Səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var .....                     2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib .....                     “Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayevə cinayət işi açılıb .....                     “Bu aparıcının səviyyəsinə baxır, .....                     İş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərar verildi .....                     Gənc aktrisadan QALMAQALLI AÇIQLAMA: .....                     "Qazprom Ermənistan"ın dörd əməkdaşı həbs edilib .....                     Putinin xəbərdarlığına Britaniyadan reaksiya: .....                     Kəramət Böyükçölün “4 milyonluq” obyekti müzakirələrə səbəb oldu .....                     Ermənilər Aristoteli də "oğurladılar": Gülməli “kəşf” .....                     Arxasında nazir imzası dayanan məşhur MAHNILAR .....                     Rusiyada qadınlar qan puluna yerikləyir .....                     İrəvandan Kiyevə artan müəmmalı zənglər .....                     Zəngəzur dəhlizi İran üçün daha KABUS deyil? .....                     Nazirliyin xarici borcu 100 milyon dollardan çoxdur .....                     Kino Agentliyi "Filming Azerbaijan"ın direktoruna dəbbə pulu ödəyəcək .....                     Tehranın Xəzərin 50 faizinə iddia etmək hüququ yoxdur .....                     Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: .....                     ABŞ-İran müharibəsi nəticəsində dünya 2,6 mlrd. barel neft itirib .....                     Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi növbəti dəfə şikayətini geri götürdü .....                     “Sms-lə müğənni seçmək çətindir, yaxşı oxuyan uşaqlar tez çıxırdı...” .....                     Türkiyədən FETÖ: “Yeni Süleymançılar” şəbəkəsinə qarşı 100 milyardlıq böyük əməliyyat .....                     Qriqoryan Paşinyandan narazı qalıb .....                     BDU-nun müəlliminin evindən 1,6 milyon manat oğurluq edən qohumların .....                     "Öz pulumu bu günə qədər geri ala bilmirəm" .....                     Nikol Paşinyan yenidən seçkilərə hazırlaşır .....                     Gəlinini “uşaqlarının qayğısına qalmırdı, boğazını kəsdim” deyən qayınata ilə bağlı .....                     Meydanda məğlubiyyət, meydandan kənar qalmaqal .....                     “Atena Group”a yeni təyinat .....                     Qonşu qadını şantaj etməkdə təqsirləndirilən şəxsə bəraət verildi .....                     "Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb .....                     Şahin Allahverdiyevin şirkəti dövlətə borclandı .....                     Ukraynanın Rusiyada əsas hədəfi: .....                     Neftçilərə verilən SÜD PULU da kəsildi .....                     Biz axı niyə beləyik... .....                     Ceyhun Cəlilov İlk sınaqdan ÇIXA BİLMƏDİ .....                     Ölkədə insanların real gəlirləri artmır... .....                     Putinin son bəyanatının ən ciddi nəticəsi budur... .....                     ETN və MÜTDA-da mütəşəkkil büdcə talanı .....                     "Bu layihəni birbaşa Milli Məclisə də təqdim edə bilərdik" .....                 

Rusiyada qadınlar qan puluna yerikləyir - ARAŞDIRMA
Tarix: Bu gün, 11:17 | Çap et

ABŞ-ın CNN kanalı Ukraynada işğalçı savaşa cəlb olunmuş Rusiya hərbi qulluqçularının qanı bahasına qazanc əldə edənlər barədə material hazırlayıb.

Novator.az-ın məlumatına görə, araşdırmada dövlətin Ukrayna döyüşlərində həlak olan hərbi qulluqçuların ailə üzvlərinə təzminat (qan pulu) verdiyi xatırladılır, bir çox xanımın həmin vəsaitə yiyələnmək üçün cəbhəyə yollanan hərbçilərlə nikaha girdiyi vurğulanır.

“Qara dullar” adı almış qadınlar barədə araşdırma CNN müxbirinin 37 yaşlı Mariya ilə söhbətindən başlayır: “Mariya 59 yaşlı atası Yurinin Ukraynada öldüyü xəbərini alanda ikiqat şok yaşayıb, atasının ordu sıralarına yazılmasından xəbərsizmiş, onu da bilmirmiş ki, atası cəbhəyə göndərilməzdən iki gün qabaq evlənibmiş.

Mariya hələ də baş verənləri qara yuxu sandığını deyir, Sankt-Peterburqdakı kiçik mənzilinin mətbəxində göz yaşını saxlaya bilmir: “Əvvəl-əvvəl sanki yuxu görürdüm. İndi də birdən o cür düşünürəm. Amma hər şey doğrudan baş verib axı”.

Mariyanın sözlərinə görə, heç vaxt görmədiyi, atasından bir dəfə də adını eşitmədiyi qadın onunla yaşıddır və indi atasının yeni həyat yoldaşı sayılır, qanuni varis statusunda dövlətin ödəyəcəyi kompensasiyanı almaq hüququ qazanıb: “Mən o qadınla danışmamışam. Ona nə deyim ki?! Bunun fırıldaqçılıq olduğu yaxşı bəllidir”.

Rusiya hərbçisi döyüşdə həlak olanda varisinə 5 milyon rubldan (64 min dollar) başlayan məbləğdə birdəfəlik ödəniş verilir. Son vaxtlar ödənişlərin fırıldaqçılıq yolu ilə mənimsəndiyinə dair narahatlıqlar artıb. Rusiya rəsmiləri və dövlət mediası belə kəmfürsətlərə “qara dullar” adı qoyub. İddialara görə, qadınlar müharibəyə yola salınmaq ərəfəsində olan kişiləri formal nikaha razı salır, “yeni ərləri” həlak olanda kompensasiya tələb etməklə əsl ailəni kənarda qoyur.

Son aylar əsgərliyə yollanan şəxslərin müxtəlif üsullarla nikaha cəlb olunması, hətta ölüm yatağında olan müharibə iştirakçılarının evləndirilməsi xəbərləri böyük qalmaqallara gətirib. Ötən il hərbi hospitalların birinin tibb bacısı qulluq elədiyi beş əsgərlə nikaha giribmiş. Məsələ üzə çıxanda tibb bacısı işdən çıxarılıb.

Bu cür hallar Rusiya cəmiyyətində həssas bir məsələyə çevrilib. Artan itkilər, iqtisadi vəziyyətin pisləşməsi, yanacaq çatışmazlığı və Ukraynanın Rusiya ərazisinə cavab zərbələrinin doğurduğu sarsıntılar fonunda fırıldaqçılara qarşı ictimai qınaq da güclənir, dövlət səviyyəsində sərt tədbirlərin görülməsi tələbləri artır. Parlamentin hakimiyyətə yaxın üzvü, Liberal Demokrat Partiyasının sədri Leonid Slutski “xüsusi hərbi əməliyyat” iştirakçılarının ailələrini “qara dul” qadınlardan qorumağa çağırıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynada geniş işğala başlayanda Kreml hərbçilər arasında evlənməyi fəal təşviq edib. Bu kampaniya çərçivəsində orduya yazılan hərbçilərdən ötrü nikahın rəsmiləşdirilməsi prosedurları da asanlaşdırılıb. Güman ki, məqsəd orduya ailə dəstəyini gücləndirmək, döyüşə əlavə stimul vermək olub.

İş o yerə çatıb ki, əsgərlə, xüsusilə tezliklə cəbhəyə göndəriləcək əsgərlə evlənmək reklam çarxında mənzil sahibi olmağın yolu kimi təbliğ edilib. 2025-ci ildə Tomsk şəhərində lentə alınmış videoda qadının “Otuz yaşım var, mənzil almaq üçün pulu haradan tapmalıyam” sualına başqa bir qadın – daşınmaz əmlak agenti gülərək belə cavab verir: “Çox sadə. “Xüsusi hərbi əməliyyat”da xidmət edən bir kişi tapırsan və o, cəbhədə öldürüləndə 8 milyon rubl alırsan”.

8 milyon rubl 102 min ABŞ dollarına bərabərdir… Videodakı hər iki qadın barəsində cinayət işi açılıb, onlar uzunmüddətli ictimai işlərə məhkum olunublar, əsgərlərdən, onların həyat yoldaşlarından üzr istəməyə məcbur ediliblər.

Ryazan vilayətindən olan rusiyalı əsgər Georgi Kostırko internetdə Ancelina Varyuxina ilə tanış olub və 10 gün sonra onunla evlənib, hərbi hissəyə qayıdıb. Əsgərin anasının sözlərinə görə, oğlunun yeni həyat yoldaşı sosial şəbəkələrdə başqa kişilərlə foto və videolarını paylaşmağa başlayanda oğlu boşanmaq üçün müraciət edib. Ancaq boşanma rəsmiləşməmiş Georgi döyüşdə həlak olub və təzminatı almaq hüququ Varyuxinaya keçib. Ancelinanın varis statusu sonda məhkəmə qərarı ilə ləğv edilib.

Rusiya təhlükəsizlik qüvvələri əməkdaşlarının “qara dul” sxeminin təşkilində iştirak etdiyini göstərən şok hallar da üzə çıxıb. İddialara görə, bəzi rəsmilər qadınlarla əlbir olaraq onlarla yenicə evlənmiş kişiləri təhlükəli hərbi əməliyyatlara göndərməklə mümkün kompensasiyanın bir hissəsini əldə etməyi planlaşdırıblar. 2025-ci ildə Rusiya mediası Primorsk diyarında belə bir sxemlə bağlı aparılan araşdırma barədə məlumat yayıb. Prosesdə gizir, çavuş və hərbi mühasibin adları hallanıb: “Şübhəlilərin kimsəsiz kişiləri orduya cəlb etməkdə, onlara nikah kəsdirməkdə, daha sonra isə qurbanları cəbhənin ən təhlükəli nöqtələrinə göndərməklə öldürülmə ehtimallarını artırmaqda ittiham edildiyi bildirilib. Amma sonradan ictimaiyyətə bu işlə bağlı hər hansı yeni məlumat verilməyib”.

CNN kanalının atası cəbhədə ölmüş Mariyadan başlayan materialı Mariya ilə də bitir, o deyir ki, atasının mənzili də ələ keçirilərək başqasına satılıb: “Atamdan yalnız köhnə açarlar nişanə qalıb, başqa heç nə”… 









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:27
2025-ci ildə SOCAR-ın gəlirləri 86,3 milyard manat təşkil edib - DETALLAR
Bu gün, 12:21
“Cənnət Park” MTK-nın direktoru Qənbər Fətullayevə cinayət işi açılıb - QƏRAR
Bu gün, 12:18
“Bu aparıcının səviyyəsinə baxır, efirə elə adamları çıxarıb reklam edirdilər ki...”
Bu gün, 12:11
İş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 12:01
Gənc aktrisadan QALMAQALLI AÇIQLAMA: - “Ağzına gələni danış, olacaqsan məşhur”
Bu gün, 11:58
"Qazprom Ermənistan"ın dörd əməkdaşı həbs edilib
Bu gün, 11:52
Putinin xəbərdarlığına Britaniyadan reaksiya: - Qarşısını ala bilməyəcəyik
Bu gün, 11:51
Kəramət Böyükçölün “4 milyonluq” obyekti müzakirələrə səbəb oldu – AÇIQLAMA
Bu gün, 11:37
Ermənilər Aristoteli də "oğurladılar": Gülməli “kəşf” - Tarixi fantastika üzrə Nobel mükafatı olsaydı...
Bu gün, 11:35
Arxasında nazir imzası dayanan məşhur MAHNILAR - SİYAHI
Bu gün, 11:29
Rusiyada qadınlar qan puluna yerikləyir - ARAŞDIRMA
Bu gün, 11:17
İrəvandan Kiyevə artan müəmmalı zənglər - NƏ BAŞ VERİR?
Bu gün, 11:03
Zəngəzur dəhlizi İran üçün daha KABUS deyil? - AKTUAL
Bu gün, 11:00
Nazirliyin xarici borcu 100 milyon dollardan çoxdur - RƏSMİ
Bu gün, 10:55
Kino Agentliyi "Filming Azerbaijan"ın direktoruna dəbbə pulu ödəyəcək - TƏFƏRRÜAT
Bu gün, 10:47
Tehranın Xəzərin 50 faizinə iddia etmək hüququ yoxdur - İranın keçmiş səfiri
Bu gün, 10:43
Özbaşına qalan Nizami rayonunun başçısına VACİB SUAL: - Şirin Mirzəyev 68A və 76A arasında tikiliyə icazə necə verilib?
Bu gün, 10:42
ABŞ-İran müharibəsi nəticəsində dünya 2,6 mlrd. barel neft itirib - SAUDİ ARAMCO
Bu gün, 10:27
Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi növbəti dəfə şikayətini geri götürdü - TƏFƏRRÜAT
Bu gün, 10:25
“Sms-lə müğənni seçmək çətindir, yaxşı oxuyan uşaqlar tez çıxırdı...” - Mübariz Tağıyevdən “Yeni ulduz” açıqlaması
Bu gün, 10:23
Türkiyədən FETÖ: “Yeni Süleymançılar” şəbəkəsinə qarşı 100 milyardlıq böyük əməliyyat - Bakı ayağında hansı şirkətin adı keçir?
Bu gün, 10:16
Qriqoryan Paşinyandan narazı qalıb - Ermənistan hakimiyyətində QALMAQAL
Bu gün, 10:13
BDU-nun müəlliminin evindən 1,6 milyon manat oğurluq edən qohumların CƏZALARI AZALDILDI
Bu gün, 10:10
"Öz pulumu bu günə qədər geri ala bilmirəm" - GİLEY
Bu gün, 10:07
Nikol Paşinyan yenidən seçkilərə hazırlaşır - “Hraparak”
Bu gün, 09:57
Gəlinini “uşaqlarının qayğısına qalmırdı, boğazını kəsdim” deyən qayınata ilə bağlı QƏRAR
Bu gün, 09:55
Meydanda məğlubiyyət, meydandan kənar qalmaqal - VİDEO
Bu gün, 09:53
“Atena Group”a yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 09:45
Qonşu qadını şantaj etməkdə təqsirləndirilən şəxsə bəraət verildi - TƏFƏRRÜAT
Bu gün, 09:44
"Tvente" - "Qarabağ" oyununun başlama saatı açıqlanıb - UEFA Konfrans Liqası
Bu gün, 09:36
Şahin Allahverdiyevin şirkəti dövlətə borclandı - FOTO
Bu gün, 07:32
Ukraynanın Rusiyada əsas hədəfi: - Vura bilmir...
Bu gün, 07:30
Neftçilərə verilən SÜD PULU da kəsildi - ETİRAZ VAR!
Bu gün, 07:19
Biz axı niyə beləyik... - REPLİKA
Bu gün, 07:02
Ceyhun Cəlilov İlk sınaqdan ÇIXA BİLMƏDİ - İDDİA
Bu gün, 06:58
Ölkədə insanların real gəlirləri artmır... - FAKT BUDUR!
Bu gün, 06:52
Putinin son bəyanatının ən ciddi nəticəsi budur... - İNCƏLƏMƏ
Bu gün, 06:36
ETN və MÜTDA-da mütəşəkkil büdcə talanı - Təhsilimizin gələcəyinə vurulan zərbə...
Bu gün, 06:32
"Bu layihəni birbaşa Milli Məclisə də təqdim edə bilərdik" - İlqar Məmmədov
Bu gün, 06:19
Nvidia gəldi Ermənistanı seçdi, pul yatırdı... söhbətləri... - real deyil və manipulyasiyadır!
Bu gün, 06:09
"4 yaşı var, heç vaxt belə ağır xəstələnməyib" - FOTO
Bu gün, 05:56
Biləcəridə evlər söküldü, ağaclar kökündən çıxarıldı – Ərazini alan sahibkar kimdir ki?..
Bu gün, 05:51
Naxçıvanda keçmişimizə ÖGEY MÜNASİBƏT - İTTİHAM VAR...
Bu gün, 05:42
Sabunçuda yaşıllığa qənim kəsilən KİMDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 05:38
Düzgün yaza bilmirlər... səhhətimiz də onlara əmanət... - FOTOFAKT
Bu gün, 05:32
Ermənistan mallarına GÜVƏNƏ BİLƏRİKMİ? - Onlardan çox xəyanət görmüşük axı...
Bu gün, 05:24
Dərman bahalaşıb, yoxsa xəstə artıb? - NƏ BAŞ VERİR?
Bu gün, 05:21
"Qızılbaş Group" MMC-nin vergi borcu var - FOTO
Bu gün, 05:17
Tramp ABŞ aviadaşıyıcılarında köhnə texnologiyanın bərpasını əmr edib - “The Wall Street Journal”
Bu gün, 05:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru