib - İranlı general
Dünən, 18:38
Unibankda kredit ödənişi ilə bağlı müştəri narazılığı - GİLEY
Dünən, 18:17
Paşinyan niyə Qriqoryanı vurub Simonyanı önə çəkdi? - sensasion detallar
Dünən, 18:10
Marketdən şampun və dezodorant götürdü, ödəniş etmədi - Həbs olundu
Dünən, 18:06
Rusiyanın Ermənistanla yerüstü əlaqəsi kəsildi
Dünən, 17:51
Ət bazarında xəstəlik təlaşı: - UCUZLAŞACAQ?
Dünən, 17:48
Bu şadlıq sarayı müsadirə olunaraq hərraca çıxarıldı – Fotolar
Dünən, 17:41
Naxçıvan Regional DOST Mərkəzinə direktor təyin edildi - ƏMR
Dünən, 17:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru